“Qarabağ”ın FCSB ilə oyunöncəsi son məşqinin vaxtı açıqlanıb İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – FCSB (Rumıniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 22-də saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
17:00-də isə Ağdam klubunun media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) təşkil olunacaq. Hazırlıq prosesi “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Elias Xaralambousun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Rumıniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















