İran və Livan qadın futbolçuları arasında qarşıdurma Oyun zamanı DAVA DÜŞDÜ
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İordaniyanın paytaxtı Ammanın Kral II Abdullah stadionunda keçirilən qadın futbolu üzrə Millətlər Kuboku çərçivəsində baş tutan İran-Livan qarşılaşması zamanı iki komandanın oyunçuları arasında münaqişə yaşanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Tabnak"a istinadən xəbər verib.
İnsident matçın gedişində, Livan komandasının İrandan iki top fərqi ilə irəlidə olduğu vaxt baş verib.
Oyunun bu gərgin anlarında futbolçular arasında qarşıdurma yaranıb və bu, qısa müddətlik əlbəyaxa davaya çevrilib. Hakimlərin və komanda rəsmilərinin müdaxiləsi ilə vəziyyət nəzarət altına alınıb.
Bununla belə, qarşılaşma sona qədər davam edib. Oyun Livan yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Livan komandasının heyətində Kristi Maaluf het-trik edərək üç qol vurub. İran millisinin yeganə qoluna isə Fatimə Şaban imza atıb.


