Icma.az
close
up
RU
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: ...bu, vəziyyəti daha da ağırlaşdırır FOTOLAR

Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: ...bu, vəziyyəti daha da ağırlaşdırır FOTOLAR

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Londonda yerləşən tarixi Marlboro Sarayında "Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr" adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.

Mia.az xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib.

O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb.

Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb: "Təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır".

COP29-un Sədri və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb və bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025–2035-ci illəri əhatə edən "Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı" üzərində işləyir.

O, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.

Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib.

O, həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib.

Muxtar Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.

Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb.

O bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.

Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib.

O, COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.

"Whale Guardians" təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.

Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.

Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.

Tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib.

Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see242

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see221

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see138

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see136

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see121

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri