Icma.az
close
up
RU
“Prezident Konstitusiyanı pozduğuna görə istefa verməlidir!..” TARİX

“Prezident Konstitusiyanı pozduğuna görə istefa verməlidir!..” TARİX

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yaqub Məmmədov İsgəndər Həmidova bildirdi ki, Rəhim Qazıyev bu dəqiqə qonşu otaqda Ayaz Mütəllibovla istefa barədə danışıq aparır. Söhbətin nəticəsi bilinəndən sonra istefa məsələsi səsə qoyular.

Düz bir qərinə - 33 il öncə bu günlərdə  Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.  
O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb. 

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
(Əvvəli burada:)
 

“...Ali  Sovetin sədrini əvəz edən Ziyad Səmədzadə Yaqub Məmmədovu sədrlik kürsüsünə dəvət etmək istərkən “demblokçu”lardan biri çıxışa başladı və dedi: 

“Prezident məsələləri ləngidir və süründürür ki, ordu yaranmasın, biz MDB-yə gedək. O, Qarabağ məsələsini həll edə bilmədiyi üçün çıxsın dursun kənarda...” 

Onun çıxışı bitdikdə Z.Səmədzadə yenə də Y.Məmmədovu sədrlik kürsüsünə dəvət etdi. Lakin mikrofondan çıxış edənlər “Prezident Konstitusiyanı pozduğuna görə istefa verməlidir”, “Siyasət meydanına gəldiyin kimi o meydandan getməyi də bacarmalısan”, “Ali Soveti, Prezidenti, hökuməti, deputatları məhbus ediriksə, düşmən sevinəcək”, “Belə qarmaqarışıqlıq salınsa, xalqı xilas edib Qarabağı qoruya bilməyəcəyik”, “Prezident bizi çevriliş etməkdə təqsirləndirdi, o, xalqa növbəti xəyanət etdi, əgər siz onu müdafiə edirsinzisə, mən Etibar Məmmədov öz deputat mandatımı təhvil verirəm”, “Milli Şura istefa verməlidir”, “Naxçıvan məsələsi həll edilmir və böyüyür”,”12 saatdır ki çöldə camaat ayaq üstədi, dözə bilmirlər, deyirlər: pul veriblər, ona görə dayanıblar- şəxsən buna dözmək olmur”, “Prezidentin ətrafındakılar zəif adamlardır, Qarabağ probleminin həllinə kömək etmək istəmirlər”,”Xalqı düşünün, vəzifə davasını kənara qoyun” və s. fikirlər söylədilər. 

Deputat Cahangir Hüseynov Heydər Əliyevi nəzərdə tutaraq dedi: “Biz bu binanı tikən oğlanı niyə özümüzə düşmən eləmişik? Gəlsin, otursun, iştirak eləsin, biz də ona baxaq, hamımızdan böyükdür, burada nöqsan olmaz...”

Tofiq Qasımov bildirdi ki, biz Rusiya ilə birləşməyə, iqtisadi müqaviləyə qol çəkməyə, rusla eyni pul vahidimizin olması ilə,  MDB-yə girməklə, rusla vahid ordumuzun olması ilə, sərhədlərimizi rusların qoruması ilə, xalqımızı ruslara tapşırmaqla razılaşmırıq. Belə siyasətlə müstəqil olmaq mümkün deyil, Prezident toxunulmazlıq hüququna malikdir, lakin o, Konstitusiyanı pozduğu halda yalnız Ali Sovet tərəfindən vəzifədən götürülə bilər. Qarabağın dağlıq hissəsi əlimizdən gedib, indi aran hissəsi gedir..”

Yenə də mikrofonlardan çıxış edən deputatlar  müxtəlif fikirlər söyləməyə başladılar:”Prezident üsul-idarəsi ləğv edilsin”, “Yaqub Məmmədovun öz postunu qoyub getməsi ona yaraşmır”, “Ayaz Mütəllibov deyir ki, mənim qazım sizinkindən çoxdur. Əgər elədirsə, onda niyə Qarabağda 54 yaşayış məntəqəsindən biri qalıb?”. “Prezident getmirsə, onun komandası kişilik edib istefa versin” və s. Sonra deputatlardan biri təklif etdi ki, Y.Məmmədov sədr kürsüsünü tutsun və zaldakılar bu fikri alqışladılar. Y. Məmmədov qısa çıxış etdikdən sonra istefasını geri götürdü və iclasa sədrlik etməyə başladı. 

Dərhal 4-cü mikrofondan çxış edən İsgəndər Həmidov Prezidentin istefasının səsə qoyulmasını Y. Məmmədovdan tələb etdi. Y.Məmmədov ona bildirdi ki, Rəhim Qazıyev bu dəqiqə qonşu otaqda Ayaz Mütəllibovla istefa barədə danışıq aparır. Söhbətin nəticəsi bilinəndən sonra istefa məsələsi səsə qoyular.

Artıq fasilə idi. Bütün deputatlar Prezidentin qərarını səbirsizlikə gözləyirdilər. Məsələ uzandığı üçün deputatarın bir çoxu zaldan çıxsa da, biz, bir neçə deputat zalda əyləşib qəzet oxuyurduq. Bu vaxt Prezident Aparatı binasını mühafizə dəstəsindən bir serjant zala girib birgə dayanan Rəhim Qazıyev, Bəxtiyar Vahabzadə, Allahşükür Paşazadəyə dedi: “Şəhərin bir çox metro stansiylarının giriş və çıxışlarında rusları öldürürlər”. O xeyli rus qadın və uşaqlarının  meyitini öz gözləri ilə gördüyünü bildirdi. Bunu eşidən Rəhim Qazıyev və digərləri həmin serjantı iclas zalının arxasındakı  qonşu otağa, Prezidentin yanına apardılar ki, o, milisin dediyini öz qulağıyla eşitsin... 

Verilən bu xəbərdən az keçməmişdi ki, deputatları zala yığdılar, iclas davam etdi və Prezident Ayaz Mütəllibov çıxışa başladı...

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 85-87)  

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri