Icma.az
close
up
RU
Pakistan Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr

Pakistan Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 may, AZƏRTAC

Pakistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər həmrəylik, strateji əməkdaşlıq və ortaq məqsədlər əsasında formalaşan nümunəvi bir tərəfdaşlıq hekayəsidir. Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti olaraq, mən bu dərin qardaşlığın siyasi ritorikanı aşaraq hər iki xalqın qəlbinə toxunan səmimi və möhkəm bağlara çevrildiyinə şahidlik etmişəm, onun güclənməsinə töhfə vermək şərəfinə nail olmuşam.

2025-ci ilin mayında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu dinamik tərəfdaşlıqda yeni və əlamətdar bir səhifə açdı. Baş nazirin bu səfəri yalnız rəmzi xarakter daşımırdı, bu, regional əməkdaşlıq və qarşılıqlı inkişaf vizyonu ilə sıx şəkildə uzlaşan strateji addım idi. Eyni zamanda, hər iki dövlətin milli maraqlarına, rifahına və beynəlxalq mövqeyinə sadiqliyinin növbəti təsdiqi oldu.

Bu fikirlər Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti Qeysər Nəvvabın “Pakistan–Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Etimada və qarşılıqlı dəstəyə söykənən münasibətlər

Pakistan və Azərbaycan arasında qurulan bağlar dəyişməz etimad və bir-birinin haqlı mövqeyinə sarsılmaz dəstək üzərində formalaşıb. Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı Pakistan tərəfinin göstərdiyi birmənalı mənəvi və diplomatik dəstək Azərbaycan cəmiyyətində dərin iz buraxdı. Həmin günlərdə tərəddüdsüz Azərbaycanın yanında olan azsaylı ölkələrdən biri də Pakistan oldu. Bakıda yanaşı dalğalanan Pakistan və Azərbaycan bayraqları bu qardaşlığın simvoluna – sözlərlə ifadə edilməsi çətin olan mənəvi birliyin canlı təzahürünə çevrildi.

Azərbaycan da öz növbəsində daim Pakistana regional və beynəlxalq məsələlərdə prinsipial və ardıcıl dəstək nümayiş etdirib. BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Azərbaycan Pakistanın mövqeyini fəal şəkildə müdafiə edən etibarlı müttəfiq olub.

Dostluqdan strateji tərəfdaşlığa

Tarixi və emosional bağlar əvəzolunmaz olsa da, bu münasibətlər artıq müdafiə, ticarət, enerji və rabitə sahələrində güclü strateji tərəfdaşlıq mərhələsinə keçib. Baş nazir Şahbaz Şərifin Azərbaycana səfəri zamanı vurğulandığı kimi, hər iki ölkə birgə hərbi təlimlər, texnologiya mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Enerji sektoru isə hər iki ölkə üçün daha böyük perspektivlər vəd edir. Enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylər göstərən Pakistan üçün Azərbaycan etibarlı enerji təchizatçısı rolunu oynaya bilər. Mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü, neft-qaz axtarışı və bərpaolunan enerji üzrə əməkdaşlıq sahəsində əldə edilə razılaşmalar, iki ölkə arasında yeni iqtisadi dəhlizlərin açılmasına şərait yaradacaq.

Ölkələrimiz arasında ticarət əlaqələri də genişlənməkdədir. Hərçənd indiyədək ticarət həcmi məhdud olub, lakin hökumətlər bu sahədəki maneələrin aradan qaldırılması, biznes strukturlarının birgə fəaliyyəti üçün zəruri şəraitin yaradılması istiqamətində ciddi iş aparırlar. Əczaçılıq, tekstil, tikinti və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Gənclər və mədəni diplomatiya: Gələcəyə körpülər

Yüksək səviyyəli danışıqlar və razılaşmalar diplomatiyanın əsasını təşkil etsə də, uzunmüddətli tərəfdaşlıqların təməli insanlar arasında qurulan əlaqələrlə möhkəmlənir. Bu baxımdan, gənclər və mədəni diplomatiya həlledici rol oynayır. PAAA-nın təsisçisi kimi əsas məqsədim Pakistan və Azərbaycan gəncləri arasında körpülər qurmaq, qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etmək olub.

İnanıram ki, bu gözəl münasibətlərin gələcəyi məhz gənclərin əlindədir. Ortaq dəyərlər, oxşar mədəniyyətlər və tarixə olan qarşılıqlı hörmət gənclər arasında təbii bir bağ yaradıb. Tələbə mübadilə proqramları, ortaq innovasiya təşəbbüsləri, mədəniyyət festivalları və gənclər sammitləri bu əməkdaşlığın möhkəmlənməsi üçün vacib mexanizmlərdir. Assosiasiyamız bu sahədə akademik əlaqələrin qurulması, rəqəmsal diplomatiya təşəbbüsləri və liderlik platformalarının yaradılması istiqamətində fəal iş aparır.

Baş nazir Şahbaz Şərifin Azərbaycanda keçirdiyi görüşlərdə təhsil əməkdaşlığının gücləndirilməsi və tələbə mübadiləsinin artırılması mövzuları da xüsusi vurğulanıb. Gənclərin cəlb olunması istiqamətində bu kimi təşəbbüslər gələcək nəsillərə dəyərli töhfələr verəcək.

Regional əlaqələr və Bakı vizyonu

Avropa və Asiyanın qovuşuğunda yerləşən Bakı regional əlaqələrin formalaşmasında mühüm mərkəzə çevrilməkdədir. Azərbaycan Türkiyə, Mərkəzi və Cənubi Asiya ilə fəal əməkdaşlığı vasitəsilə geosiyasi əhəmiyyətini artırır. Bu baxımdan, Çin və Körfəz ölkələri ilə sıx əlaqələrə malik Pakistan Azərbaycanın vizionuna güclü dəstək verir.

Laçında Azərbaycan, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, əsas diqqət tranzit dəhlizlərinin yaradılması, multimodal logistika sistemlərinin inkişafı və rəqəmsal əlaqələrin qurulmasına yönəlib. Bu təşəbbüslər yalnız iqtisadi baxımdan faydalı deyil, eyni zamanda, regionda sülhün, qarşılıqlı asılılığın və davamlı sabitliyin təmin olunmasında strateji əhəmiyyət daşıyır.

Xüsusilə Orta Dəhliz, - Mərkəzi Asiyanı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya birləşdirən marşrut, - böyük önəm daşıyır. Pakistanın bu dəhlizə qoşulmaqda maraqlı olması regional inteqrasiyaya sadiqliyinin göstəricisidir. Bu da gənclərimiz üçün logistika, rəqəmsal texnologiyalar və infrastruktur sahələrində yeni imkanlar yaradacaq.

Gələcək üçün birlik, keçmişə sadiqlik

Pakistan–Azərbaycan dostluğu təsadüfən yaranmayıb, bu, ortaq dəyərlər, strateji yaxınlıq və qarşılıqlı hörmət üzərində qurulmuş məqsədyönlü ittifaqdır. Baş nazir Şahbaz Şərifin Bakıya son səfəri bu tərəfdaşlığın davamlı inkişaf trayektoriyasını bir daha təsdiqlədi. Qlobal çağırışlar və mürəkkəb regional dinamikalar fonunda belə bir dostluğun varlığı qürurverici haldır.

Lakin diplomatiya yalnız hökumətlər səviyyəsində məhdudlaşmamalıdır. Mən vətəndaş cəmiyyətini, akademik qurumları, sahibkarları və xüsusilə də gəncləri bu münasibətlərə sahiblənməyə çağırıram. Bu qardaşlıq rəsmi bəyanatlarla yox, insan münasibətləri ilə yaşamalıdır – müxtəlifliyi, əməkdaşlığı və innovasiyanı təşviq edən münasibətlərlə.

Böyük şair Əllamə Məhəmməd İqbalın sözləri ilə desək: “Millətlər şairlərin qəlbində doğular, siyasətçilərin əllərində ya inkişaf edər, ya da yox olar”. Gəlin bu münasibətləri gənc arzularla, məsuliyyətli liderliklə və sülhə sadiq icmalarla yaşadaq.

Biz bu dərin dostluğun irsinə hörmətlə yanaşaraq, birlik, ləyaqət və davamlı inkişaf nümunəsi ilə dünyaya ilham verən bir gələcək qura bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see188

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see170

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see132

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see126

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see123

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see123

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri