Icma.az
close
up
RU
Qarı düşmən dost olmaz! KÖŞƏ

Qarı düşmən dost olmaz! KÖŞƏ

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ura! Ura! Nəhayət, Fernando Santuşdan canımız qurtardı! Bəli-bəli, futbolumuz çiyinləri üzərində daşıdığı yükdən qurtuldu. Heç şübhəsiz, belədi!

Təəssüf ki, onun millimizin baş məşqçi postuna təyin olunduğu gündən, ötən il iyunun 12-dən bəri həm maddi baxımdan çox şey itirdik, həm də mənəvi. Əslində məsələnin maliyyə tərəfiylə bağlı dəqiq məlumat yoxdu. Portuqaliyalı mütəxəssisin 2 milyon avro təzminat aldığını iddia edən həmkarlarımız da var, 4 milyon avro da. İstənilən halda, itki itkidi və hər iki rəqəm milyonlarla ifadə olunur.
Bu məqamda “pul əl çirkidi” deyib mənəvi yönə üz çevirəndə daha dəhşətli faktlarla üz-üz qalırıq. Belə ki, yığmamız Santuşun 14 ay 27 gün davam edən dövründə keçirdiyi 11 oyunda 9 məğlubiyyət, 2 heç-heçə ilə üzləşib. 4 qol vuran komandamız qapısında 29 top görüb. Ümumiyyətlə, Santuşun ölkəmizdəki karyerası həm özü, həm də millimiz üçün antirekordlarla zəngin oldu. Ən əsası, prtuqaliyalı futbolumuzun tarixinə qələbə qazana bilməyən ilk əcnəbi baş məşqçi kimi düşdü. Düzdü, bu baxımdan üç görüşdə bir heç-heçə, iki məğlubiyyətlə yadda qalan Qyoko Haciyevskini də fərqləndirmək olar. Lakin onun 2007-08-ci illərdə bu vəzifədə müvəqqəti çalışdığını qeyd etməliyik.
Hər şeyə rəğmən, bu gün hər kəs Santuşla yolların ayrılmasına sevinir. Elə o özü də! Hətta bununla bağlı vida mesajı da yayıb. Görün, nə deyib:

“Federasiya prezidentinə mənə hər zaman göstərdiyi hörmət və şəxsi diqqətə görə təşəkkür etməliyəm. Həmçinin bu müddət ərzində mənə göstərilən qonaqpərvərliyə və səmimiyyətə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Azərbaycan Futbol Federasiyasının 2024-cü ilin iyununda mənim qarşımda qoyduğu məqsəd ölkə futbolunun əsaslarını texniki və infrastruktur baxımından yenidən qurmaq, yarış sistemlərini və futbolçu hazırlığını inkişaf etdirmək, nəticədə isə AÇ-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı bir komanda formalaşdırmaq idi. Mən 2024-cü ilin sentyabrında əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələrə imkan verəcək futbol istedadlarının yetişdirilməsi üçün zəruri sərmayəni təşviq edəcək. Hamıya ən səmimi arzularımı çatdırıram”.

Beləliklə, bizim üçün Santuşun “kitabı bağlandı”. Ona 70 yaşından sonra bizdən başqa kim güvənəcək - Allah bilir. Amma bizim artıq əcnəbilərə güvənmək dövrümüz geridə qalmalıdı. Qeyd-şərtsiz!
Hansı əcnəbi baş məşqçidən xeyir görmüşük? Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, yoxsa Canni de Byazi? Heç birindən! Onları yalnız “pisin yaxşısı” meyarına uyğun fərqləndirə bilərik. Artıq hamı bir nəfər kimi millinin yalnız yerli baş məşqçinin rəhbərliyi altında nicat tapacağına inanmalıdı. Əlbəttə, əksi də baş verə bilər. Öz aramızdı, heç olmasa, onda pullarımız özümüzkülərə qalar.
Hələ onu demirik ki, həmin məbləği istəməyən də olur. Necə ki, olub və indi futbolumuzun beynəlxalq arenada ayaqda qalmasının yeganə dayağı məhz odu! Bəli-bəli, düz tapdız, söhbət “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan gedir. Hansı ki, indi millinin çalışdırıcısı postuna namizədlərdən biridi. Düzdü, onunla yanaşı, Ayxan Abbasov və Rəşad Sadıqovun da adı çəkilir. Ancaq məhz Qurban bəy yığmanı çalışdırası olsa, “Qarabağ” azarkeşləri xeyli narazı qalacaq. Artıq “İmarət Tayfa” bu barədə bəyanat yayaraq bildirib ki, bunu qəti ağlınızdan keçirməyin! Onlar da Rəşad Sadıqovun namizədliyini irəli sürənlər sırasına qoşulub. Vallah, Ayxan bəy də möhtəşəm seçim olar. Nə olsun ki, rəsmi debüt matçında Portuqaliyaya 0:5 hesabıyla uduzdu? Təsəvvür edin ki, bu ölkələrin əsas milliləri üz-üzə gəlir. Etdiz? Onda Ayxan Abbasovu bağışlayın!
Ümumiyyətlə, indi əcnəbi baş məşqçi seçimini ağlımızdan belə keçirməməliyik. Onları birmənalı şəkildə “qarı düşmən” kimi qəbul etməli, yola yerli və təcrübəli məşqçilərdən biriylə davam etməliyik. Hər halda, səbəbi izah etməyə ehtiyac yoxdu. Azı ona görə ki, bu yöndə Foqtsun təyinatından bəri 17 illik təcrübəmiz var.
Qəbul etmək ağır olsa da, eyni bataqlığa dəfələrlə düşmüşük. Növbəti əcnəbi məşqçi təyinatından sonra hadisələrin axarının necə olacağını əzbər bilirik. Bu öz yerində. Bəs Santuşun gedişi problemləri arxada qoydumu? Millimizin uğursuz nəticələrinin yeganə günahkarı həqiqətən 70 yaşlı mütəxəssis idi? Əlbəttə, yox və İslandiyaya qarşı matçda növbəti dəfə bunun əyani sübutuyla rastlaşdıq.
Görünür, Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı cavab oyunundan sonra keçirilən mətbuat konfransında çıxış edən “Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Azərbaycan futbolu haqda dediklərində haqlı imiş...
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri