Sahibkarlara ilk növbədə fond kreditləri tövsiyə edilir Vüsal Axundzadə
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
"Sahibkarlara ilk növbədə Fond kreditləri təklif olunur. Bu kreditlər daha yumşaq şərtlərlə, aşağı faizlə və dövlət tərəfindən ayrılan əlavə subsidiyalarla təqdim edilir".
Metbuat.az-ın məlumatına görə, bu sözləri "Kapital Bank"ın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin meneceri Vüsal Axundzadə Milli Brendlərin Pərakəndə Zirvəsində danışarkən bildirib.
O qeyd edib ki, əgər bu imkanlar sahibkarın ehtiyaclarına uyğundursa, ilk növbədə bu məhsul tövsiyə edilir. Digər hallarda isə sahibkarın vəziyyətinə uyğun olaraq, müxtəlif bank məhsulları təklif olunur:
"Sahibkarlığa yeni başlayan və banklarla əməkdaşlığa ilk dəfə qədəm qoyan şəxslərə isə maliyyə maarifləndirilməsi əsas vəzifələrimizdən biridir. Onlara düzgün maliyyə planlaması və bank məhsullarından səmərəli istifadə yolları izah olunur".
V.Axundzadənin sözlərinə görə, hazırda banklar sahibkarlarla işləməkdə maraqlıdır:
"Mövcud tendensiya göstərir ki, banklar artıq məsələyə sahibkarın gözü ilə yanaşmağa çalışır. Bu da sahibkar üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biridir".
Sevinc İbrahimzadə / Metbuat.az
Baxış sayı:69
Bu xəbər 03 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















