Icma.az
close
up
RU
İqtisadçıdan Şahin Bağırovun qalmaqallı sözlərinə tutarlı cavab: Gömrük Komitəsinin haqlı haqsız ödənişləri...

İqtisadçıdan Şahin Bağırovun qalmaqallı sözlərinə tutarlı cavab: Gömrük Komitəsinin haqlı haqsız ödənişləri...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, onun “İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar” deməsi narazılıq yaradıb.

Globalinfo.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova cavab verib.
Həmin cavabı təqdim edirik:

“İnsanlar digər xərclərini düşünürlər deyə, Gömrük Komitəsi tərəfindən haqlı-haqsız ödənişlərə məruz qalmaq istəmirlər. Çünki düşünürlər ki, kommunal xidmət ödəməlidirlər, ərzaq bahalaşır, çatdıra bilmirlər, uşaqlar böyüyür, xərcləri artır, gömrüyə geri dönüşünü hiss etmədikləri ödənişlər etmək istəmirlər. Məsələn, ölkəyə avtomobil gətirənlər gömrükdə əlavə xərclərlə üzləşirlər, hansısa MMC təsis edilib, onlar ternimal pulu, sənəd pulu, qələm-mürəkkəb pulu və s. yığır və ya vətəndaş özünə, evinə xaricdən nəsə alır, bu kommersiya məqsədi deyil amma. Lakin Azərbaycan məsələn, paltar, kompüter, telefon və s. istehsal edən ölkədən vergi-rüsum şəklində daha çox qazanır. Yəni özümüz heç nə istehsal etmədən istehsalçılardan çox qazanmaq istəyirik”.

Natiq Cəfərlinin sözlərinə görə, Şahin Bağırov deyib ki, əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır:

“Şahin müəllim məntiqlə düz deyir, vergi-rüsum büdcəyə gedir, oradan da müxtəlif xərclərin, məsələn, maaş-təqaüdlərin ödənilməsinə sərf olunur. Amma büdcənin başqa xərcləri də var axı. Problem odur ki, təmir-tikinti xərcləri ilə bağlı vətəndaşlara məlumat verilmir, hətta rəsmi dövlət qurumu olan Hesablama Palatası hər il yüzmilyonlarla izafi xərclər müəyyən edir. Lakin heç bir tədbir görülmür, heç kəs cəzalandırılmır. Hörmətli Şahin müəllim, siz və hökumətin bir çox üzü iqtisadiyyata “sol”-dan baxırsınız, deyirsiniz ki, vətəndaş, sən vergi-rüsumu çox ödə (qanunlara görə, bəli, bizdə rüsum-vergi yüksəkdir), biz həmin pulu toplayıb, sənə xərcləyəcəyik. Biz isə illərdir iqtisadiyyata “sağ”dan baxmağı təklif edirik. Vətəndaş vergi-rüsum az ödəyəndə onsuz da pul cibində qalır. Dolayısı ilə qayıtmır, vergi-rüsum az ödədiyi zaman cibində qalan pulu iş adamıdırsa biznesə yatırıb, əlavə iş yeri, əlavə vergi-rüsum mənbəyi yaradır. Adi vətəndaşdırsa, cibində qalan pulu yenə iqtisadiyyatda xərcləyir, nəsə alır, bununla da ticarət dövriyyəsini, dolayısıyla vergi-gömrük daxilolmalarını artırır”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri