Icma.az
close
up
RU
Minsk qrupu Qarabağ münaqişəsinin dondurulması ilə məşğul idi

Minsk qrupu Qarabağ münaqişəsinin dondurulması ilə məşğul idi

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

ATƏT-in Minsk qrupu əvvəldən Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə deyil, onun dondurulması ilə məşğul olurdu. Onun əsas vəzifəsi münaqişənin yenidən hərbi müstəviyə keçməsinin qarşısını almaq idi. Lakin bu vəzifəsinin öhdəsindən gələ bilmədi, çünki münaqişə həm 2016-cı ildə, həm də 2020-ci ildə yenidən hərbi mərhələyə keçdi və nəhayət, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam və qeyd-şərtsiz qələbə qazandı.

Bu fikri AZƏRTAC-a Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

Politoloq xatırladıb ki, 2020-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri dəvət olunmadan Bakıda “peyda” oldular və Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərkən demişdi: “Mən Minsk qrupunu səfər etməyə dəvət etməmişdim. Amma mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, mən dedim: qoy gəlsinlər, mən etiraz etmirəm. Bəlkə mənə deyəcəkləri nəsə var”.

“Məlum oldu ki, onların deyəcək heç nəyi də yox imiş. Bundan sonra həmsədrlər üçlüyünü yenidən diriltmək üçün müəyyən cəhdlər edildi, lakin sonradan başlayan Rusiya–Ukrayna müharibəsinə görə birgə səylərlə nizamlanma prosesinə qoşulmaq artıq mümkün olmadı”, – deyə deputat vurğulayıb.

Agentliyin müsahibi qeyd edib ki, Rusiya müəyyən müddət bu vasitəçilik missiyasını təkbaşına icra etməyə çalışdı, sonra isə o vaxtkı Avropa Şurasının Prezidenti Şarl Mişelin timsalında Avropa İttifaqı belə bir təşəbbüs göstərdi. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı və tərəflər münasibətlərin tənzimlənməsi prosesini ikitərəfli formatda davam etdirdilər.

“Sonradan ABŞ-ın, ABŞ Prezidentinin dəstəyi əldə olundu – Vaşinqtonda Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Görüşün nəticələrinə əsasən Minsk qrupunun buraxılması barədə qərar qəbul olundu və bu da həyata keçirildi”, – deyə R.Musabəyov yekunda söyləyib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri