Milli Məclisdən Səhiyyə Nazirliyinin saxta sertifikat bazarına reakisya: Şərh verməkdə çətinlik çəkirəm
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli sosial şəbəkələrdə saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısının yayılmasının ciddi müzakirə yaratmasına münasibət bildirib.
Mia.az-ın məlumatına görə, M.Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, sözügedən siyahının nə dərəcədə dəqiq olduğu bir az şübhə doğurur.
“Bu, iddia şəklindədir. Hər bir iddianı irəli sürən şəxs ortaya konkret sənədlər qoymalıdır və iddiasını sübut etməlidir. Siyahı nə dərəcədə həqiqətdir? ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur. Sözün düzü, şərh verməkdə çətinlik çəkirəm. Rəsmi qurumlar məsələni araşdırıb cavab verdikdən sonra şərh vermək olar”, - deputat bildirib.
Xatırladaq ki, hazırda ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova 50-yə yaxın plastik cərrahın siyahısını yayıb. O bildirib ki, siyahıdakı həkimlərin heç biri rezidentura təhsili almayıblar. Jurnalist iddia edir ki, həmin həkimlər Səhiyyə Nazirliyinə 30.000 AZN rüşvət verib və “möcüzəvi” şəkildə ixtisas dəyişiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Noyabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















