Icma.az
close
up
RU
Heyvanların belə yemədiyi kolbasa və sosislər: Özümüzü də, uşaqlarımızı da belə məhv edirik...

Heyvanların belə yemədiyi kolbasa və sosislər: Özümüzü də, uşaqlarımızı da belə məhv edirik...

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Bu gün demək olar ki, bir çox insanlar işlənmiş ət məhsullarından istifadə edir. Kolbasa və sosis kimi ət məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq  istəyir. Çünki bəzi hallarda belə məhsulları nəinki, insanlar, heyvanlar belə  yemir. Xüsusən də pişiklərin önünə qoyulan kolbasa və ya sosisi iylədikdən sonra geri çəkilməsi, onu yeməməsini yəqin çoxlarınız müşahidə edibsiniz. Bu barədə dəfələrlə yazmağımıza baxmayaraq, hələ də problem köklü şəkildə həll olunmur. Market və mağazalarda, bazarlarda ucuz qiymətə, keyfiyyətsiz kolbasa və sosislərə rast gəlinir. Xüsusən də aztəminatlı ailələr ucuz məhsullara üstünlük verirlər ki, bu da xəstəliklərin artmasına gətirib çıxarır.  

Bəs aidiyyatı qurum AQTA bunlara hansı formada nəzarət etməlidir? Bu sahədəki çatışmazliq və özbaşınlığın qarşısı necə   alınmalıdır?  

Mövzuyla bağlı Sitat.info-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, insanlar önlərinə gələn hər məhsulu alın yeməməyə diqqət etməlidirlər: "Kolbasa və sosislər işlənmiş ət məhsulu olduğundan və eyni zamanda da zülal tərkibli bir çox əlavə qatqı maddələrindən də istifadə olunduğundan, mütləq şəkildə keyfiyyətli və mənşəti bəlli olan, etibarlı istehsalçı şirkətin məhsullarından istifadə etmək lazımdır. Artıq bu məhsullardan günün istənilən vaxtı istifadə edirlər. Burada əsas məsələ işlənmiş ət məhsullarının keyfiyyətli olsa belə, insan sağlamlığına zərər vura biləcəyidir.  Xüsusilə də uzun zaman qalması üçün istifadə olunan kimyəvi qatqı maddələri, konservantlar immun sisteminin aşağı düşməsində əsas rol oynayır".

O qeyd edib ki, ucuz məhsullarda demək olar ki, sağlam qırmızı ətdən istifadə edilmir: "Bəzən ucuz, mənşəyi bəlli olmayan kolbasalara rast gəlinir və burada artıq həmin kolbasaların hazırlanmasında sadəcə heyvan ətinin yeyilməyə yararlı olan hissələri deyil, eyni zamanda yararlı olmayan digər hissələrindən, eyni zamanda tullantılarından da istifadə olunur. Hal-hazırda satışda olan kolbasaların bir çoxunun keyfiyyəti ilə bağlı müəyyən şikayətlər olsa da, qəbul etdikdən sonra insanlarda sağlamlıq problemləri olsa da, yenə də bu məhsullardan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, qiymət hər zaman keyfiyyət göstəricisi  deyil, amma bu kimi məhsullar ucuz olanda hər zaman şübhəli məhsullar sırasında olur. Çünki nəzərə alsaq ki, kolbasanın ən azı 70 faizi ətdən ibarət olmalıdır, bu zaman da müvafiq olaraq heyvan ətindən istifadə olunursa, onun cari qiymətini nəzərə alaraq, bu məhsulun qiyməti ona uyğun olmalıdır. Və bəzən olur ki, ucuz, mənşəyi bəlli olmayan kolbasalara rast gəlinir. Bu da onun keyfiyyəti ilə bağlı şübhələr doğurur". 

Mütəxəssisin sözlərinə görə, bu gün belə məhsulların tərkibində ən çox "çin duzu" kimi tanınan maddə əlavə olunur ki, bu da insanlarda aslılıq yaradır, heyvanlar isə belə məhsulları qəbul etmirlər: "Belə məhsullarda həm də onun dadlandırıcı olaraq istifadə olunan sintetik mənşəli "çin duzu" kimi tanınan ondan istifadə edirlər ki,bu da həm məhsulu dadlı edir,eyni zamanda da aslılıq yaradır. Lakin kimyəvi qatqı maddələri olduğuna görə,bir çox hallarda həmin məhsulları heyvanlara verdikdə onlar bu qatqılardan dolayı o məhsulları yemirlər".

Son olaraq, Məshəti Hüseynova belə məhsullar barədə diqqətli olmaq üçün bəzi məsləhətlər verib: "Yaxşı olar ki, kolbasa işlənmiş ət məhsulu olduğuna görə, onu alarkən mütləq şəkildə ətraflı incələnsin. Üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, ünvanı ,əlaqə nömrəsi, eyni zamanda məhsulun tərkibi ilə bağlı ətraflı məlumat, həmçinin istehsal tarixi ilə son istifadə müddəti də dəqiq verilsin. Və kolbasaların növündən aslı olmayaraq, qablaşdırılması təmiz olmalıdır, ələ götürərkən hər hansı bir axıcı maye, ələ yapışan bir maddə olmamalıdır, qoxusu xoşa gələn olmalıdır. Hər bir halda elastikliyini qorumalıdır. Eyni zamanda açıldıqdan sonra son istifadə müddətinə qədər deyil, qısa müddətdə istifadə olunmalıdır ki, sağlamlığa ziyan olmasın".

Fatima Zeynal,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri