Icma.az
close
up
RU
Qayıbovun bunlardan xəbəri var? Nazirliyin Passivliyi Nələrə Səbəb Olur? VİDEO

Qayıbovun bunlardan xəbəri var? Nazirliyin Passivliyi Nələrə Səbəb Olur? VİDEO

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanın idman sahəsində son dövrlərdə müşahidə olunan mənzərə narahatlıq doğurmaqla yanaşı, dövlətin idman siyasətinə münasibətini yenidən qiymətləndirməyi zəruri edir. Gənclər və İdman Nazirliyinin fəaliyyəti formaldan o yana keçmir. Rəqəmlər var, tədbirlər keçirilib, çıxışlar edilib, protokol tələbləri yerinə yetirilib – lakin real nəticə haradadır?
Hurriyyet.az bildirir ki, idmançıların son aylarda artan narazılığı tək-tək hallardan ibarət deyil, bu, sistemin özünə yönəlmiş ictimai etirazdır. İdmançılar Avropa və dünya çempionatlarına şəxsi vəsaitləri hesabına yollanır, ölkəni təmsil etməyə çalışırlar, amma nazirlik bu səylərə arxa-dayaq olmaq əvəzinə, yalnız nəticə əldə olunandan sonra gündəmə gəlir. Mükafat mərasimləri, rəsmi qəbul şəkilləri, təltif protokolları – sadəcə bu mərhələdə görünürlər. Bütün hazırlıq mərhələsində isə sistemli dəstək yox səviyyəsindədir.
Bu yanaşma yalnız idmançını yox, dövlətin özünü də zərbə altında qoyur. Çünki idman yalnız fiziki fəaliyyət deyil – o, həm də ölkənin nüfuzu, gənclərin motivasiyası, sağlam həyat tərzi və milli kimlik elementidir. Bu sahəyə etinasız yanaşmaq gələcəyin infrastrukturunu dağıtmaqla bərabərdir.
Fərid Qayıbovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyi bu gün Azərbaycanda idman siyasətinin əsas koordinatorudur. Lakin nə bölgələrdə idman infrastrukturu inkişaf etdirilir, nə federasiyalar arasında koordinasiya mövcuddur, nə də gənclər üçün davamlı proqramlar həyata keçirilir. Sadəcə tədbir planlarının icrası ilə məşğul olmaq bu sahəyə rəhbərlik etmək anlamına gəlmir.
"DogruXeber.az" olaraq hesab edirik ki, Nazirlik ictimai nəzarətə açıq olmalı, sadəcə yarış günləri deyil, hazırlıq mərhələsində də real dəstək göstərməlidir. Əks halda, dövlət siyasəti ilə vətəndaş gözləntiləri arasında uçurum daha da dərinləşəcək. Nazirlik sadəcə hesabat verən qurum deyil, həm də real nəticələrə cavabdeh olan məsuliyyət daşıyıcısıdır.
Bugünkü vəziyyət isə göstərir ki, bu məsuliyyət tam yerinə yetirilmir. Əgər idmançı öz ölkəsində təmsil olunmaq üçün tək qalırsa, bu, təkcə idman siyasətinin böhranı deyil – həm də dövlətin vətəndaşına arxa çevirməsidir. (Dogruxeber.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri