Qızılın bahalaşması Rusiyaya 142 milyard dollar qazandırıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Qızılın qiymətinin artması Rusiyaya iki il ərzində 142 milyard dollar qazandırıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.
2023-cü il oktyabrın 1-nə külçə qızıl ehtiyatlarının 140,5 milyard dollar olduğu qeyd edilib. 2025-ci il oktyabrın 1-nə qızıl ehtiyatları artaraq 282,1 milyard dollar təşkil edib.
Bu artım qiymətli metalların bahalaşması ilə izah olunur. Məlumdur ki, sözügedən dövrdə qızıl iki dəfədən çox artaraq 1800 dollardan 4300 dollara yüksəlib.
Bundan başqa, qeyd olunur ki, qızılın ehtiyatlardakı payı oktyabrın əvvəlində 39,5 faiz təşkil edərək 431,1 milyard dollar təşkil edib. Oktyabrın əvvəlində qızılın qiyməti növbəti dəfə rekord həddə çataraq 4254,80 dollara çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















