Icma.az
close
up
RU
Rahat marketin sahibinə əmək hüquqlarını pozduğuna görə yazılan protokola baxılacaq tarix açıqlandı

Rahat marketin sahibinə əmək hüquqlarını pozduğuna görə yazılan protokola baxılacaq tarix açıqlandı

"ANC Group" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə 2025-ci ilin yanvarın 6-da baxılacaq.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.

Xəyal Quliyev

seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri