Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri ANALİZ

Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri ANALİZ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Keçmiş SSRİ dövründə ən böyük zülm imperiya ərazisində yaşayan türk xalqlarına qarşı edilib. Onlar (azərbaycanlılar, tatarlar, qazaxlar, özbəklər, türkmən, qırğızlar, başkordlar, qaqauzlar və başqaları) bu etnosdan olduqları üçün soyqırımına məruz qalıblar.

Sovetlər sanki türklərə işgəncə vermək, onları məhv etmək üçün çox şey edib. İnsan qanı ilə suvarılan bu dövlətin rəhbərlərindən biri - İosif Stalinin rəhbərliyi illərində bu siyasət daha qəddar formada həyata keçirilib.

Bu gün Ahıska, Mesheti türklərin dədə-baba yurd-yuvalarından köçürülüməsindən 80 il ötür. 1944-cü il noyabrın 14-də Gürcüstanın Meshetiya rayonunda yaşayan Ahıska türkləri Stalinin əmri ilə Mərkəzi Asiyaya (Türküstan) - Qazaxıstan, Qırğızıstan və Özbəkistana məcburi şəkildə köçürülüb.

Deportasiya zamanı 212 kənddə yaşayan 92 min 307–94 min 955 arası türk öz evlərindən məcburi şəkildə çıxarılıb. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilərək, əsasən, Özbəkistan SSR-yə göndəriliblər.

1944-cü il iyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (bu qərar noyabrın 14-də icra edilib) 90 min 538 Ahıska türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstan (20 min nəfərdən çox) çöllərinə köçürülüblər.

Onlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilərək, orada məcburi əməyə cəlb ediliblər. Deportasiya və sürgünün ağır şərtləri nəticəsində 12 mindən 50 minə qədər insan ölüb.

Bu cinayət SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri ilə SSRİ Xalq Daxili İşlər Komissarlığının (“NKVD”) komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min NKVD əməkdaşı tərəfindən icra olunub. Əməliyyatı yerinə yetirmək üçün 34 milyon rubl ayrılmışdı.

Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti 32 min ermənini Meshetiyaya, türklərin evlərinə yerləşdirib.

1999-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Azərbaycanda 43 min 454 nəfər, Qırğızıstanda 33 min 327, Qazaxıstanda 2 min 761, 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən Rusiya Federasiyasında 3 min 257 nəfər, Ukraynada 2001-ci ildə aparılmış siyahıyaalınmaya əsasən isə 336 nəfər Ahıska türkü yaşayır.

Ahıska türklərinin öz yurdlarında çıxarılaraq 80 il öncə öz yurd-yuvalarından deportasiya edilməsi Stalinin türk etnosun qarşı törətdiyi cinayətlərdən biridir.

Onlardan öncə 1994-cü il mayın 18-20-də azı 191 min 44 (başqa mənbələrə əsasən, 423 min 100) Krım türkü (tatarı) İosif Stalinin əmri ilə yurdlarından məcburi köçürülüblər. Onların köçünə də Lavrenti Beriya başçılıq edib. Sovet hərb maşını Krım türklərini evlərini tərk etməyə məcbur ediblər.

Oxşar taleyi Azərbaycan SSR-nin vətəndaşları da yaşayıb. Azərbaycanın İranla sərhədyanı ərazidə Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının kəndlərinin sakinləri Muğan bölgəsinə, içərilərə doğru köçürülüb. Minlərlə azərbaycanlı isə “xalq düşməni”, “qolçomaq” elan edilərək, Türküstana (Mərkəzi Asiya respublikalarına) sürgün edilib.

Erməni ideoloqların (Mikoyan) düşüncəsi ilə hərəkət edən o vaxtkı Moskva Azərbaycan Respublikasının bütün müsəlman, türk sakinlərini Mərkəzi Asiyaya köçürməyi planlaşdırmışdı. Bununla da Azərbaycana erməniləri yerləşdirməyi nəzərdə tutmuşdular.

Elə Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən çar Rusiyası dövründə köçürülməsi siyasəti sonralar da davam edib:

Birinci mərhələ - 1905–1920-ci illər;

İkinci mərhələ - 1948–1953-ci illər;

Üçüncü mərhələ - 1988–1992-ci illər.

SSRİ-nin mövcudluğunun son illərində Ahıska və Krım türklərinin repatriasiyası (qayıdış) ilə bağlı fikirlər səslənmişdi.

SSRİ-də RSFSR Ali Soveti tərəfindən 1991-ci il aprelin 26-da qəbul edilmiş “Repressiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında” Qanuna uyğun olaraq xalqlar, millətlər və ya etnik qruplar insanların tarixən yaranmış digər mədəni və etnik icmaları milliyyətə və ya digər mənsubiyyətə görə repressiyaya məruz qalması kimi tanınıb.

Həmin dövrdə deportasiyaya məruz qalmış türklər yurdlarına qayıdacaqlarına ümid edirdilər. Məsələn, Gürcüstan Avropa Şurasına üzv qəbul edilərkən 1944-cü ildə Stalinin əmri ilə öz vətənlərindən sürgün edilən Ahıska türklərinin geri qayıtması ilə bağlı üzərinə öhdəlik götürmüşdü. Bu öhdəliyə əsasən, 2012-ci ilə kimi Gürcüstan hökuməti Ahıska türklərinin doğma yerlərinə qayıtmasını təmin etməli idi. Ancaq bu istiqamətdə görülən işlər əsasında bir neçə ailə köçürüldü. Çoxlu sayda Ahıska türkü vətənə dönmək üçün repartriant statusunu alacağı günü hələ də gözləyir.

Onların bir qismi Türkiyə vətəndaşlığı alıb. 80 ildir Ahıska türklərinin tapdanan hüquqları bərpa olunmayıb. İnsan hüquqları kimi ali mətləblərdən bəhs edən beynəlxalq qurumlar isə indiyədək bu istiqamətdə susurlar. Onlar Krım və Ahıska türklərinin beynəlxalq səviyyədə tanınan deportasiyasını, repatrasiyasını görməzlikdən gəlirlər.

Azərbaycan türkləri indiki Ermənistan ərazisindən eyni üsulla qovulub. Sovet əsgərləri və erməni “fəallar” azərbaycanlılara yır-yığış etməyə vaxt belə verməyiblər. Onları yük avtomobillərinə dolduraraq Qərbi Azərbaycan ərazisindən çıxarıblar. Müxtəlif mənbələrin məlumatına görə, təkcə üçüncü mərhələdə 250 mindən çox azərbaycanlı yurd-yuvasını tərk etməyə məcbur ediliblər.

Ermənistan, onu müdafiə edən Avropa İttifaqı parlamenti, İttifaqın xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ABŞ-nin bəzi senatorları, Makron Fransası və başqaları qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpasından söz düşəndə məsələyə aid olmayan iddialar irəli sürürlər.

Faşizmin törətdiyi cinayətləri yaşamış Avropa deportasiyanın acı nəticələrini yaşayıb. Müharibə bitdikdən sonra qitə öz vətəndaşlarını, repatriantları qəbul edib.

Krım, Ahıska və Qərbi Azərbaycan türkləri müxtəlif illərdə eyni taleyi yaşayıb. 80 ildən artıqdır onları pozulmuş vətəndaş və mülkiyyət hüquqlarının bərpası gözləyir. Təəssüf ki, bir milyondan çox insanın adi vətəndaş hüquqları hələ də tapdanır. /Report/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri