Lənkərandakı ağır qəzanı yeniyetmə törədib Ailəsində toy günü olub TƏFƏRRÜAT
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lənkəranda 61 yaşlı velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza bu gün rayonun Vel kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobili idarə edən şəxsin yeniyetmə olduğu bildirilir. Qeyd olunur ki, hadisə baş verən gün sürücünün ailəsində toy mərasimi keçirilib.
Qəza zamanı xəsarət alan Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması, koma və bədənin müxtəlif hissələrində açıq yaralar diaqnozu qoyulub. Zərərçəkən reanimasiya şöbəsində saxlanılır, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
Baxış sayı:88
Bu xəbər 21 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















