Icma.az
close
up
RU
“Joy travel“dan şikayət 400 min manatlıq dələduzluq

“Joy travel“dan şikayət 400 min manatlıq dələduzluq

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Blogerlərin reklam etdiyi “JOY TOUR” və “JOY TRAVEL” turizm şirkətlərindən bir qrup vətəndaş şikayət edib.

Axşam.az xəbər verir ki, şirkətlərin məsul şəxsləri Rəşad İlyasov və Nərmin Fətullayeva ilə bağlı Bakı şəhəri Xətai Rayon Prokurorluğuna çoxsaylı müraciətlər daxil olub. İddia edilib ki, onlar vətəndaşlara 400 minə qədər dələduzluq ediblər. Bir neçə gün əvvəl məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Şikayətçilər məhkəmə prosesi ilə bağlı açıqlama veriblər.
Şikayətçilərdən biri Ulduz Əhmədova BTV-yə bildirib ki, məhkəməyə sübutlar təqdim etsə də, müraciəti təmin olunmayıb:

“Onlarla ailə Nərmin xanım tərəfindən dələduzluqla qarşılaşıb. Sonradan məlum oldu ki, Rəşad bəy də bu işin içindədir. Uçuşa bir-iki gün qalmış turumuzun baş tutmadığını öyrənmişik. Elə ailələr var ki, Türkiyəyə gedib, oteldən imtina alıblar. Borc edib yenidən otel tutublar.

Nərmin xanım blogerlərə pul xərcləyir, “FM Tour” adlı şirkət açıb, onları bahalı otellərə göndərir. Bodrumda, Misirdə bahalı otellərə göndərirlər.

Burada zərər çəkən ailələrə isə heç bir dəstək göstərmir. Biz blogerlərin reklamına aldanıb, onların dələduzluğuna uğramışıq. Məhkəmə gedə-gedə başqa tur şirkəti açıb və fəaliyyətini davam etdirir”.

Digər şikayətçi Yeganə Seyidova isə 12 min manat pul ödədiyini deyib:

“Məndən 12 min pul aldı. Üç yerə bölüb vermişəm. Şirkəti bağlandı, amma yenə qalan son məbləği istədi. Uçuşa üç gün qalmış dedi ki, getmirsiniz, gedin hara şikayət edirsiniz edin. ‘Sənə ən böyük yerlərdən zəng vurduraram’ dedi”.

Şirkətdən tur paketi alan başqa bir müştəri Anar Ağayev də oxşar problemlə üzləşdiyini bildirib:

“Biz də digər şəxslər kimi pul ödədik. Bir həftə qalmış dedilər ki, tur yoxdur. Nə qədər şikayət etdik, xeyri yoxdur. Nərmin xanım azadlıqdadır. Bizim şikayətlərimiz fərziyyə kimi qəbul olunur”.
“FM tour”un sahibi Murad Mirzəyev məsələ ilə bağlı açıqlama verib. Direktor bildirib ki, “Joy travel”lə əlaqəsi yoxdur:

“Mənim şirkətimin adını niyə çəkirlər? Həmin insanları tanımıram. Biz sayılıb-seçilən şirkətik. Bu cür işlərdə adımızın çəkilməsi nüfuzumuza zərər verir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Nərmin xanım şirkətin meneceridir və ən böyük zərərçəkənlərdən biridir”.
 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://axsam.az
archiveBu xəbər 16 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri