Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Kiçik ölkə və məğlub xalqdan qalib millətə doğru..

Kiçik ölkə və məğlub xalqdan qalib millətə doğru..

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq münasibətlər tarixində dövlətlərin geosiyasi statusu hər gün dəyişmir. Belə transformasiya bəzən onilliklər, hətta əsrlər tələb edir. Azərbaycan isə cəmi beş il ərzində tarixində görünməmiş geosiyasi inqilab etməyi bacardı. 2020-ci ilə qədər Azərbaycan beynəlxalq siyasətdə daha çox münaqişə yaşayan dövlət kimi qəbul olunurdu. Otuz ilə yaxın müddətdə ölkəmizin xarici siyasətinin böyük hissəsi işğal faktının dünya ictimaiyyətinə çatdırılmasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına çağırışlara və ərazi bütövlüyümüzün müdafiəsinə yönəlmişdi.

Biz beynəlxalq hüquqa söykənirdik. Lakin beynəlxalq siyasətin gündəliyini müəyyən etmirdik. 44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızı azad etmədi, həm də Azərbaycanın beynəlxalq sistemdə yerini dəyişdi. İlk dəfə olaraq Cənubi Qafqazın siyasi xəritəsi region dövlətinin öz gücü, siyasi iradəsi və hərbi qələbəsi ilə dəyişdirildi.

Qazanılan tarixi Zəfər dövlətimizin regionda 1990-cı illərdən sonra formalaşan qüvvələr nisbətini dəyişdirdi, ATƏT-in Minsk qrupunun inhisarçı mövqeyinə son qoydu, müstəqilliyimizin möhkəmlənməsinə səbəb oldu və dövlətimizin geosiyasi statusunu dəyişdi.

Əgər əvvəllər Azərbaycan regional təhlükəsizlik gündəliyinin obyekti idisə, 2026-cı ilin perspektivindən çıxış etdikdə həmin gündəliyin əsas müəlliflərindən biridir.

Ən mühüm dəyişiklik isə ondan ibarətdir ki, tarixdə ilk dəfə Ermənistan amili Azərbaycanın varlığını, ərazi bütövlüyünü və siyasi gələcəyini təhdid edən əsas faktor olmaqdan çıxıb.

Otuz il ərzində ölkəmizin demək olar ki, bütün beynəlxalq fəaliyyəti işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmişdi. İndi Azərbaycan artıq öz inkişaf gündəliyini özü müəyyən edir.

Sülh müqaviləsinin təşəbbüskarı da, regional nəqliyyat layihələrinin müəllifi də, Orta Dəhlizin əsas dayaqlarından biri də, enerji təhlükəsizliyi sahəsində Avropanın strateji tərəfdaşlarından biri də Azərbaycandır.

Hazırkı Şuşa Forumu dünya siyasi gündəliyinə mühüm strateji ideyalar bəxş edir. Fərq aydın görünür: keçmiş imperiya dövlətləri müharibə içindədir, əvəzində Cənubi Qafqazda yeni geosiyasi reallıq imperiya mərkəzlərində deyil, Bakıda formalaşır.

İki əsr ərzində regionun taleyi əsasən böyük güclərin rəqabəti ilə müəyyən olunurdu. Rusiya imperiyası, Sovet İttifaqı, Persiya, Osmanlı və Qərb dövlətləri Qafqazın gələcəyini müəyyən edirdilər. İndi isə vəziyyət köklü şəkildə dəyişib.

Artıq regionun əsas geosiyasi təşəbbüsləri Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilmir. Belə bir nəticə müstəqillik tariximizin ən böyük siyasi uğurlarından biridir.

Halbuki Azərbaycan heç vaxt hegemonluq siyasəti yürütməyib, heç bir dövlətə qarşı ərazi iddiası irəli sürməyib, beynəlxalq hərbi blokların qarşıdurma siyasətinə qoşulmayıb. Lakin eyni zamanda milli maraqlarını heç bir təzyiq qarşısında güzəştə getməyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas fərqləndirici xüsusiyyəti də budur. Milli maraqları beynəlxalq hüquq çərçivəsində müdafiə etmək, heç bir güc mərkəzinin geosiyasi alətinə çevrilməmək əsas xəttimizdir.

Məhz buna görə Azərbaycan həm Qərblə, həm Türk dünyası ilə, həm İslam coğrafiyası ilə, həm də müxtəlif beynəlxalq platformalar çərçivəsində eyni vaxtda əməkdaşlıq edə bilir.

Qalib siyasət öz siyasi iradəsinə güvənən orta güc dövlətlərinin xarakterik xüsusiyyətidir. Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq mövqeyini köklü şəkildə dəyişdi. Əgər əvvəllər beynəlxalq təşkilatlara Azərbaycanın probleminin həlli üçün müraciət olunurdusa, indi Bakı qlobal dialoq üçün platformalar yaradır. Şuşa Qlobal Media Forumu, qlobal enerji dialoqları, sülh gündəliyi, Orta Dəhliz, Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, D-8-də fəal iştirak, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Board of Peace" formatının təsisçi iştirakçıları sırasında yer alması da Azərbaycanın artıq regional çərçivələri aşan siyasi nüfuzunun göstəriciləridir.

Beynəlxalq münasibətlər tarixində orta güc dövlətləri heç vaxt təkbaşına fəaliyyət göstərmirlər. Onlar öz geosiyasi mövqelərini güclü strateji tərəfdaşlıqlar üzərində qururlar.

Azərbaycan üçün belə tərəfdaşlıq modelinin ən parlaq nümunəsi qardaş Türkiyə ilə münasibətlərdir. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətlərin yalnız müttəfiqlik səviyyəsinə yüksəldiyini elan etmədi. Sənəd Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının əsasını qoydu.

Tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik sistemi xarici güclərin diktəsi ilə yox, Azərbaycan və Türkiyənin strateji iradəsi ilə formalaşmağa başladı. Bir daha çoxəsrlik tarixə və müstəqillik illərinə qayıtsaq, yeni geosiyasi arxitekturanı quran Azərbaycan daim düşmənçiliyin hökm sürdüyü bölgədə mühüm dönüş nöqtəsi oldu.

Vətən müharibəsinin ən mühüm geosiyasi nəticələrindən biri də Ermənistanın onilliklər ərzində həyata keçirdiyi ərazi iddiaları siyasətinin iflasa uğraması oldu. Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Türkiyəyə qarşı tarixi ərazi iddiaları və qondarma "soyqırımı" məsələsinin də iflasına səbəb oldu.

Çünki işğal faktoru uzun illər həmin siyasətin əsas alətlərindən biri idi. Bölgədə yaranmış yeni reallıq göstərir ki, əməkdaşlıq və kommunikasiyalar qarşıdurmadan daha böyük perspektiv vəd edir. Məhz buna görə Ermənistan da ilk dəfə olaraq sülh müqaviləsini müzakirə etdiyi bir mərhələyə gəlib çıxıb.

Azərbaycanın orta güc statusunu şərtləndirən digər mühüm amil Türk dünyasının inteqrasiyasında oynadığı roldur. Bakı ilə Ankara arasında formalaşan strateji xətt Orta Asiyadan Xəzərə, Qafqazdan Aralıq dənizinə qədər uzanan yeni geoiqtisadi və geosiyasi məkanın əsas dayaqlarından birinə çevrilib.

Türk Dövlətləri Təşkilatının institusional inkişafı, Zəngəzur dəhlizi ideyası, Orta Dəhlizin genişlənməsi, enerji və nəqliyyat layihələrinin əlaqələndirilməsi Azərbaycanın daha geniş Avrasiya məkanında təsir imkanlarını artırır. Ona görə də keçmiş imperiyalar regionda öz maraqlarını həyata keçirərkən Azərbaycanın mövqeyini nəzərə almağa məcburdurlar.

Rusiya üçün Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının mühüm halqasıdır. İran üçün Azərbaycan Cənubi Qafqazda sabitliyin və iqtisadi əməkdaşlığın əsas tərəfdaşlarından biridir. Avropa İttifaqı üçün Azərbaycan enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır. Türkiyə üçün isə Azərbaycan strateji müttəfiq və Türk dünyasının inteqrasiyasında əsas sütunlardan biridir. Orta güc statuslu dövlətin ən mühüm xüsusiyyəti müxtəlif geosiyasi mərkəzlər arasında qarşıdurma yaratmamaq, əksinə, onların əməkdaşlıq edə bildiyi strateji platformaya çevrilməkdir.

Hörmətli həmkarlar!

Bir vaxtlar Azərbaycanın geosiyasi mövqeyi onun zəifliyi kimi qiymətləndirilirdi. Bu gün isə eyni coğrafiya onun ən böyük üstünlüyünə çevrilib. Dövlətimizin qəbul etdiyi qərarlar regionun gələcəyini müəyyən edir.

Məhz buna görə Prezident İlham Əliyevin ifadə etdiyi "orta güc" anlayışı ölkəmizin artıq Cənubi Qafqazda yeni geosiyasi tarazlığın əsas memarlarından birinə çevrildiyini ifadə edir.

Müasir dünyanın geosiyasətini enerji marşrutları, nəqliyyat dəhlizləri, rəqəmsal kommunikasiyalar, ərzaq təhlükəsizliyi, kritik logistika və qlobal ticarət zəncirləri müəyyən edir. Məhz buna görə beynəlxalq münasibətlərdə yeni anlayış formalaşıb: "geoiqtisadi güc". Azərbaycanın qazandığı orta güc statusunun əsas sütunlarından biri də məhz geoiqtisadi imkanlarıdır.

Vətən müharibəsinə qədər ölkəmiz əsasən enerji ixrac edən dövlət kimi tanınırdı. İndi isə Azərbaycan Avrasiyanın logistika xəritəsini dəyişən ölkələrdən biridir.

Şərqlə Qərbi, Şimalla Cənubu, Türk dünyası ilə Avropanı, Xəzərlə Aralıq dənizini birləşdirən əsas qovşaqlardan biri məhz ölkəmizdir. Çünki son illərdə Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşrutları vahid geoiqtisadi sistemə çevrilib.

Dünyada geosiyasi böhranlar artdıqca Orta Dəhlizin əhəmiyyəti də sürətlə yüksəlir. Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdə yaranan təhlükələr, Yaxın Şərqdə qeyri-sabitlik, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutlara tələbatı daha da artırıb. Alternativ marşrutun mərkəzində Azərbaycan dayanır. Yeni status kiçik dövlət kompleksinə son qoyur, geoiqtisadi mərkəzə çevrilən orta güc dövlətini dünyaya təqdim edir.

Ölkəmizin ən böyük strateji üstünlüyü onun coğrafiyasını siyasi və iqtisadi gücə çevirə bilməsidir. Enerji ixrac edən dövlət olmaq mühüm nailiyyətdir. Lakin enerji, nəqliyyat, diplomatiya və təhlükəsizliyi vahid strategiyada birləşdirərək müxtəlif güc mərkəzlərinin etibarlı tərəfdaşına çevrilmək artıq orta güc dövlətinin əsas əlamətlərindən biridir.

Beynəlxalq münasibətlər tarixində orta güc dövlətlərinin ən mühüm xüsusiyyətlərindən biri odur ki, onlar böyük güclərin qarşıdurmasının iştirakçısına çevrilmirlər. Əksinə, onlar müxtəlif geosiyasi mərkəzlər arasında dialoq yaradan, etimad formalaşdıran və sabitliyi təşviq edən dövlətlər kimi çıxış edirlər. Son illərdə Azərbaycanın həyata keçirdiyi xarici siyasət məhz həmin modelə əsaslanır.

Dünya eyni vaxtda bir neçə ağır geosiyasi böhran yaşayır. Rusiya–Ukrayna müharibəsi Avropanın təhlükəsizlik sistemini dəyişdirib. Yaxın Şərqdə baş verən silahlı qarşıdurmalar qlobal təhlükəsizliyə zərbə vurub. Azərbaycanın Qarabağ Zəfəri beynəlxalq nizamın əsaslarından biridir. Sülhü onun üzərində qurmaq olar.

Azərbaycanın ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, ölkəmiz heç bir beynəlxalq sanksiya rejiminin hədəfinə çevrilməyib. Əksinə, müxtəlif geosiyasi mərkəzlər Azərbaycanı əməkdaşlıq platforması kimi qiymətləndirirlər.

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "orta güc" anlayışı hərbi qələbənin diplomatik, iqtisadi və geosiyasi qələbəyə çevrilməsinin ən dəqiq ifadəsidir.

Lakin "orta güc" anlayışı daim güclü iqtisadiyyat, çevik diplomatiya, müasir ordu, daha böyük elmi və texnoloji potensial, daha rəqabətqabiliyyətli insan kapitalı tələb edir. Çünki geosiyasi status birdəfəlik qazanılmır. Onu hər gün qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək lazımdır.

Ən böyük həqiqət isə budur ki, Azərbaycan artıq öz tarixinin yeni mərhələsini — Qalib Yüz İlini yaşayır.

İşğala məruz qalan dövlətdən qalib dövlətə, qalib dövlətdən isə beynəlxalq münasibətlər sistemində söz sahibi olan orta gücə çevrilmək müasir Azərbaycan tarixinin ən böyük dəyişikliyidir.

"Kiçik dövləti və məğlub xalqı" qalib millətə və orta gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və müstəqil dövlətçilik kursudur.

Dünya eyni vaxtda bir neçə ağır geosiyasi böhran yaşayır. Rusiya–Ukrayna müharibəsi Avropanın təhlükəsizlik sistemini dəyişdirib. Yaxın Şərqdə baş verən silahlı qarşıdurmalar qlobal təhlükəsizliyə zərbə vurub. Azərbaycanın Qarabağ Qələbəsi beynəlxalq nizamın əsasıdır. Sülhü onun üzərində qurmaq olar.

Azərbaycanın ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, ölkəmiz heç bir beynəlxalq sanksiya rejiminin hədəfinə çevrilməyib. Əksinə, müxtəlif geosiyasi mərkəzlər Azərbaycanı əməkdaşlıq platforması kimi qiymətləndirirlər.

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "orta güc" anlayışı hərbi qələbənin diplomatik, iqtisadi və geosiyasi qələbəyə çevrilməsinin ən dəqiq ifadəsidir.

Lakin "orta güc" anlayışı daim güclü iqtisadiyyat, çevik diplomatiya, müasir ordu, daha böyük elmi və texnoloji potensial, daha rəqabətqabiliyyətli insan kapitalı tələb edir. Çünki geosiyasi status birdəfəlik qazanılmır. Onu hər gün qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək lazımdır.

Ən böyük həqiqət isə budur ki, Azərbaycan artıq öz tarixinin yeni mərhələsini — Qalib Yüz İlini yaşayır.

İşğala məruz qalan dövlətdən qalib dövlətə, qalib dövlətdən isə beynəlxalq münasibətlər sistemində söz sahibi olan orta gücə çevrilmək müasir Azərbaycan tarixinin ən böyük dəyişikliyidir.

"Kiçik dövləti və məğlub xalqı" qalib millətə və orta gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və müstəqil dövlətçilik kursudur.

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri