Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda daxili hadisələr üzrə beynəlxalq hüquqi çərçivə: İnsan hüquqları standartları və BMT monitorinqi

İranda daxili hadisələr üzrə beynəlxalq hüquqi çərçivə: İnsan hüquqları standartları və BMT monitorinqi

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

28 dekabr 2025-ci ildən İranda başlayan etirazlar fonunda insanların öldürülməsi barədə yayılan məlumatlar, habelə dövlətlərin və beynəlxalq birliyin reaksiyalarının birmənalı olmaması hadisələrin beynəlxalq hüquq prizmasından necə qiymətləndirilməli olduğu sualını aktuallaşdırır. Qeyd edilməlidir ki, ölənlərin sayı və ölüm hallarının şəraiti barədə rəqəmlər mənbələr üzrə fərqlənir: məsələn, 13 yanvar 2026 tarixli xəbərdə bir iranlı rəsminin təxminən 2000 ölüm olduğunu bildirdiyi, eyni zamanda hökumətin bunu “terrorçularla əlaqələndirdiyi” göstərilir. Belə hallarda hüquqi analiz faktların dəqiqləşdirilməsini tələb etsə də, işlək hüquqi çərçivə ilkin qiymətləndirməni mümkün edir.

Beynəlxalq hüquqi yanaşmada ilk addım “nə baş verir” sualını hüquqi kateqoriyaya çevirməkdir. Hadisələr, bir qayda olaraq, iki əsas ehtimal üzrə təsnifləndirilir:

Birinci ehtimal ictimai asayiş pozuntusu və etirazların hüquq-mühafizə tədbirləri ilə idarə olunmasıdır, bu halda əsas tətbiq çərçivəsi beynəlxalq insan hüquqları hüququdur.

İkinci ehtimal isə hadisələrin zorakılığın intensivliyi və silahlı qrupların təşkilatlanması meyarlarını ödəməklə qeyri-beynəlxalq silahlı münaqişə səviyyəsinə yüksəlməsidir; bu halda beynəlxalq humanitar hüquq müəyyən məsələlər üzrə paralel tətbiq oluna bilər. Buna baxmayaraq, münaqişə təsnifatı dəyişsə belə, dövlətin insan hüquqları üzrə fundamental öhdəlikləri (xüsusilə həyat hüququ ilə bağlı) öz aktuallığını itirmir.

Hər bir dövlətin həyatdan özbaşına məhrum etməmək, həyatı qorumaq üçün tədbirlər görmək və ölüm hallarında effektiv araşdırma aparmaq öhdəliyi mövcuddur. Bu öhdəliklər yalnız nəticə ilə deyil, proseslə də ölçülür, yəni dövlətin güc tətbiqinə dair qaydaları, əmrləri, hazırlığı, nəzarət mexanizmləri və araşdırmanın keyfiyyəti hüquqi qiymətləndirmənin ayrılmaz hissəsidir. Hüquq-mühafizə orqanlarının gücdən istifadəsi yalnız ciddi zərurət olduqda və vəzifənin icrası üçün tələb olunan həddə mümkün sayılır. Bu çərçivə minimum zərər məntiqi ilə tamamlanır: dinc toplaşma kontekstində ölümcül güc, prinsip etibarilə, yalnız qaçılmaz və yaxın ölüm və ya ağır xəsarət riskini dəf etmək üçün ən son tədbir kimi legitimləşdirilə bilər. Praktikada bu meyarlar abstrakt deyil, hər epizod üzrə ayrıca qiymətləndirilir və real təhlükə, alternativ vasitələrin mövcudluğu, mütənasiblik kimi elementlərin faktiki əsaslandırılmasını tələb edir. Bu baxımdan, etirazlar zamanı çoxsaylı ölümlər aşağıdakı faktlarla müşayiət olunursa, özbaşına həyatdan məhrumetmə və digər ağır pozuntular şübhəsi güclənir, atəşin dinc kütləyə yönəlməsi, hədəfli xəsarət yetirmə iddiaları, həbsdə işgəncə nəticəsində ölüm ehtimalları, “məcburi etiraflar”la sürətli və qapalı proseslər fonunda ağır cəzaların tətbiqi. Belə hallar yalnız fərdi pozuntu iddiaları kimi deyil, eyni zamanda dövlətin ümumi davranış modelini göstərən indikatorlar kimi də hüquqi əhəmiyyət kəsb edə bilər.

Əgər zorakılıq genişmiqyaslı və ya sistemli şəkildə mülki əhaliyə yönəlmiş hücum xarakteri alırsa, məsələ insanlıq əleyhinə cinayətlər kateqoriyası müstəvisinə yüksələ bilər. Bununla belə, bu təsnifat avtomatik nəticə deyil, hüquqi təsdiq faktların, niyyətin, siyasətin və davranışların model kimi təzahürünün sübutunu tələb edir.

Bu kontekstdə BMT mexanizmlərinin rolu iki istiqamətdə ümumiləşdirilə bilər:

Birincisi, faktların sənədləşdirilməsi;

İkincisi, həmin faktların model olub-olmadığının hüquqi dillə izahı və sübutların gələcək hesabatlılıq üçün qorunması.

BMT müstəvisində İranla bağlı müstəqil faktaraşdırıcı mexanizmlər mövcuddur və əvvəlki etirazlar üzrə ciddi insan hüquqları pozuntularının, o cümlədən beynəlxalq cinayət ehtimallarının araşdırılmasına dair sənədləşdirmə materialları formalaşdırılıb. Bu kontekstdə “hücum” anlayışının düzgün anlaşılması xüsusi əhəmiyyət daşıyır. Insanlıq əleyhinə cinayətlər çərçivəsində “hücum” anlayışı yalnız hərbi əməliyyat mənasında işlədilmir, o, daha çox mülki əhaliyə qarşı zorakılıq və repressiyanın müəyyən siyasət və ya praktikaya uyğun şəkildə ardıcıl icrası kimi başa düşülür. Roma Statutunun 7-ci maddəsi insanlıq əleyhinə cinayətlərin mövcudluğunu silahlı münaqişə şərtinə bağlamadığından, daxili repressiya və genişmiqyaslı təqib kontekstində də bu kateqoriya hüquqi müzakirə predmeti ola bilər.

Dövlətlərin reaksiyası isə beynəlxalq hüquq baxımından iki xəttin arasında qurulur:

I. insan hüquqlarının beynəlxalq müdafiəsi və hesabatlılıq;

II. suverenlik və müdaxilə etməmək.

Müdaxilə etməmək prinsipi reaksiyanı sıfırlamır. BMT Nizamnaməsində daxili yurisdiksiya prinsipi mövcud olsa da, bu, xüsusən insan hüquqları kimi sahələrdə beynəlxalq narahatlıq bildirməyi, BMT mexanizmlərində məsələ qaldırmağı avtomatik qadağan etmir. Üstəlik, Nizamnamənin özündə müəyyən hallarda BMT-nin VII fəsil tədbirləri istisna kimi tanınır.

Nəticə etibarilə, dövlətlərin mövqeyi hüquqi baxımdan susmaq ilə birbaşa müdaxilə arasında, legitim beynəlxalq alətlərdən istifadə etməklə qurula bilər.

Beynəlxalq hüquqi baxımdan işlək və düzgün yanaşma bir neçə əməli komponent üzərində formalaşır.

Birincisi, epizod-epizod qiymətləndirmə aparılmalıdır: hər ölüm hadisəsində kim, hansı səlahiyyətlə, hansı təhlükəyə cavab olaraq, hansı vasitə ilə sualları mərkəzi yer tutur.

İkincisi, güc tətbiqinin əsas testləri – zərurilik, mütənasiblik və hesabatlılıq həm konkret icraçı səviyyəsində, həm də komanda zənciri, əmrlər və normativ qaydalar kontekstində yoxlanılmalıdır.

Üçüncüsü, araşdırma öhdəliyi müstəqil, qərəzsiz, sürətli və effektiv istintaq tələb edir. Cəzasızlıq əlamətləri güclənərsə, beynəlxalq mexanizmlərin rolu daha da artır.

Dördüncüsü, sübutların qorunması xüsusi əhəmiyyət daşıyır: video və foto materiallar, tibbi sənədlər, saxlanma qeydləri, ölüm şəhadətnamələri gələcəkdə həm beynəlxalq mexanizmlərdə, həm də milli məhkəmələrdə əsas sübut bazasına çevrilə bilər. Nəhayət, terminologiyada ehtiyatlılıq zəruridir: “soyqırım”, “insanlıq əleyhinə cinayət” kimi anlayışlar siyasi ritorika ilə deyil, hüquqi meyarlar və sübut standartı ilə işlədilməlidir.

Beləliklə, etirazlar zamanı ölüm hallarına və beynəlxalq reaksiyalara hüquqi qiymət vermək üçün ən səmərəli yol hadisələrin hüquqi təsnifatını dəqiqləşdirmək, güc tətbiqinə dair beynəlxalq standartları epizodlar üzrə tətbiq etmək, araşdırma və sübutların qorunması öhdəliyini mərkəzə qoymaq, habelə ağır beynəlxalq cinayət kateqoriyalarını yalnız fakt-nəticə-nümunə (pattern) əsasında və tələb olunan sübut səviyyəsinə uyğun şəkildə müzakirə etməkdir.

Əlövsət Allahverdiyev,

Hüquq üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri