İkibaşlı oyunun çoxbaşlı üyesi ANALİTİK
Garo Paylanın "hazır olun" xəbərdarlığı və "dostluq" ismarıcı
Nə qədər ki, Cənubi Qafqazda Ermənistan Azərbaycanla sülh bağlamaqdan uzaqdır, nə qədər ki, nala-mıxa vurur, sülh imitasiyası yaratmağa çalışır, silah toplayır, sərhədlərimizə yaxın ərazilərdə səngər, bunker qazır, uzunmüddətli müdafiə səddi yaradır regionda müharibə risqi də daim yüksək olacaq. 44 günlük müharibənin bitməsindən 4 ildən artıq vaxt keçir. Bu müddət ərzində nəinki sülh müqaviləsi, hətta diplomatik əlaqələr də yaratmaq mümkün olardı. Amma İrəvanın cığallığı, yeni dəstəkçi axtarışları, "for-post" imkanlarını satışa çıxarması bu ölkəyə başqa şans axtarmağa çox ciddi maneə törədir. Hakimiyyətlə müxalifətin, hakimiyyətlə kilsə və diaspor arasında baş verən fikir ayrılığı da sülhə ciddi əngəl yaradır.
Bəs məğlub Ermənistanı yenidən müharibəyə şirnikləndirənlər kimlərdir və revanş müharibəsində Azərbaycan üzərində qələbə qazanacağına nə qədər zəmanət verirlər. Ermənistanı təəssüfləmndirəcək xəbər vermək məcburiyyətindəyik ki, bu müharibədə də məğlubiyyət payı lap çoxdur. Həm də müharibənin ağrı-acısını ermənilər daha çox hiss edəcəklər. Çünki, müharibə bu dəfə Ermənistan ərazisində gedəcək. Azərbaycanın işğal olunmuş ərazilərində getmiş iki müharibənin fəsadlarını ermənilər yaşamamışdılar, köçən də, qaçan da, öldürülən də, əsir götürülən də, yurdu talanan da azərbaycanlılar idi, ermənilərin o ağrını-acını qəbul edə bilmək problemi var idi, talananların necə bölüşdürülməsi məsələsi onları daha çox məşğul etmişdi.
Düşmənçilik bu gün də davam edir, din də, kilsə də, diaspor da, lobbi də, xristianlıq da özünün sərt üzünü bizə göstərmək üçün fürsət gözləyir. Bəzən ermənilər belə bir idea ortaya atırlar ki, sülh üçün 17 bəndlik müqavilənin 15-i razılaşdırılıb, gəlin müqaviləni bağlayaq, sonra qalan ikisi barədə fikirləşərik. Ermənilərin xəbis, sözünün üstündə durmayan xalq olduğunu hər kəs bilir. Xüsusən də Azərbaycan xalqı bütün çalarlarına bələddir. Ermənistanın silahlanması da bu qəbildəndir. Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: "Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik. Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər".
Bəli, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də digər "müharibə allahları"nın dəstəyinə baxmayaraq, bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Biz erməni lobbisinin destruktiv fəaliyyətindən təsadüfən danışmadıq. Bu gün də Ermənistanın baş naziri və XİN başçısı ABŞ-da səfərdədir və bu çərçivədə öncə yerli ermənilərlə, daha doğrusu erməni lobbisi ilə görüşüblər. O erməni lobbisi ilə ki, yüz ildir Amerikada şad-xürrəm yaşamaqdadırlar və türklərlə savaşın yüz addımlığında belə yoxdurlar. Öndə kim var, indiki Ermənistanda, o cümlədən Türkiyə və Azərbaycanda tolerantlıq mühitində yaşayanlar. Məhz xaricdəki ermənilərin fitvası ilə qonşu ölkələrlə, xalqlarla münaqişələr yaranır, müharibələrə cəlb edilirlər.
Marionet Paylan
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli keçmiş deputatı Garo Paylanın Ermənistana səfəri müzakirələrə səbəb olub. Bir neçə gün əvvəl İrəvanın Malatiya-Sebastiya inzibati rayonunda yerləşən Avetisyan məktəbində rəhbərlik yuxarı sinif şagirdlərini toplayıb hazır olmalarını tapşırıb. Məlumata görə, bu hazırlıq Garo Paylanın məktəbə gəlməsi üçün görülüb, lakin onun gedişi çox adamı narazı salıb. Belə ki, keçmiş deputat ziyarəti müddətində türklərlə ermənilərin mütləq barışmalı olduğunu bildirib. O deyib ki, düşmən münasibətlər artıq sonlandırılmalıdır, yeni nəsil revanş düşüncəsi ilə böyüməməlidir. Çünki nəticədə ermənilər özləri zərərli çıxırlar.
Onun bu "səmimiyyət"inə inanaqmı? Paylanın marionetka olduğunu, ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirdiyini hər kəs bilir. Onun sözləri ümumi bir planı göstərir – vaxt qazanmaq, silah toplamaq, güc yığmaq və müharibəyə hazırlaşmaq. Azərbaycan əleyhinə açıqlamaları ilə böyük reaksiyalara səbəb olan HDP-nin keçmiş millət vəkili Qaro Paylan Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Prof. Dr. Aygün Attardan sərt cavab gəlib. Paylanın Azərbaycanla bağlı dediyi sözlər Türkiyənin Azərbaycanla güclü əlaqələrini hədəfə alması səbəbilə böyük əks-səda doğurub. Prof. Dr. Attar “Qaro Paylanın Azərbaycanla bağlı cəfəngiyyatına cavabımdır” başlıqlı mətn yazıb və sabiq deputatı sərt tənqid edib.
Aygün Attar Paylanın keçmiş açıqlamalarını xatırladaraq, "Bu adam illərdir Türkiyənin "erməni soyqırımı"nı tanıması üçün mübarizə aparıb. İndi isə Azərbaycanı hədəfə alıb, Ermənistana qarşı dərin strategiyalardan danışır" deyib. Attar Paylanın Azərbaycana qarşı dediklərini "qeyri-real və məntiqsiz" adlandıraraq, "Azərbaycan dövləti üzləşdiyi təhlükələri çox yaxşı bilir və buna uyğun hazırlıq görür. Qaro Paylanın açıqlamaları tamamilə xəyalidir" deyib. Nəhayət, Attar Paylana xitab edərək, "həddi aşma!", deyə sərt xəbərdarlıq edib.
Garo Paylan sülhdən danışırsa...
Garo Paylan Türkiyədə PKK terror təşkilatının siyasi quruluşu olan HDP-nin erməni əsilli deputatı idi. HDP adını solçu qoyub, ancaq əslində içində hamının erməni-PKK millətçiliyi etdiyi bir partiyadır. Arada bir iki dənə Garo kimilər var, onlar da durmadan erməni millətçiliyi eləməklə məşğuldur. Partiya daxilindəkilərin ortaq "dəyəri" isə Türk düşmənliyidir. Hamısı bununla nəfəs alır.
Garo deyir ki, Türkiyədə ermənilərin haqqı tapdanır filan. Ancaq, necə olursa açıq aşkar Türk düşmənçiliyi eləməsinə baxmayaraq Türkiyə parlamentinə deputat olub, maaşı da yüksək olub. Həm deputat olub, həm də haqqının tapdandığını deyir. Cənab Paylan, bəlkə Ermənistanda da bircə dənə erməni düşməni, türk deputat göstərəsən? Deputatı qırağa qoy bircə vətəndaş göstərəsən?Atəşkəs vaxtı bütün günü Qarabağda yeyib içmələr, diaspora ilə görüşlər, pul toplamalar filan. İndi görür ki, uduzurlar başlayıb ki, müharibədən ruslar qazanır, türklər qazanır, ermənilər və azərbaycanlılar uduzur filan.
Garo Paylyan atəşkəs vaxtı Azərbaycanın xeyrinə bircə kəlimə işlətməyib. Bircə dəfə "Qarabağda azərbaycanlılar da yaşayırdı" deməyib. Çünki, zamanında bu addımı atmayıb, ermənilərin bircə tədbirini, bircə özəl gününü qaçırmayıb. O solçu deyil, olsa-olsa ancaq daşnaq ola bilər.
Paylan haqda daha bir fakt...
Bir müddət əvvəl, yəni erməni Garo Paylyanın Türkiyənin Böyük Millət Məclisində təmsil olunduğu vaxt, hər zaman açıq ermənipərəst mövqeyi ilə diqqət çəkən bu dəfəki çıxışı yenə də şok effekti yaradıb. O, bu dəfə 1915-ci ildə türk hökuməti ilə əməkdaşlıq edən, erməni terrorçuları haqqında türk komandanlığına məlumat verən erməniləri qınayıb, bu gün də bəzi ermənilərin türk yetkililərlə əməkdaşlıq etdiyini təəssüflə vurğulayıb: “24 aprel 1915-ci ildə həbs ediləcək erməniləri siyahıya alan Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər var idi. Təəssüf ki, bu gün də var”. G.Paylanın açıqlamasından belə məlum olub ki, millət vəkili 1915-ci il olaylarında erməni terrorçuları haqqında türk yetkililərinə məlumat verilməsini düzgün hesab etmir və bu gün də türk hökuməti ilə ermənilərin əməkdaşlıq etməsini təəssüf doğuracaq hadisə hesab edir. Xatırladaq ki, xarici ölkələrə səfərlərində Türkiyə haqqında kəskin ittihamlar səsləndirən G.Paylan Ermənistan-Türkiyə sərhədlərinin açılmasının da əsas tərəfdarlarından biridir.
Ermənistan cəmiyyəti, ermənilər kələfin ucunu itirib. Çünki illər uzunudur yalanlar, xülyalar, saxta tarix əsasında yaşayıb, tərbiyə olunublar. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Erməni tarixi”nin 2-ci cildinin birinci hissəsini oxuyub bitirdiyini deyərək, ondan alınacaq dərsdən danışıb: “Bu kitab Ermənistan Respublikasının maraqları baxımından hazırlanmayıb. Biz tarixdən bir dərs aldıq: real Ermənistan ideologiyası. Əminəm ki, bu, bütün vətəndaşlar, cəmiyyət və xalq üçün ümumdövlət dərsinə çevrilməlidir. Onun praktiki əhəmiyyəti var”. O əlavə edib ki, məktəblərdə tədris olunan fənn “Ermənistan tarixi” adlanmalıdır: “Bu, çox mühüm ideoloji və fəlsəfi məsələdir”.
Bu onu göstərir ki, Ermənistan elitası yeni fəlsəfi-ideoloji konsepsiya hazırlayaraq, ona da “Ermənistan tarixi” adını verib. Deməli, “Erməni tarixi” fənninin uydurma, saxta, xülya olduğu qədər siyasi, iqtisadi, mədəni, milli, coğrafi, humanitar və başqa baxımlardan zərərvericiliyi də təsdiqlənir.
Və sonda...
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, 44 günlük müharibədən keçərək, bizim müstəqil, suveren dövlətə sahib olmaq imkanımız var. Bu barədə o, ABŞ-da erməni icmasının nümayəndələri ilə görüşdə bildirib. “Mən də istəməzdim ki, bu təhlillərdən nəticə çıxaraq ki, qurbanlar əbəsdir. Mən bu mövqe ilə razı deyiləm. Bu mövzu haqqında uzun müddət düşündüm və məndə bu fədakarlıqların Ermənistan Respublikasının müstəqilliyi və suverenliyi naminə verildiyi qənaəti formalaşdı. Biz bu qurbanın gücündən istifadə etməyə diqqət yetirməliyik. Bu, asan olmayacaq”, - Paşinyan bildirib.
V.VƏLİYEV