Icma.az
close
up
RU
Rusiya heç bir dostu və müttəfiqi olmayan toksik ölkəyə çevriləcək

Rusiya heç bir dostu və müttəfiqi olmayan toksik ölkəyə çevriləcək

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri dünya mediasında və region ölkələrinin (xüsusən də Rusiyanın) ictimai-siyasi dairələrində böyük rezonans doğurub. Müsahibənin belə ajiotaj yaradacağı gözlənilən idi. Çünki dövlətimizin başçısı sözügedən müsahibəsində dünyamız və bölgəmiz üçün mühüm əhəmiyyət kəsb edən qlobal geosiyasi proseslərə münasibət bildirib, eləcə də Rusiya-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə, Ermənistan-Azərbaycan normallaşması, Zəngəzur dəhlizi kimi aktual məsələlərə toxunub.
Son vaxtlar açıq düşmənçilik mövqeyi nümayiş etdirən Kremlin təlimat və tezisləri əsasında ölkəmizə qarşı qaralama kampaniyası aparan, informasiya hücumlarını genişləndirən “Z-bloger"lər, şovinst politoloqlar, hərbi ekspertlər və anti-Azərbaycan təbliğat cəbhəsinin digər üzvləri tərəfindən Prezident İlham Əliyevin müsahibəsinə aqressiv, davakar reaksiya verilməsi isə ksenofobiyanın və açıq düşmənçiliyin göstəricisidir. Dövlətimizin başçısı həm avqustun 21-də "Böyük Qayıdış" Proqramı çərçivəsində Kəlbəcərə dönən ilk sakinlərlə görüşü zamanı, həm də “Əl-Ərəbiyyə”yə müsahibəsində Rusiya rəhbərliyini Azərbaycana münasibətdə doğru yol tutmağa dəvət edən və həqiqətləri ehtiva edən fikirlər səsləndirdiyi halda solovyovların, zatulinlərin, platoşkinlərin səviyyəsində ölkəmizə qarşı növbəti təhdid, təbliğat kampaniyasının başladılması, gərginliyin süni surətdə körüklənməsi və tarixi həqiqətlərin təhrif edilməsi dərin təəssüf hissi doğurur.
Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan sammitindən sonra Cənubi Qafqazın sürətlə əlindən çıxdığını görən və Azərbaycanın tam müstəqil siyasət yürütməsi ilə heç cürə barışa bilməyən Rusiya rəhbərliyinin Rusiyadakı azərbaycanlılara qarşı təqibləri davam etdirməsi, SOCAR-ın Ukrayna ərazisindəki infrastrukturlarına dronlar vasitəsilə zərbə endirməsi, Azərbaycan məhsullarının idxalına məhdudiyyətlər qoyması və ölkəmizdən “qisas" almaq niyyətilə digər təxribatlara yol verməsi onu göstərir ki, Kreml reallıq hissinə qayıtmaq, sağlam siyasət yürütmək, öz səhvlərini etiraf etmək və düzəltmək istəmir.
Cənab Prezidentimiz haqlı olaraq müsahibəsində deyir ki, "münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik". Bəli, Azərbaycan Rusiyaya qarşı heç bir düşmənçilik addımları atmır, münasibətləri qəsdən korlamaq məqsədilə hər hansı bir qeyri-dost hərəkətlərə yol vermir. Biz sadəcə olaraq şimal qonşumuzdan gələn təzyiq və təhdidləri önləməyə və öz suverenliyimizi qorumağa çalışırıq. Ona görə də Kremlə bağlı qüvvələrin ölkəmizə qarşı qaralama kampaniyasına, təhdidlərinə adekvat reaksiya vermək də bizim təbii haqqımızdır.
Kreml bizim adekvat cavab tədbirlərimizə cırnamaq və öz təxribatçı hərəkətlərini daha da genişləndirmək əvəzinə, həqiqətləri qəbul etməlidir. Həqiqətlər isə Azərbaycan Prezidentinin müsahibəsində öz əksini tapıb. Dövlətimizin başçısı bolşevik-sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməsi və Zəngəzuru ermənilərə verməsi faktlarını dilə gətirməklə 105 il öncəki tarixi həqiqətləri ifadə edib. Bəli, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı".
Azərbaycan Prezidentinin səsləndirdiyi tarixi həqiqətləri heç kim inkar edə bilməz. Ona görə də Rusiya rəhbərliyi özünün muzdlu ekspertlərini, tv-propaqandistlərini, Z-blogerlərini qarğa-quzğun sürüsü kimi Azərbaycana qarşı yönləndirmək əvəzinə, tarixi həqiqətlərlə barışmaq yolunu tutmalı və öz xarici siyasətində, qonşu ölkələrə münasibətində təcili korrektələr etməli, Azərbaycanla və digər postsovet ölkələri ilə normal münasibətlər qurmaq xəttini tutmalıdır. Əks təqdirdə, Kremlin hazırkı "hibrid müharibə" taktikasını və neoimperiya ambisiyalarını davam etdirməsi Rusiyanın öz məğlubiyyəti ilə sonuclanacaq. Rusiya heç bir dostu və müttəfiqi olmayan toksik ölkəyə çevriləcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri