Icma.az
close
up
RU
Prezident Administrasiyasında Sabir Rüstəmxanlı ilə görüş keçirildi

Prezident Administrasiyasında Sabir Rüstəmxanlı ilə görüş keçirildi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 25-də Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, görüş Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə baş tutub.

Vətəndaş Həmrəyliyi Partiyasının Mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

Müzakirələr zamanı ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi, siyasi partiyaların bu prosesdəki rolu, sağlam siyasi münasibətlərin formalaşdırılması, milli maraqların qorunması naminə əməkdaşlığın gücləndirilməsi kimi məsələlər geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, milli həmrəyliyin möhkəmləndirilməsi, demokratik ənənələrin inkişafı və ölkə həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində ziyalıların rolunun önəmi vurğulanıb.

Sabir Rüstəmxanlı çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən siyasi partiyaların fəaliyyətinə göstərilən diqqətin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, yaradılmış siyasi mühit cəmiyyətin müxtəlif potensiallarının səfərbər olunmasına ciddi töhfə verir. Partiya sədri gənclərin ictimai-siyasi proseslərə daha fəal şəkildə cəlb edilməsinin vacibliyini də diqqətə çatdırıb.

VHP sədri rəhbərlik etdiyi partiyanın həyata keçirdiyi layihələrdə dövlət dəstəyini hər zaman hiss etdiyini bildirib və buna görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib. Görüşdə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra yaranan milli birliyin qorunub saxlanılmasında siyasi partiyaların üzərinə düşən məsuliyyət də xüsusi qeyd olunub.

Sabir Rüstəmxanlı həmçinin Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, bu addım ölkədə mədəniyyətə, ədəbiyyata və incəsənətə verilən diqqətin bariz nümunəsidir.

Görüşün sonunda Prezident Administrasiyasının rəsmisi Vətəndaş Həmrəyliyi Partiyasına milli maraqların qorunması istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Cebheinfo.az"

Açar sözlər: Qəbul Prezident görüş partiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri