Icma.az
close
up
RU
Missiya arxasında gizlənən İrəvan: Maraqlar toqquşması qaçılmazdır

Missiya arxasında gizlənən İrəvan: Maraqlar toqquşması qaçılmazdır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması ilə bağlı qərarı qarşıdakı iki il ərzində regiondakı proseslərə ciddi təsir göstərə bilər.

Bu da öz növbəsində Avropa İttifaqının perspektivdə Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək siyasətini davam etdirəcəyindən xəbər verir. 

Qeyd edək ki, monitorinq missiyasının fəaliyyət müddətinin uzadılması barədə qərarı Aİ-nin Brüsseldəki səfirləri qəbul edib. Avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla şərti sərhədində qalacaqlar. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı 165 nəfər xarici və 44 nəfər erməni üzv olmaqla dəyişməz qalacaq. Bu qərarın yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənəcəyi  gözlənilir. 

Xatırladaq ki, sözügedən missiya 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Qrupun tərkibinə 8 fransız jandarmı və Almaniyadan olan 15 polis daxildir. Avropalı müşahidəçilərin regionda qalması ilk növbədə, bölgədə gərginliyin artmasına gətirib çıxara bilər. Bu da həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də Cənubi Qafqazda Qərb-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. 

Son iki ildə Avropa İttifaqının müşahidə missiyasının Azərbaycan-Ermənistan şərti sərhədinə yerləşdirilməsi iki ölkə arasında sülhün əldə edilməsində əsas maneələrdən birinə çevrilib. Nikol Paşinyan hakimiyyəti mövcud status-kvonu Ermənistan üçün daha əlverişli hesab edir. Yəni rəsmi İrəvan avropalı müşahidəçilərə Ermənistanın təhlükəsizliyinin təminatı kimi baxır. Azərbaycan və Ermənistan arasında sülh sazişi olmadığına görə şərti sərhəd potensial münaqişə mənbəyi olaraq qalır. 

Müşahidəçilərin Ermənistanda qalması isə Nikol Paşinyan hökumətinə bir tərəfdən sülh müqaviləsindən yayınmaq, digər tərəfdən müharibə təhlükəsindən özünü sığortalamaq imkanı yaradır. Nəticədə, Ermənistan missiyanın olmasından istifadə edərək sülh müzakirələri ilə paralel silahlanma siyasətini həyata keçirir. Ermənistanın şərti sərhəddə getdikcə daha çox hücum silahları yerləşdirməsi qeyd edilən səbəblə bağlıdır. 

Ona görə də Azərbaycan sülh danışıqlarında missiyanın şərti sərhəddən çıxarılması tələbini irəli sürüb. Azərbaycan Prezidenti ötən il dekabrın 17-də Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini göstərib.

“Məlum olduğu kimi, 2025-ci ilin yanvarında Avropa İttifaqı missiyasının Ermənistanda mandatı başa çatır. 209 nəfərlik missiyaya növbəti dəfə mandat verilməsinə cəhdlər göstərilir ki, Azərbaycan da bunun qəti əleyhinədir. Paşinyan isə özbaşına deyil, ona bu missiyanın başında dayanan Makron təzyiqlər göstərir”, - deyə dövlət başçısı bildirib. 

Qeyd edək ki, Ermənistan sülh müqaviləsi üzrə 17 bəndin 15-nin razılaşdırıldığını xəbər verir. Ancaq tərəflər arasında mübahisəli qalan məsələlər heç də deyildiyi qədər az deyil. Bunlardan biri də müşahidə missiyasının fəaliyyətinə xitam verilməsi ilə bağlıdır. Ermənistan parlamentinin sədri Alen Simonyan kompromis variant kimi müşahidəçilərin sərhəddən geri çəkilməsini və ofis rejiminə keçməsini təklif etmişdi. Ancaq missiyanın səlahiyyət müddətinin yenidən iki il uzadılması Ermənistanın bu məsələdə daha çox siyasi manipulyasiya ilə məşğul olduğunu təsdiq edir. 

Müşahidəçilərin olması Ermənistana Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən yayınmaq imkanı da yaradır. Yəni müşahidəçilər 1991-ci ildə SSRİ dağıldığı dövrə aid inzibati sərhədlərdə yerləşdirilib. Bununla da İrəvan 1991-ci ilə dair sərhədləri Ermənistanın beynəlxalq sərhədləri kimi tanınmasına nail olmaq istəyir. Halbuki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Ona görə də müşahidə missiyasının yerləşdiyi şərti ayırıcı xətti Ermənistanın dövlət sərhədi kimi təqdim etməsi sülh prosesinə ziddir. 

Avropa İttifaqının müşahidə missiyasının növbəti iki il ərzində Ermənistanda qalması regionda geosiyasi sabitliyə də problem yaradacaq. Çünki missiyaya hərbi status veriləcəyi gözlənilir ki, bu bölgədə marağı olan Rusiya və İran tərəfindən sakit qarşılanmayacaq.

Ermənistanın Azərbaycanla şərti sərhədi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədləridir. Nikol Paşinyanın KTMT sərhədinə Avropa İttifaqının hərbi missiyasını yerləşdirməsi perspektivdə regionda Qərb-Rusiya qarşıdurmasını gücləndirə bilər. Eyni zamanda, NATO üzvü olan ölkələrin Cənubi Qafqazda fəallaşması İran-Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyəcək. 

Çünki İran regionun problemlərinin bölgə dövlətləri tərəfindən həlli prinsipinə üstünlük verir. Tehranın bu mövqeyi Rusiya ilə yanvarın 17-də strateji tərəfdaşlıq sazişinin imzalanması zamanı Kreml tərəfindən dəstəklənib. Ermənistanın Azərbaycanla şərti sərhədə ABŞ-nin sərhəd mühafizə qrupunu da cəlb etməyə çalışdığını nəzərə alsaq, maraqlar toqquşması qaçılmaz görünür. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri