Icma.az
close
up
RU
Ramiz Mehdiyev klanı üçün kritik həftə: Bu şəxslərlə bağlı qərar verilə bilər İstintaq dairəsi daralır

Ramiz Mehdiyev klanı üçün kritik həftə: Bu şəxslərlə bağlı qərar verilə bilər İstintaq dairəsi daralır

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkənin siyasi və inzibati dairələrində Ramiz Mehdiyev klanına qarşı aparılan istintaq prosesləri bu həftə yeni mərhələyə daxil olub.

Uzun illər dövlətin müxtəlif strukturlarında gizli şəbəkə kimi fəaliyyət göstərmiş bu qrupun üzvlərinə qarşı həm kadr, həm maliyyə, həm də hüquqi istiqamətlərdə ciddi addımlar atılır.

İstintaq orqanları artıq Ramiz Mehdiyevin yaxın çevrəsini əhatə edən bir sıra işlər üzrə real nəticələr əldə edib. Azərbaycan Milli Elmlər Akademiyasında onun prezidentliyi dövründə baş vermiş mənimsəmə halları üzrə araşdırmalar davam etdirilir. Xüsusilə həmin illərdə akademiyanın təsərrüfat və təchizat işlərinə rəhbərlik etmiş Elton Məmmədovun mənimsədiyi 3 milyon manatın dövlətə geri qaytarılması faktı bu prosesin miqyasını aydın göstərir. Bu hadisə, istintaqın Ramiz Mehdiyev ətrafında toplanmış maliyyə resurslarının dövlətə qaytarılması istiqamətində ardıcıl və planlı fəaliyyət apardığını təsdiqləyir.

Eyni zamanda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi də bu klanın təsir dairəsində olan məmurlara qarşı atılan növbəti addım kimi dəyərləndirilir. Rzayevin uzun illər Mehdiyevin çevrəsi ilə sıx əlaqədə olduğu, onun təyinat və himayə sistemində mühüm fiqurlardan biri sayıldığı bildirilir.

Bundan əlavə, Ramiz Mehdiyevin ailə üzvlərinə də toxunan tədbirlər gündəmdədir. Onun həyat yoldaşı Qalina Mehdiyeva ali təhsil müəssisəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar, Mehdiyev ailəsinin dövlət strukturlarında illərlə qorunan nüfuz dairəsinin sarsıldığını göstərir.

Ən səs-küylü gözləntilərdən biri isə Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin yaxın günlərdə vəzifədən azad ediləcəyi ehtimalıdır. Siyasi və hüquqi müşahidəçilərə görə, bu addım klanın dövlət strukturlarındakı son dayaqlarının da çöküşünü simvolizə edəcək.

Hazırkı proseslər fonunda aydın görünür ki, istintaq orqanları Ramiz Mehdiyev şəbəkəsinin illərlə dövlət resurslarını mənimsəmə mexanizmini tam ifşa etməyə və həmin vəsaitləri geri qaytarmağa yönəlib. Bununla, ölkənin siyasi sistemində köhnə nizamın dağılması və yeni şəffaf idarəçilik mərhələsinin başlanması istiqamətində mühüm addımlar atılır. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri