Icma.az
close
up
RU
QƏRİBƏ ƏHVALAT Eldəniz Quliyev yazır

QƏRİBƏ ƏHVALAT Eldəniz Quliyev yazır

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Ümidin ölüm xəbəri, ədalətin qeybə çəkilməsi...

Günlərin bir günü xəbər verildi ki, ümid qəflətən ölüb...yəni başını və canını götürüb haqq dünyasına üz tutub...

Xəbər ildırım sürətiylə yayıldı və ölkəni bir-birinə vurdu: inanan kim, inanmayan kim... Ağlayan kim, gülən kim, sevinib-şadlanan, qəm-qüssəyə batan kim...

Əlqərəz, ayağı yer tutan məmləkət əhli birbaşa baş şəhərin baş meydanına axışdı...

Hamıdan qabaq özünü yetirənlər vicdan, daha sonra, ümidin qan qohumları - arzu, istək və inam oldu. Az keçmiş, ümidin uzaq qohumları və yaxın tanışları - sevgi, mərhəmət, niyyət, səmimiyyət və ləyaqət də gəlib çıxdılar.

...Baş şəhərin boş meydanı göz önündəcə insan axınıyla dolub-daşdı...

Meydanda kimlər yox idi! Cəsarətlilər, mübarizlər, mərdlər, müxaliflər, anti-müxaliflər, alın təri və əllərinin qabarıyla halal yaşayanlar, yaxşılıq və xeyirxahlığı özünə Alın Yazısı sayanlar, canım sizə desin, günün günorta çağı əlində çıraq, adam axtaranlar, bir qarın çörək üçün əlləşib-vuruşanlar, kasıblar, çarəsizlər, məzlumlar...

Amma bütün bunlara rəğmən, meydana gələnlərin arasında əks qütbün nümayəndələri də az deyildi. Aralarında oğrusu, cibgiri, pulgiri, halalı harama qurban verəni, düzü əyriylə kəsəni, yaltağı, yalağı, pişiklənəni, quyruq bulayanı, alçağı, hətta anasının əmcəyini kəsəni də, camaatın başında turp əkəni də, namərdi, riyakarı, yalançısı, dəyyusu, oğraşı, içverəni və sairə və ilaxırları da var idi.

Bir sözlə, cəmiyyətin bütün spektri burada cəm olmuşdu.

Meydan dəniz kimi qabarıb-dalğalanır, uğuldayırdı...

Kimsə irəli çıxıb nəsə deməli, nəsə aydınlatmalıydı...

Nəhayət, haradansa "A"vari qatlama bir nərdivan gətirib, meydanın ortasında açdılar. Nərdivanın baş pilləsini vicdan, aşağı ayaqlarını isə ümidin yaxın qohum-əqrabası tutdu...

Bəili, vicdan nərdivanın ən yuxarı pilləsinə qalxıb əllərini qaldırdı. Meydanı nənni tək ağuşunda yelləyən uğultu "xrıp" kəsildi.

Vicdan boğazını arıtlayıb xırıltılı bir səslə dilləndi:

- Həzarat! Deyirlər bu gün biz ümidi...əzizimiz ümidi itirdik...

Vicdan sözünün ardını gətirə bilmədi, qəhər boğdu. Bir neçə dəfə udqunub köks ötürsə də, danışmağa taqəti olmadı, susdu...

Kimsə yanındakına:

- Vicdan susanda!..- dedi.

Yanındakı:

- Hə, yaman olur, səhv düşəndə yerimiz...- deyə cavab verdi.

Meydanın başqa səmtində, başqa birisi, mücərrəd və konkret məna kəsb etməyən səsli bir söz, ya sözlü bir səs çıxartdı:

- Bahoo-vehyy!

Burada mütləq haşiyəfason bir şeyə çıxıb, bir zad deməliyəm: Şəxsən mən, belələrini, yəni millətin ağrı-acısIna laqeydlik göstərənləri vicdanını, vicdanıyla birgə ləyaqətini də küt baltayla qaşıyıb təraş eləyənlər fəsiləsinə aid edirəm.

"Bahoo-vehyy"dən ruhlanan, boydan, eləcə də şərəfdən ömürlük liliput qalan donbagöz bir "adam", hülqumunu qabağa verib ciyildədi:

 - Vicdan əmi, bu necə olan şeydi...hi-hi... Bə deyirdilər, ümid ən sonda ölür... hö-höö... Bə nətəər oldu ki, ümid öldü, amma bizlər sağ qalmışıq?..Buna cavab verə bilərsənmi?..Ha-ha...

Yüzlərlə, bəlkə də minlərlə adam bu yersiz sualı sürəkli alqışlarla qarşıladı. (???) Eyni zamanda, onlarla, bəlkə də yüzlərlə "adam" şit-şit hırıldayıb donbagözlə həmrəy olduqlarını bildirdilər.

Nərdivanın aşağı pillələrində qərar tutmuş arzu, istək və niyyət, özlərindən asılı olmadan, yanıqlı hönkürtü çəkdilər...

Meydana qəribə pərtlik çökdü...

Kütlənin arasından kimsə kimlərdənsə soruşdu:

-Bilmirsiz, ədalət hardadı, gözə dəymir axı?..

Ətrafdakılar çiynlərini çəkdilər:

-Yoxdu, görməmişik.

-Harda olsa, gəlib çıxar...

...Vicdanın əng əzələləri oynayırdı.

O, donbagözün kinayəli atmacasına alqış və hırıltıyla dəstək verənlər tərəfə baxdı və bu dəfə zəhmli səslə:

- Nadanlar! Əbləhlər! - dedi.- Ümidin haqq dünyasına qovuşması hələ o demək deyil ki, sizlər və sizinkimilər sağdır!.. Əslində, rəhmətlik ümid sizin kimi vicdansızların badına getdi... Gördü ki, camaatın başına açılan oyunlar heç vecinizə də deyil, çox vədə bu oyunları qurub-qoşanlar da elə sizlərsiz. Mərhum neynəməliydi?! Nə qədər özünü oda-közə vurmaq olar axı?! Daha nə qədər sizə kömək eləmək, nə qədər rüşvətə, günaha batmış o murdar əlinizdən tutub sizi dürüstlüyə, saflığa, paklığa sarı dartmaq olar?! Axırda gördü ki, nə illah eləyir, nə qədər əlləşib-vuruşursa, xeyri yoxdu - qıdığınız gəlmir ki, gəlmir!.. Gördü ki, siz diriykən ölüsünüz... Binəva axırda yoruldu, bezdi, təngə gəldi... Yeganə yolu Haqq dünyasına üz tutmaqda gördü, - başqa nə çarəsi vardı ki?!..

Bayaq ədaləti soruşan narahat adam ətrafa boylanıb dodaqaltı gileyləndi:

- Bu ədalət harda qaldı, ee?.. Zalım balası, elə bil bu boyda həngamədən xəbəri yoxdu...

...Bu vaxt meydanın yaxınlığında hayı gedib, vayı qalmış, "quluşiteli" xarab, üstəlik, yan-yörəsi abstrakt rəsm qalereyasını xatırladan rəngbərəng "şpaklyovkalı"  köhnə bir  011  "Jiquli" maşını dayandı. Dayandı və "quluşitelindən" çıxan atəş səsləriylə dissonans yaradan bippiltili uzun bir siqnal verdi. Sürücü kütlənin diqqətini özünə cəlb elədiyinə əmin olandan sonra, şəstlə maşından düşdü. Üzünü hamıya və heç kimə tutaraq qışqırdı:

- Ehheyy, ay camaat!  Ümid ölməyib! Xəbər yalandı, feykdi! Ümid sağ-salamatdı! Onu, sadəcə, tutublar, həbs eləyiblər, türməyə salıblar!..

- Harda?

- Niyə?

- Kim tutub?

- Nə vaxt?

- Nəyə görə?

- Neynəyib ki?

- Günahı nədir?

- Aaa... başımıza xeyir, bu da təzə çıxdı?..

- Boyy?..

- Ta tutmağ özgə bir zad tapmadılar?..

Təəssüf və heyrət dolu suallar tennis topu kimi meydanın hər tərəfində atılıb-düşdü...

Sürücü qoltuq cibindən əzik bir kağız parçası çıxarıb oxudu:

"Salam! Məndən nigaran qalmayın. Güman ki, anlaşılmazlıq olub... Qismət olsa, Yeni ildə görüşərik, İnşAllah! Ümid."

Vicdan və ümidin qan qohumları camaatı yara-yara  011-ə tərəf tələsdilər...

Meydan yavaş-yavaş seyrəlməyə başladı... Camaat, əli ətəyindən uzun, deyinə-deyinə, mızıldana-mızıldana, donquldana-donquldana, başlarını qaşıya-qaşıya, habelə, sevinə-sevinə, gülə-gülə, kövrələ-kövrələ və s. meydanı tərk elədi...

Nəhayət meydanın tən ortasında bircə nəfər qaldı - ədaləti axtaran narahat adam...

O da elə hey ətrafa boylanır, öz-özünə pıçıldayırdı:

- Zalım balası bu ədalət gəlib çıxmadı da... Bir tikə əppək olub qeybə çəkilib, elə bil!... Belə də ədalət olar?..

Və o, qəfildən sancılanmış adam kimi, yerindəcə donub qalır; elə bil, birdən-birə ürəyinə daman "nədənsə" xoflanır...

- Eeyy... Dadi-bidad, olmaya... deyirəm, birdən... onu da tutarlar, ya Allah eləməmiş, ölüb eləyər, xəbər tutmarıq, - biabır olarıq... Kiş-kişlər olsun!

Eldəniz QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri