Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

İstanbul boğazında Bakı rüzgarı Rəvan CAVİD

İstanbul boğazında Bakı rüzgarı Rəvan CAVİD

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Rəvan Cavidin Azərbaycanın "Fəxri qonaq" kimi qatıldığı 41-ci İstanbul Beynəlxalq Kitab Festivalından təəssürat yazısını təqdim edir.

Rəsmi hissə

İstanbulda... Dünyanın mərkəzində, Şərqlə Qərbin bir-birinə körpü atdığı, bir dövrün sonu, digər bir dövrün başladığı, xüsusi estetikası; məscidləri, rəngli evləri, qağayıları, balıqçıları, simitçiləri, sahhafçıları, sahilləri olan şəhərdə dostlarımla görüşdüm. Mən Bakıya gedə bilməsəm də, Bakı və xatirələrim İstanbula - 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinə gəlmişdi. İstanbulda eyni yerləri hər gün gəzsəniz də, hər dəfə yeni macəranın, yeni bir səsli xatirənin sahibi olursunuz. Bu böyük şəhər hər dəfə fərqli üzü ilə sizi təəccübləndirə bilir. Bəlkə də bu qədər insan qələbəliyinə rəğmən, hələ də məhz bu cür macəralarına görə sevilir. Mənim budəfəki xatirələrimin ünvanı isə kitab festivalı oldu.

Hər il keçirilən və dünyanın ən böyük kitab festivallarından biri olan İstanbul Beynəlxalq Kitab Festivalının qırx birincisində Azərbaycan fəxri qonaq kimi iştirak etdi. Ölkəmiz ilk dəfə idi, bir kitab festivalının fəxri qonağı olurdu. Böyük tərkibdə heyətlə bu mədəniyyət hadisəsinin bir hissəsi olmuşduq. Yazarlar, şairlər, mədəniyyət və incəsənət adamları, naşirlər, jurnal və qəzetlərin redaktorları Bakıdan İstanbula Azərbaycanı təmsil etmək üçün gəlmişdi.

Əvvəlcə burada yaşayan biri kimi deyə bilərəm ki, Türkiyə oxucularının Azərbaycan ədəbiyyatı haqqında təsəvvürləri çox məhduddur. Əgər bədii ədəbiyyatla maraqlanmayan biridirsə, iki-üç klassik şairdən başqa heç kimi tanımaz. Yazı-pozu adamları, hazırlıqlı oxucular isə ədəbiyyatımızı bizim onların ədəbiyyatını bildiyi səviyyədə bilmir. Bu baxımdan, belə bir mötəbər tədbirdə ədəbiyyatı və mədəniyyətimizi təmsil etmək çox faydalı və sevindirici idi. Digər festivallardan fərqi isə təkcə ölkəmizin fəxri qonaq qismində iştirakı deyildi. Budəfəki heyətin əksəriyyətinin gənc nəslə aid olması diqqət çəkirdi. Yazarlar, şairlər, həmçinin naşirlər də gənclərdən seçilmişdi. Qoca mədəniyyətin yeni simaları qədim şəhərdə öz ədəbiyyatlarını təqdim edirdi. Festivalın mənim üçün dəyərli, bir az da sentimental olan tərəfi haqqında bir azdan danışacam. Əvvəlcə tədbirlərin real mahiyyəti, mənə görə uğurlu və qüsurlu tərəfləri haqqında yazmaq istəyirəm.

Azərbaycanın mədəniyyəti və ədəbiyyatını tanıtmaq üçün üç gün davam edən xüsusi stenddə fərqli nəşriyyatlarda çap edilmiş kitablar, dərgilər, Türkiyə türkcəsinə tərcümə olunmuş azərbaycanlı müəlliflərin kitabları, Azərbaycan tarixi, incəsənəti haqqında kitablar var idi. Üçgünlük proqrama imza saatları, kitab təqdimatları, ədəbiyyat müzakirələri, nəşriyyatların və yayım evlərinin müzakirə panelləri, musiqi saatları, rəqslər daxil edilmişdi. Festival çərçivəsində "Azərbaycan-Türkiyə modern şeiri", "Sosial media dövründə yazmaq", uşaq ədəbiyyatı, "Yeni Azərbaycan hekayəçiliyi və romançılığı", "Azərbaycanda nəşriyyat mədəniyyəti", "Çağdaş Azərbaycan şeirinin inkişaf mərhələləri" mövzularında müzakirələr keçirdi. "Səninləyik, Türkiyə!", Yevgeni Bertelsin "Azərbaycanın böyük şairi Nizami", Aşıq Mikayıl Azaflının şeirlər toplusu, Vaqif Səmədoğlunun "Ben burdayım, Tanrım", Süleyman Çələbinin "Mevlid", Şəmil Sadiqin "Odərlər" kitablarının, Türkiyənin məşhur "Hece" dərgisinin Azərbaycan ədəbiyyatına həsr edilmiş sayının təqdimatları baş tutdu. Türkiyə türkcəsinə uyğunlaşdırılmış Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi", Qismət Rüstəmovun "Gələcəyin tarixi", Günel Şamilqızının "Div olsa, nə fərqi var?", Fərid Hüseynin "Yalan Bayramı", Dilqəm Əhmədin "Son dayanacağı İstanbul olan azərbaycanlılar" və mənim "Absurd menyu" kitablarının imza saatları keçirildi. Bunlardan başqa, musiqi saatları və nəşriyyatlar arasındakı əlaqələri təmsil edən tədbirlər baş tutdu. Bu tədbirlərin və müzakirələrin çoxunun gənclər tərəfindən aparılması festivalın bizim adımıza ən yaxşı tərəfi idi. Ədəbiyyatı yeni nəslin gözündən təqdim etmək, təmsil etmək faydalı idi. Bakıdan gələn qonaqların siyahısı da daha çox gənclərin və çağdaş ədəbiyyatımızın üzünü göstərirdi. Festivala qatılan yazıçı və şairlərin içində Xalq yazıçısı Elçin, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Səlim Babullaoğlu, tarixçi yazar Əkbər Nəcəf, şair Əkbər Qoşalı ilə bərabər Fərid Hüseyn, Aqşin Yenisey, Qismət Rüstəmov, Şəhriyar Del Gerani, Nərmin Kamal, Cavid Zeynallı, Sahilə Yaya, Günel Şamilqızı, Ulucay Akif, ədəbiyyatşünas Ülvi Babasoy, araşdırmaçı yazar Dilqəm Əhməd və bəndəniz var idi. Uşaq ədəbiyyatını isə Sevinc Nuruqızı və Solmaz Amanova təmsil edirdi. Məşhur nəşriyyatlarımızın - "TEAS", "Alatoran", "Çapar", "Hədəf", "Parlaq imzalar", "Libra" və digərlərinin naşirləri və əməkdaşları da sərgiyə qatılmışdı. Mənsum İbrahimovun mini konserti ilə stendlərimizə baş çəkənlərin və Azərbaycan xalq musiqisi ilə maraqlananların sayı da çoxaldı.

Digər illərə nisbətən bu il festivala az adam gəldi. Ziyarətçilərin sayı keçən illərə nisbətən az idi. Buna baxmayaraq tədbirlərdə və imza saatlarında qələbəlik olurdu. Bu qələbəlikdən Azərbaycan stendləri çox az pay aldı. Səbəb isə təqdimatın gözdən uzaq və hazırlıqsız olması idi. Ümumiyyətlə, sərgi salonunun ən böyük mənfi cəhəti Beynəlxalq salonun çox uzaqda seçilməsidir. Azərbaycan stendinin yanında sadəcə, Türkiyə Mədəniyyət Nazirliyinin stendi var idi. Salonun böyük bir hissəsi boş-bekar qalmışdı. İki qardaş yenə tək görünürdü qırmızı xalıların üstündə. Və bu boşluq oxucuların da diqqətini yayındırırdı. Salonda cəmi iki stend görən oxucuların çoxu geri qayıdırdı. Azərbaycandan gətirilən kitabların seçimi diqqətəlayiq idi. Hər nəsildən, hər janrdan, hər nəşriyyatdan kitab var idi. Amma bu zəngin irsi təqdim edən kitabçılar yox idi. Bundan əvvəlki iki festivalın ziyarətçisi, müşahidəçisi kimi deyə bilərəm ki, Fəxri qonaq qismində qatıldığımız bu mötəbər festivalda ədəbiyyatımızı daha yaxşı təqdim edə bilmək üçün təşkilatçılıq işlərini mükəmməlləşdirə bilərdik.

Çatışan və çatışmayan bütün tərəfləri ilə festival çərçivəsində türk ailələrinə, tələbə evlərinə, məktəbli kitabxanalarına ayaq açan hər Azərbaycan kitabı bizi təmsil etdi. Və ümid edək ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə tanış olanlar daha çox oxumaq, bilmək istəyəcəklər.

***

Bakı üçün darıxmışdım. Bakı üçün İstanbulda darıxmaq üçün darıxmışdım. Bakıdakı dostlarım üçün darıxmışdım. Onlarla etdiyim söhbətlər üçün darıxmışdım. Darıxmışdım. Gəncliyimin salxım dövründə ədəbiyyatı, şeiriyyatı söhbətlərindən öyrəndiyim, tükənməz həvəslə məni kitablara, mətnlərə vərdiş etdirən dostlarımla İstanbulda dörd günün xatirəsini zehnimə və gündəliyimə yazmaq məni məsum bir xoşbəxtliyin içinə atmışdı. Onlardan bəziləri ilə İstanbulu bir neçə dəfə gəzmişəm, bəziləri ilə isə ilk dəfə idi bu əsrarəngiz şəhərə bərabər baxırdıq. Səmimi məclislərin, gülüşlərin, söhbətlərin, heç vaxt yadımdan çıxmayacaq epizodların bol olduğu dörd payız günü ömürdən keçdi.

Bizi təkcə ədəbiyyat və kitablar birləşdirmirdi. Bizi bu şəhər haqqındakı təsəvvürlərimiz də birləşdirirdi. İstanbulu gəzməyin özü də sənətdi. Ona baxmaq, onu görmək, onu hiss etmək də xüsusi istedad tələb edir. İstanbul bütün şəhərlər, meqapolislər kimi deyil. Burada hər küçə səni yeni bir hadisənin, köhnə bir tarixin içinə atır. Bizim hamımız bu məchul macəraya hazır adamlar idik. Hətta bunun baş verməsi üçün İstanbula inad, asta-asta yeriyib gələcək olan xatirənin həyəcanını yaşayırdıq. Kitablardan oxuduğumuz İstanbulla yaşadığımız, gördüyümüz İstanbulu müqayisə edəndə anlayırdıq ki, bu şəhər təkcə istanbulluların deyil, bu şəhər onu anlaya bilənlərindir. Çünki bir hekayənin içində biz də İstanbula aid idik. Biz də onun boğazın qoxusuna bürünmüş küçələrinin sakinləri idik. İstanbulun hər səmtində bizim bildiyimiz bir hekayə var idi. Və biz o hekayəni İstanbulda yaşayıb onu anlamayanlara həvəslə oxumağa hazır idik. Bəlkə də buna görə gəlmişdik.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı İldə iki dəfə baş verən qeyri-adi hadisə tamaşaçıları valeh etdi Şuşa Teatrının noyabr repertuarı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:335
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Noyabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri