İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet saxlanılıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə bələdiyyələrə qarşı korrupsiya və rüşvət ilə bağlı başladılan istintaq prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün ölkənin Kocaeli vilayətinin İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və onun həyat yoldaşı Murat Hürriyet saxlanılıb. Onlardan əlavə daha 26 şübhəli şəxsin də saxlanıldığı bildirilib.
Bununla bağlı Baş Prokurorluqdan verilən açıqlamada istintaq çərçivəsində İzmit Bələdiyyəsi tərəfindən keçirilən tenderlərə müdaxilənin müəyyən edildiyi qeyd olunub.
Türkiyədə bələdiyyələrə qarşı korrupsiya və rüşvət ilə bağlı araşdırma başladılıb. İstintaq çərçivəsində bugünə qədər ən az 39 bələdiyyəyə qarşı əməliyyat keçirilib, 31-də bələdiyyə sədri saxlanılıb. Onlardan bəziləri isə həbs ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 20 İyul 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















