Icma.az
close
up
RU
Ramiz Mehdiyev Türk milli kimliyinə qarşı mübarizə aparan Kreml tərəfdarı, mənfi obrazlı siyasətçi olub

Ramiz Mehdiyev Türk milli kimliyinə qarşı mübarizə aparan Kreml tərəfdarı, mənfi obrazlı siyasətçi olub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, daha sonra 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qərarı çıxarılıb. 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev xüsusilə ağır cinayətlərdə - Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və s. maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.Ramiz Mehdiyev yaddaşlarda necə qalacaq?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramiz Mehdiyev yaddaşlarda "fərqli" qalacaq.

Əhəd Məmmədli

“Mən bu adamın vaxtında həbs edilmişəm. Bu adam istefaya göndərilənə qədər de-fakto "ölkənin ikinci adamı" olub. Ramiz Mehdiyev 97-98-ci illərdən, yəni Heydər Əliyevin ikinci dönəmindən dəqiq götürsək, birinci vitse prezident vəzifəsinə təyin olunana qədər və hətta deyərdim, özü istefaya göndəriləndən sonra da "ikinci adam" olub. Bütün bu avtoritar sistemin qurulmasında, sivil və sekulyar müxalifətin sıradan çıxarılmasında, yəni Azərbaycanın "Rusiya yönümlülüyü"ndə xüsusi rol oynayıb.

Yenə deyirəm, bu vəziyyət mənim düşüncəmə görə belədir. Bu adamın dönəmində onunla birgə ölkəni korrupsiyaya, avtoritarizmə sürükləyən tayfa üçün Ramiz Mehdiyev "əla"dır. Vasif Talıbovun, Bəylər Əyyubovun oğlanları Ramiz Mediyevə "ağsaqqal" deyir. Onlar üçün ağsaqqaldır. Mənim üçün Azərbaycanın siyasi sisteminin "anekdot"a çevrilməsinin əsas memarlarından biridir. Mənim üçün və azərbaycanlıların böyük bir hissəsi üçün mənfi obrazdır.

Bu adam türk milli kimliyinə həmişə qarşı mübarizə aparan adam olub. Adamın bir sözü vaxtı yayılmış, tirajlanmışdı. Deyirdi ki, “Türkiyəyə tələbə göndəririk, millətçi kimi qayıdırlar”.  Türk milli kimliyinə, türk milli sisteminə qarşı çıxan bir adam idi.

Rus bölmələrinin də bu qədər yayılmasında önəmli rolu olan insanlardan olub. Kremlə, Moskvaya baxan adam olub. Kremlə tərəf baxan kim olursa olsun, ona mədhiyyəçi kimi yaxınlaşa bilmərəm. Siyasi sistemin bu vəziyyətə çevrilməsini qoyuram bir kənara, Kreml tərəfdarı siyasi sistemin başında duran adama müsbət baxa bilmərəm. Düzdür, bu gün Elman Nəsirovu dindirsəniz, o da “faktınız varmı ki, Ramiz Mehdiyev Kremlə baxır?” deyəcək. Amma bəzi mövzular var ki, izaha ehtiyac duyulmur. İnsan siyasi keçmişinə baxanda və ya siyasi gedişlərini görəndə aydın olur ki, bu şəxs hansı tərəfə baxır - qibləyə baxır, yoxsa qiblənin əks tərəfinə”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri