Icma.az
close
up
RU
Milli qəhrəmanlarının önündə baş əyən LİDER: İlham Əliyevdən dünyaya həmrəylik mesajı KONKRET

Milli qəhrəmanlarının önündə baş əyən LİDER: İlham Əliyevdən dünyaya həmrəylik mesajı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İl sonunda başımıza gələn dəhşətli təyyarə qəzasında bizi birdəfəlik tərk edən Vətən övladlarının həsrəti qəlbimizi həmişə göynədəcək, yaddaşımızdan heç vaxt silinməyəcək…

Uzun yolun yolçuluğuna çıxanlar ölümlərini göylərdə qarşılayanda nəyin necə baş verdiyini anlamağa belə macal tapmadılar… Bakıdan Qroznıya uçan təyyarənin qəza xəbəri bir anın içində bütün dünyaya yayıldı. Namərd gülləsinə tuş gələn qartal kimi havada can verən Azərbaycan şahinləri son nəfəslərinə qədər ölüm-dirim savaşı apardılar. 29 nəfərin həyatını xilas etsələr də, “hər şey yaxşı olacaq” sözünü son dəfə dedilər, 38 nəfərlə bilrlikdə əbədiyyətə qovuşdular.

Hələ də qəzanı yuxu kimi dərk edən adamlar nigaran ruhların nalə çəkdiyi göylərin qanunlarından xəbərsizdir. Hələ də anlamırlar ki, göylər ruhlar üçündür, Tanrı yalnız daha yaxın bildiyi bəndələrini dərgahına aparır. Yerdəkilər isə həmişə onların ruhunu uca tutacaq və dualar edəcəklər…

Bu çətin günlərdə ölkə rəhbərliyi təyyarə qəzasında həlak olanları xalqla birlikdə son mənzilə yola saldı. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xalqın yanında olması, faciə qurbanlarının ailə üzvləri ilə yanakı dayanması əsl həmrəylik nümunəsi idi. Ölkə başçısı və xanımının təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasiminə böyük kədər hissilə qatılması lider-xalq birliyinin növbəti ifadəsi idi.

Ən çətin anlarda xalqla həmrəy olmaq, insanların dərdinə şərik çıxmaq missiyası Ümummilli Lider Heydər Əliyevdən miras qalan insansevərlik, vətənpərvərlik və liderlik keyfiyyətləridir. Ulu Öndər də ən ağır günlərdə xalqla bir yerdə olmaqdan qürur duyur, həmvətənlərini dar gündə tək qoymurdu. Heydər Əliyev hələ 35 il əvvəl Moskvada yaşayan zaman Azərbaycan xalqının başına gətirilən faciələrə biganə qalmadı. 20 Yanvar qırğınını eşidən kimi ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər baş verənləri xalqımıza qarşı soyqırım, cinayət adlandırdı. 35 il əvvəl atasıyla birgə hadisəni törədənləri ittiham edən İlham Əliyev həmin missiyanı indi də davam etdirir. Xalqın yanında olmaq, onun ruhunu duymaq hər bir dövlət başçısına xas keyfiyyət deyil və biz bunun zaman-zaman çox şahidi olmuşuq. Vida mərasimində həlak olanların yaxınları və doğmalarına həyan duran, onlara dəstək nümayiş etdirən, cənazələr önündə baş əyən cənab prezidentin bu sayğısı həm də xalqa həmrəylik mesajı idi. 21 il əvvəl ilk andiçməsində dediyi sözü tutan İlham Əliyev bununla bir daha hər bir azərbaycanlının prezidenti olduğunu göstərdi. Bununla həm də Azərbaycanın düşmənlərinə yeni mesajlar verdi, dövlətimizə qarşı çıxan qüvvələrə xəbərdarlıq etdi.
Həlak olanların ruhuna dərin ehtiramını ifadə edən ölkə başçısı qəza ilə bağlı qarşı tərəfdən hesab da sordu, hadisəni törədənlərin cəzalandırılmasını tələb etdi. Günahkarlar İlham Əliyevin qətiyyəti qarşısında acizliklərini gizlədə bilmədi, cinayətlərini etiraf etməkdən başqa çarələri qalmadı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yaşadığımız bu faciə bütün dünyaya bir daha həmrəyliyimizin sarsılmaz olduğunu nümayiş etdirdi. Bizi bütün bəlalardan xilas edən lider-xalq birliyimizin əbədi olması diləyi ilə Uca Yaradan xalqımıza daimi sülh, əmin-amanlıq və firavanlıq nəsib eləsin!

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri