Icma.az
close
up
RU
Qarabağ müharibəsinin ölkəmizə vurduğu zərərin mötəbər hesabatı

Qarabağ müharibəsinin ölkəmizə vurduğu zərərin mötəbər hesabatı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hərbi təcavüz və işğal Azərbaycana 250 milyard manatlıq itki gətirib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti  geniş iclasında institutun direktoru, professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi metodologiyası” mövzusunda təqdimatla çıxış etdi. İclasda İqtisadiyyat İnstitutunun əməkdaşları, eyni zamanda,  respublikanın tanınmış iqtisadçıları  “Zoom” platforması vasitəsilə iştirak edirdilər.

Geniş məruzə ilə çıxış edən hesabat müəllifi Nazim Müzəffərli bildirdi ki, hərbi təcavüzün vurduğu ziyan barədə iddia qaldırmaq hüququ beynəlxalq təcrübədə işğala məruz qalan ölkəyə məxsusdur. Professor hərbi təcavüz və işğal nəticəsində vurulmuş ziyanla bağlı dünya təcrübəsi barədə məlumat verərək qeyd etdi ki, indiyədək qısamüddətli toqquşma və müharibələrlə bağlı belə nümunələr olsa da, uzunmüddətli münaqişənin nəticələrinin qiymətləndirilməsi halı olmayıb. 

Buna görə də dövlət başçısı İlham ­Əliyevin sərəncamı ilə yaradılmış, maliyyə nazirinin rəhbərlik etdiyi Dövlət Komissiyası Ermənistanın Azərbaycana çoxillik hərbi təcavüzünün, uzunmüddətli işğalın vurduğu zərəri müəyyən etmək üçün nadir bir metodologiya yaradıb. Vəziyyət belədir ki, bu sahədə təklif edilən metodologiya kompleks və multidissiplinar yanaşma tələb etdiyindən ölkəmiz işğal və hərbi təcavüz nəticəsində vurulan zərərin qiymətləndirilməsini yalnız statistik və iqtisadi göstəricilərlə məhdudlaşdıra bilməzdi.

ETN İqtisadiyyat İnstitutu alimlərinin və Baş Prokurorluğun hüquqşünaslarının iştirakı ilə hərbi təcavüz və işğal nəticəsində ölkəmizə dəymiş zərər dövlət və şəxsi əmlak, texnika və nəqliyyat, insan itkisi və məcburi köçkünlərin sosial müdafiəsi, mədəni irs və tarixi abidələr, ekologiya və təbii sərvətlər, iqtisadiyyata dəymiş dolayı itkilər kimi bir sıra parametrlər üzrə əhatəli, sistemli araşdırma aparılıb.

Natiq qeyd etdi ki, 2024-cü ili əhatə edən gərgin iş zamanı ermənilərin hərbi təcavüz və işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsinin Azərbaycana məxsus metodologiyası işlənib hazırlanıb.  Bu, əsaslı, ciddi, keçərli bir hesabatın hazırlanmasına imkan verib.  Nəticədə, Ermənistanın Azərbaycana 30 illik təcavüzü və işğal dövründə hərbi əməliyyatlar, qənimət götürmə, qarət, vandalizm kimi dağıdıcı əməllərin ölkəmizə 250 milyard manatlıq  (150 milyard dollar) zərər vurduğu müəyyənləşdirilib. 

Məruzəçi Azərbaycana dəyən zərərin qiymətləndirilməsi prosesi, onun mürəkkəbliyi və incəlikləri, eləcə də bu işin siyasi-hüquqi məsuliyyəti, doğuracağı nəticələr barədə də iştirakçıları ətraflı  bilgiləndirdi. Alim xatırlatdı ki, müəyyən edilmiş zərər barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində açıqlama verib və bu, beynəlxalq aləmdə ciddi əks-səda doğurub. Belə bir hesabat müvafiq Dövlət Komissiyasının, iqtisadçı və hüquqşünaslarımızın layiqli uğurudur.

Müzakirəyə canlı və onlayn qoşulan alimlər söylədilər ki, professor Nazim Müzəffərlinin irəli sürdüyü metodologiyanın və hazırlanmış hesabatın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də blokadaya salınmış Naxçıvanda ölkəmizə vurulmuş sənədin rəsmi sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından olduqca əhəmiyyətlidir. Alimin təklifləri sırasında dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən zərərin rəsmi reyestrinin yaradılması, beynəlxalq hüquqi mexanizmlərin (BMT, Haaqa Məhkəməsi və s.) işə cəlb edilməsi, təzminat və bərpa prosesləri üçün normativ baza və hüquqi sənədlərin hazırlanması kimi əsas istiqamətlər yer alır.

T.AYDINOĞLU,
N.QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri