Icma.az
close
up
RU
Rus bölməsində oxuyanlara “Azərbaycan tarixi”nin tədrisi: Çətinliklər və Həll Yolları

Rus bölməsində oxuyanlara “Azərbaycan tarixi”nin tədrisi: Çətinliklər və Həll Yolları

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Artıq iki ildir ki, Azərbaycanda orta ümumtəhsil məktəblərinin rus bölmələrində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədris edilməsi təşəbbüsü həyata keçirilir. Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu prosesə start verilib. Gələcəkdə bu təşəbbüsün genişləndirilməsi nəzərdə tutulur. Lakin Azərbaycanda rus bölməsində oxuyan şagirdlər üçün “Azərbaycan tarixi” fənninin tədrisi bir sıra çətinliklər yaradır. Bu, onların tarixi məlumatları mənimsəməsinə mane olur. Valideynlərin narahatlığı, şagirdlərin bu fənni anlamaqda çətinlik çəkməsidir. Tarix, mədəniyyətimizi və kimliyimizi anlamaq üçün vacibdir, lakin dil baryerləri öyrənməni çətinləşdirir.

Bu barədə Moderator.az-a danışan Millət vəkili Müşfiq Məmmədli  bildirib ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dili olduğuna görə, digər dillərdə təhsil alan şagirdlərimiz də həftədə üç dəfə “Azərbaycan dili” fənnini öyrənirlər. Müstəqil dövlətimizin dövlət dili Azərbaycan dili olduğundan, hər bir vətəndaş bu dili bilməli və təhsil prosesində də öyrənməlidir:

 “Bununla yanaşı, “Azərbaycan tarixi” fənni də dövlətimizin dili olan Azərbaycan dilində tədris olunmalıdır. Çünki bu, müstəqil dövlətimizin tarixi ilə bağlı əsas biliklərin daha düzgün şəkildə ötürülməsi və vətəndaşlarımızın milli kimliyini qoruması baxımından vacibdir. Bu yanaşma yalnız Azərbaycana xas deyil. Digər ölkələrdə də tarixin həmin ölkənin dövlət dilində tədris olunması təcrübəsi geniş şəkildə tətbiq edilir. Bu, hər bir dövlətin suveren hüququdur və müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının ərazisində yaşayan, Azərbaycan vətəndaşı olan və ya vətəndaşlığı olmayan, lakin qanuni şəkildə məskunlaşan hər bir şəxs Azərbaycan dilini və tarixini öyrənməli və bu dəyərlərə hörmət etməlidir. Bu, həm milli həmrəyliyin gücləndirilməsi, həm də ölkədə yaşayışın hüquqi və sosial əsaslarına uyğunlaşdırılması üçün vacib şərtdir”.

Təhsil eskperti Kamran Əsədov  deyir ki, rus bölməsində təhsil alan şagirdlərə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris edilməsi məsələsi həm milli maraqların qorunması, həm də tədris keyfiyyətinin təmin olunması baxımından dərin təhlil tələb edir:

“Təhsil siyasətində belə bir yanaşma milli identikliyin inkişafı və dövlət dilinin öyrənilməsinə xidmət etsə də, tədris prosesində praktiki çətinliklər və sosial narazılıqlar ortaya çıxa bilər. Valideynlərin bu məsələ ilə bağlı narazılıqları, xüsusilə uşaqların dərsi başa düşməkdə çətinlik çəkməsi, problemin əhəmiyyətini artırır. Statistik məlumatlar göstərir ki, hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin təxminən 10%-i rus bölməsində təhsil alır. Bu bölmələrdə Azərbaycan dili və ədəbiyyatı həftədə 3 dəfə tədris edilir. Lakin şagirdlərin bu saatlarda dövlət dilində səlis danışmaq və mətnləri başa düşmək bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkdikləri müşahidə olunur. Bunun əsas səbəbi metodiki yanaşmanın və praktiki dil mühitinin yetərsizliyidir. Nəticədə, şagirdlər Azərbaycan tarixi kimi daha kompleks fənləri Azərbaycan dilində başa düşməkdə problemlərlə üzləşirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə əsasən, milli azlıqların dillərində təhsil alan şagirdlərə dövlət dili tədris edilməlidir və bu dilin mənimsənilməsi təmin olunmalıdır. Bununla yanaşı, “Dövlət dili haqqında” Qanunun 1-ci maddəsində qeyd edilir ki, dövlət dili ölkənin ərazi bütövlüyünün və milli birliyinin qorunmasında əsas vasitələrdən biridir. Bu qanunlar “Azərbaycan tarixi”nin ana dilində tədrisini qanuni əsaslarla dəstəkləyir, çünki tarix təhsili milli şüurun formalaşmasında mühüm rol oynayır. Lakin bu hüquqi yanaşma ilə praktiki reallıqlar arasında balans tapmaq vacibdir”.

Təhsil eskpert hesab edir ki, “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinin müsbət tərəflərindən biri milli identikliyin möhkəmləndirilməsidir. Şagirdlər dövlət dilində tarixi hadisələr, mədəniyyət və milli qəhrəmanlar haqqında bilik əldə edərək cəmiyyətə daha yaxşı inteqrasiya olunur:

“Bundan əlavə, bu yanaşma dövlət dilini öyrənmənin praktiki tətbiqini artırır. Rus bölməsində oxuyan şagirdlər, əsasən, ailə mühitində və ictimai yerlərdə rus dilində ünsiyyət qurduqları üçün Azərbaycan dili onların gündəlik həyatında az istifadə olunur. Azərbaycan tarixi kimi fənlərin dövlət dilində tədrisi, bu problemi qismən aradan qaldıra bilər.Digər tərəfdən, bu yanaşmanın tətbiqi ciddi çətinliklər yaradır. Şagirdlərin dövlət dilində lazımi səviyyədə sərbəst olmamaları onların dərsin məzmununu tam mənimsəyə bilməməsinə səbəb olur. Bu, şagirdlərdə dərsə marağın azalmasına və akademik göstəricilərin aşağı düşməsinə gətirib çıxara bilər. Valideynlər də haqlı olaraq bildirirlər ki, həftədə 3 saatlıq Azərbaycan dili dərsləri şagirdlərin dili öyrənməsi üçün kifayət deyil. Belə vəziyyətdə şagirdlərin həm dil, həm də tarix bilikləri zəif qalır. Tədrisin keyfiyyətinin zəifləməsi isə bütövlükdə təhsil prosesinə mənfi təsir edir”.

K.Əsədov dünya təcrübəsinə baxdıqda, bir çox ölkələrdə milli tarix dərsləri dövlət dilində tədris edidiyini ,lakin bunun üçün əlavə dəstək mexanizmlərinin tətbiq olunduğunu şərh edib. 

Onun sözlərinə görə, Estoniyada rus bölmələrində Estoniya tarixi eston dilində tədris edilir, lakin bu proses intensiv dil kursları ilə dəstəklənir. Belçikada isə dövlət dilinin zəif bilindiyi bölgələrdə tarixi fənlərin tədrisi zamanı dərs vəsaitləri iki dildə təqdim olunur və bu, həm dövlət dilinin öyrədilməsinə, həm də dərsin mənimsənilməsinə kömək edir:

“ Azərbaycanın bu təcrübələrdən yararlanaraq müvafiq metodologiyalar tətbiq etməsi vacibdir. Problemin həlli üçün bir neçə vacib addımın atılması zəruridir. İlk növbədə, Azərbaycan dili dərslərinin metodikası gücləndirilməli və tədris saatları artırılmalıdır. Xüsusilə, danışıq və mətn anlama bacarıqlarına diqqət yetirilməlidir. İkincisi, “Azərbaycan tarixi” dərsləri üçün iki dilli vəsaitlər hazırlanmalı və müəllimlərə dərsi həm Azərbaycan, həm də rus dillərində izah etmək imkanı verilməlidir. Bu yanaşma həm şagirdlərin dərsi başa düşməsini, həm də dövlət dilini öyrənməsini asanlaşdırar. Nəhayət, texnoloji alətlərdən geniş istifadə olunmalıdır. Elektron resurslar, interaktiv dərs platformaları və tədris videoları bu prosesi daha effektiv edə bilər.Nəticə olaraq, “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi milli maraqlar baxımından vacibdir, lakin bu yanaşmanın effektivliyini təmin etmək üçün əlavə dəstək mexanizmləri yaradılmalıdır. Valideynlərin narazılığını azaltmaq və şagirdlərin tədris prosesinə daha yaxşı cəlb olunmasını təmin etmək üçün dilin öyrənilməsi ilə bağlı xüsusi proqramlar hazırlanmalı, fənnin tədrisində çevik yanaşmalar tətbiq edilməlidir. Bu, yalnız milli şüurun inkişafına deyil, həm də təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcək”.

Mehin Mehmanqızı

.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri