Icma.az
close
up
RU
Kədər insanı öldürə bilərmi? ARAŞDIRMA

Kədər insanı öldürə bilərmi? ARAŞDIRMA

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Danimarkada aparılan yeni bir araşdırma göstərib ki, “intensiv şəkildə yaşanan yas hissi” erkən ölümə səbəb olur.

Sherg.az xəbər verir ki, "Daily Mail"də dərc olunan və geniş əks-səda doğuran araşdırmada yaş ortalaması 62 olan 2 minə yaxın yas içində olan insan tədqiq edilib.

Tədqiqatçılar yasın intensivliyi ilə ölüm riski arasındakı əlaqəni analiz ediblər.


İştirakçıların yas səviyyəsi elmi qiymətləndirmə aləti olan “Prolonged Grief-13” (Uzunmüddətli Yas-13) şkalası ilə ölçülüb. Nəticələrə əsasən, intensiv yas simptomları göstərən şəxslərdə on il ərzində erkən ölüm riski, aşağı səviyyədə yas yaşayanlarla müqayisədə iki dəfə yüksək olub.

Tədqiqatçılar yüksək səviyyəli yasın nəyə görə erkən ölümə səbəb olduğunu dəqiq bilmir. Lakin Dr. Mette Kjærgaard Nielsen bildirib ki, intensiv yas yaşayan şəxslərdə ürək-damar xəstəlikləri, psixoloji problemlər və intihar hallarında artım müşahidə olunub.


Araşdırma 2012-ci ildə başlayıb və iştirakçılar 10 il ərzində izlənilib. Tədqiqatın sonunda insanların yas prosesini necə yaşadıqlarına əsasən beş fərqli “yas prosesi tipi” müəyyən edilib:

Ən geniş yayılmış qrup iştirakçıların 38%-ni təşkil edib və bu insanlar aşağı səviyyədə yas əlamətləri ilə davam ediblər.

Təxminən 20% iştirakçı əvvəlcə yüksək, sonra isə azalan yas reaksiyaları göstərib.

29%-lik bir qrup isə orta səviyyədə başlayıb və zamanla zəifləyən yas prosesi yaşamışdır.

9%-lik bir qrupda isə yas əlamətləri əvvəlcə aşağı səviyyədə olub, altıncı ayda zirvəyə çatıb, sonra azalıb.

Ən azsaylı qrup olan 6% isə “intensiv və davamlı yas” yaşamış və erkən ölüm baxımından ən yüksək risk altında olanlar olmuşdur.


Əvvəlki araşdırmalarda da intensiv yasın ürək sağlamlığına təsirinə diqqət çəkilmişdi. Tibb dilində “takotsubo kardiyomiyopatiyası” adlanan və “Qırıq Qəlb Sindromu” kimi tanınan bu vəziyyət, qəfil stres hormonlarının ürəkdə müvəqqəti böyüməyə səbəb olması ilə meydana çıxır.

Hər il təxminən 2.500 nəfəri təsirləndirən bu sindrom, ürəyin qan pompalama funksiyasını müvəqqəti pozur və infarktla oxşar əlamətlər göstərir. Lakin infarktdan fərqli olaraq, bu vəziyyətdə damar tıxanması olmur.


Bu oxşarlığa görə bəzi xəstələr səhvən infarkt diaqnozu alır və uyğun müalicə ilə təmin olunmur.

Şotlandiya Aberdin Universitetində aparılan beş illik tədqiqatda təxminən 4 min xəstə üzərində araşdırma aparılıb. Nəticələr göstərib ki, bu sindroma sahib xəstələrin dörddə biri həyatını itirib. Həmçinin, infarktın qarşısını almaq üçün verilən dərmanların takotsubo kardiyomiyopatiyası üzərində təsirli olmadığı da müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyul 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri