İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda səkkiz Pakistan vətəndaşı öldürülüb.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, aprelin 12-i səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Mehristan şəhərində azı 8 Pakistan vətəndaşı naməlum silahlı şəxslər tərəfindən güllələnib.
Məlumata görə, yaraqlılar avtomobil təmirçisi işləyən pakistanlıları əl və ayaqlarını bağladıqdan sonra qətlə yetiriblər.
Öldürülən Pakistan vətəndaşlarından beşinin kimliyi açıqlanıb. Hələlik təqsirkarların kimliyi bəlli deyil.
Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan vətəndaşlarının qətli ilə nəticələnən terror aktını pisləyib. O, İranı təqsirkarları üzə çıxarmağa və onları cəzalandırmağa çağırıb:
"İran hökuməti təkcə cinayətkarları həbs etməməli, həm də bu iyrənc hadisənin səbəblərini ictimaiyyətə izah etməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















