Icma.az
close
up
RU
İDP nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub

İDP nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) 2025-ci il üzrə 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olub.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Təhsilində yüksək akademik nəticələri ilə fərqlənən İDP məzunları bu təqaüdü BMU ilə İNHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair imzalanmış Niyyət Məktubuna əsasən əldə ediblər. Sənədə uyğun olaraq İDP-nin təhsildə fərqlənən məzunlarının 10 faizinə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılır. Bu, həm akademik, həm də elmi-tədqiqat sahəsində irəli getmək istəyən məzunlar üçün unikal fürsətdir. Belə bir əlverişli imkandan yararlanaraq İNHA Universitetinə qəbul olan 6 məzundan 5-i magistratura, 1-i isə “Integrated degree (Magistratura + PhD)” proqramı üzrə təhsilini davam etdirəcək.

Məzunlar proqramla, eyni zamanda, Koreyadakı təhsilləri ilə bağlı fikirlərini bölüşüblər.

Alpər Qəhrəmanlı (elektrik mühəndisliyi):

-Bu il elektrik və kompüter mühəndisliyi ixtisasında “Integrated degree (Magistratura+PhD)” üzrə qəbul almışam. Proqramın ilk 1.5-2 ilində magistratura səviyyəsində dərslər götürüb tələb olunan kreditləri toplamalıyam. Bu mərhələdən sonra doktorantura təhsili gəlir və proqramın sonunda PhD diplomu əldə edəcəyəm. Mən, həmçinin universitetdə “Electric Machines and Drives” laboratoriyasında assistent olaraq işləyirəm. BMU-İNHA İDP biz gənclərə xaricdə təhsil və peşəkar inkişaf üçün həqiqətən böyük imkanlar yaradır.

Aytac Qocayeva (elektronika mühəndisliyi):

-İDP beynəlxalq təhsil sahəsində yeni qapılar açır, akademik biliklər və fərqli mədəniyyətlərlə tanışlıq imkanı yaradır. Proqramın təqdim etdiyi təqaüd və dəstək gələcək karyeramız üçün böyük üstünlük deməkdir.

Məhəmməd Qurbanzadə (elektronika mühəndisliyi):

-Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə magistratura proqramına qəbul olmuşam. Eyni zamanda İNHA Universiteti “Intelligent Power Grid” laboratoriyasında tədqiqatçı işləyirəm. Bu proqram bizim dünyagörüşümüzü genişləndirir. Ümumiyyətlə, Cənubi Koreyada müasir təhsil mühitində mütəxəssis kimi yetişmək bizlər üçün ideal bir platformadır.

Məhəmməd Məhərrəmov (inşaat mühəndisliyi):

-İnşaat mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuşam. Həm də İNHA Universiteti Consys laboratoriyasında tədqiqatçı olaraq çalışıram. BMU-İNHA İDP Koreya dilini öyrənmək və ixtisasımızda ən müasir bilikləri əldə etmək üçün unikal imkan yaradır. Buradakı təhsil mənə inkişafımda böyük töhfə verib.

Rauf Həşimli (elektrik mühəndisliyi):

-BMU-İNHA İDP gələcək yönümlü, nəsillərin inkişafına dəstək verən ideal təhsil layihəsidir. Mən elektrik və elektronika mühəndisliyi ixtisası üzrə magistratura proqramında təhsilimə davam edirəm. İNHA Universiteti “Power systems” laboratoriyasında assistent olaraq çalışıram. Ən sonda yaxşı kadr kimi ölkəmin inkişafına xidmət etmək istəyirəm.

Nəcəf Məmmədov (elektronika mühəndisliyi):

-Elektrik və elektronika mühəndisliyi”ixtisası üzrə magistratura səviyyəsini qazanmışam. Həm də İNHA Universiteti “Intelligent Embedded System” laboratoriyasında tədqiqatçı işləyirəm. Bu proqram üçün dövlətimizə və BMU rəhbərliyinə minnətdarıq. İNHA Universitetinin rəhbərliyinə də yaradılan imkanlara görə təşəkkür edirik. Çünki BMU-İNHA İDP çərçivəsində təhsilimizlə təkcə biliklərimizi artırmır, dünyagörüşümüzü genişləndirir, fərqli mədəniyyətlərlə də tanış oluruq.

Qeyd edək ki, 2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. İndiyədək proqramdan143 nəfər məzun olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri