Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

“Heydər Əliyev və media”: uzun yolun qısa icmalı FOTOLAR

“Heydər Əliyev və media”: uzun yolun qısa icmalı FOTOLAR

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransın açılış mərasimi olub. Konfransın başlamasından əvvəl “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı foto sərgi keçirilib. Sərgidə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, xarici jurnalistlərə verdikləri müsahibələr zamanı çəkilən fotoları, habelə Azərbaycan mətbuatının tarixi nəşrləri və Azərbaycan mətbuatının müxtəlif inkişaf mərhələlərini əhatə edən fotolar nümayiş olunub.

Konfransın açılış məraisimdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi iştirakçıların bir dəqiqəlik sükutü ilə yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri açıq elan edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, telejurnalist Rafiq Həşimov Heydər Əlievin mətbuat tariximizdəki rolundan bəhs etdi. Daha sonra Ümummili Lider Heydər Əliyevin mətbuatla bağlı düşüncələrini əks etdirən videoçarx nümayiş etdirildi.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz çıxışında medianın sürətli inkişafını Azərbaycanın sürətli inkişafı, hər gün arealı böyüyən quruculuq prosesi, ölkəmizin dünyada lider mövqeyinin güclənməsi ilə əalqələndirdi. O bildirdi ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindən olub.

Prezidentin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı barədə danışan Əhməd İsmayılov bildirdi ki, II Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyən əsas addımlardandır: “Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb”.

Sonra panel müzakirələr başladı. Moderatorluğunu Rafiq Həşimovun etdiyi müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə iştirak edirdi.

AQUPDK-nin sədri Bahar Muradova panel müzakirələrdə mətbuatın demokratiyada, inkişafda olan rolundan danışdı. O bildirdi ki, bir cəmiyyət inkişaf etdikcə, bu tərəqqi özünü mətbuat sahəsində də göstərir: “Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən bir şey nəzərə almalıyıq ki, müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir. Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi”.

Deputat Anar İsgəndərov öz çışında bildirdi ki, bu gün ölkəmizdə, güclü və nüfuzlu mətbuat mövcuddur: “Media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib. Azərbaycan mətbuatı öz tarixi boyunca şərəfli yol qət edib, etimadları doğruldub”.

Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə öz çıxışında bildirdi ki, jurnalistlərin bayramı həm də cəmiyyətin, vətəndaşların bayramıdır: “Juranlist hazırladığı materialı bütün insanlar üçün hazırlayır. Bu yubiley bayramı həm də bizim xalqımızın bayramıdır. Ulu Öndərimiz Heydər Əliyev hər sahədə olduğu kimi, mətbuata da böyük önəm verirdi. Mətbuata diqqət , qayğı hər zaman hakimiyyətin proritetlərindən olub. Buna görə də bu gün peşəkar jurnalistika mövzuddur. Zaman bizə göstərdi ki, senzuranın ləğv edilməsi çox vacib bir qərar oldu. Bu qərar bu gün jurnalistikanın inkişafına öz tövhəsini verdi. Bu gün Azərbaycan jurnalistikası peşəkar şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd kimi qoyub və bu yöndə uğur qazanmağa davam edir”.

“Təklif edirəm ki, Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rol barədə noyabr ayında ayrıca konfrans keçirək”-bu təklifi Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Qusman verib. O bildirib ki, bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamam olacağı üçün belə bir konfransa ehtiyac var: “Düşünürəm ki, noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, çox ədalətli və lazımi bir konfrans olar. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə verdiyi müsahibələr – peşəkar jurnalist diplomatiyasının möhtəşəm nümunəsidir. Mən bilirəm ki, bu müsahibələrin bir yerə toplandığı bir kitab var, lakin düşünürəm ki, bu, ayrıca müzakirəyə və təhlilə layiqdir. Əgər belə bir konfrans keçirilsə, mən çox sevinərəm. İştirak üçün də əvvəlcədən icazə istəyəcəyəm”.

Konfrans çərçivəsində “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa da keçirildi. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində tanınmış simalar iştirak etdilər. Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi barədə təklif səsləndirilib: “Adətən jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr romantik düşüncələrlə gəlirlər. Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşmalı, reallıqları obyektiv şəkildə çatdırmaq lazımdır. Fikrimcə bu sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması dəyişikliyi də zəruri edir. Klassik fənlərlə müasir jurnalisti yetişdirmək çətinləşdiyindən, proqram həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etməli, istiqamətlər dəqiq müəyyənləşdirilməlidir. "Jurnalistika" adının "Kommunikasiya və jurnalistika" kimi anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha yaxşı dolğun ifadə edər.”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ötən ildən bəri jurnalistikanın tədris proqramının dəyişməsini gözlədiyini dedi: “Tədris edilən proqram müasir dövrün tələblərinə cavab verməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma ilə məhdudlaşmır, həm də, informasiya cəmiyyətinin çağırışlarına, yeni peşə standartlarına və jurnalistikanın transformasiyasına cavab verən bir yanaşma tələb edir. Bizim "Media savadlılığı" ixtisaslaşması barədə təklifimiz də var və bu gün təkcə jurnalistlər deyil, cəmiyyətin bütün üzvləri üçün media savadlılığı zəruridir. Buna görə də bu sahənin gələcək jurnalistlərə ayrıca öyrədilməsi vacib şərtdir”.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri