II Qareginin yepiskop qohumuna qarşı ittiham irəli sürülüb YENİLƏNİB 2
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Araqatsotn Yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan saxlanılıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, yepiskopa “mitinqlərin keçirilməsinə məcbur etmə” maddəsi ilə ittiham irəli sürülüb.
***
12:58
Mitinqin keçirilməsinə, zorakılıqla məcbur etmək məqsədilə səlahiyyətlərindən və ya xidməti imkanlarından istifadə etməklə Araqatsotn dini dairəsinin rəhbəri və 6 din xadimi, eləcə də mülki şəxslər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Bundan əlavə, fakt üzrə cinayət işinin ilkin araşdırması çərçivəsində zəruri istintaq və sübut tədbirləri həyata keçirilir.
Əlavə olaraq rəsmi məlumat veriləcək.
***
11:44
Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan bildirib.
O qeyd edib ki, Araqatsotn yeparxiyasının 6 nümayəndəsi saxlanılıb.
Keşiş Paren Arakelyandan əlavə daha 5 keşiş və bir neçə mülki şəxs Ermənistan İstintaq Komitəsindədir.
***
11:02
Ermənistanda Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) qohumu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, yepiskop istintaq idarəsinə aparılıb.
Həmçinin, Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs edilib.


