Icma.az
close
up
RU
Qalib kimdir?

Qalib kimdir?

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsi qlobal geosiyasi əhəmiyyət kəsb etməklə yanaşı, yerləşdiyimiz yaxın regionda sabitlik və inkişaf baxımından da mühüm hadisə hesab edilə bilər.
Bəziləri bu münaqişədə “ABŞ qalib gəldi”, bəzıləri “İran qalib gəldi” kimi ritorikalar səsləndirsə də, burada mütləq qalib yoxdur.
Atəşkəsin təmin olunması əlbəttə, yeni yarana biləcək gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözsüz ki, bundan sonra hadisələrin inkişafı danışıqlar prosesində aydın olacaq və dayanıqlı sülh üçün hər iki tərəf güzəştə getməlidir.
Güman etmək olar ki, İslamabadda aparılacaq danışıqlar nəticəyönümlü və məhsuldar olacaq, vəziyyətin diplomatik yollarla həllinə imkan verəcək, tərəflər arasında birbaşa əlaqələrin qurulması dünyada vəziyyəti də büsbütün dəyişəcək.
Rəsmi Bakı da prosesin uğurlu sülh akkordları ilə başa çatacağına inanır.
Azərbaycan həm ABŞ-la strateji tərəfdaşdır, həm də İranla yaxın tarixi dostluq, qonşuluq münasibətlərinə malikdir. İranda 30 milyondan artıq Azərbaycan türkü yaşayır, bu coğrafiya bizim tarixi sivilizasiyamızın bir hissəsidir.
Ona görə də, İranda sabitliyin bərqərar olması bölgəmiz üçün təhlükəsiz və rifah cəmiyyətinin möhkəmlənməsi, bu ölkədə yaşayan soydaşlarımızın həyatı baxımından həyati əhəmiyyət daşıyır.
Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyib.
Cənab Prezident İlham Əliyevin aprelin 8-də İran Prezidenti Məsud Pezeşkiana zəngi zamanı da bu mövqe bir daha nümayiş etdirildi.
Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı atəşkəsin elan olunmasından sonra İranı təbrik edən ilk lider oldu və bunun özü Azərbaycanın nə qədər sülhpərvər və müharibələrə yox deyən dövlət olduğunu təsdiqləyir.
Ümumiyyətlə, bölgədə dayanıqlı sülhün möhkəmlənməsi Azərbaycan və İran, eləcə də Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək amildir. Bu, siyasi, iqtisadi, ticari əlaqələrin davamlı və öz ahəngi üzrə normal davam etməsi baxımından də vacibdir.
Atəşkəs razılaşmasında nəzərdə tutulan müzakirə predmetlərindən biri dünyanın iqtisadi həyatında xüsusi rol oynayan Hörmüz boğazının açılmasıdır. Bu nəqliyyat logistikasının açılması qlobal ərzaq inflyasiyasının qarşısını almaqla, yeni böhranı da əngəlləmiş olur ki, bu da hər bir ölkəyə faydalıdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Aprel 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri