Icma.az
close
up
RU
“Sahibkarlarla və dövlət qurumları ilə görüşlərimiz fayda verməyib” Lerik uçurumun kənarındadı!

“Sahibkarlarla və dövlət qurumları ilə görüşlərimiz fayda verməyib” Lerik uçurumun kənarındadı!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbolumuzun daim qanayan yaralarından biri də maliyyə problemidi.

Bu çatışmazlıqlara bütün çempionatlarda rast gəlmək mümkündü ki, 2-ci liqa öndə gəlir. Bəllidi ki, AFFA-nın ayırdığı vəsait yetərli deyil və klublar daha çoxunu əldə etmək istəyirsə, əlavə maddi dayaqlar tapmalıdı. Düzdü, onların bu yöndə işini asanlaşdırmaq məqsədilə Futbolun İnkişaf Fondu (FİF) da yaradılıb. Lakin bəzən bütün yollar tıxanır, hətta klub maliyyə sıxıntıları üzündən fəaliyyətini dayandırmaq təhlükəsiylə üzləşir. Futbol tariximizdə belə halla üzləşən və acınacaqlı aqibətlə razılaşmağa məcbur olan xeyli klub var. Və qarşıdakı aylarda belə bəxtsizliyə düçar olanların sayı arta bilər...
Söhbət 2-ci liqada mübarizə aparan “Lerik”dən gedir. Xatırlayırsızsa, cənublular yolpulu tapa bilmədiyindən 7-ci turda “Şəfa”nın meydanında keçirilməli olan matça yollana bilməmiş, bu üzdən texniki məğlubiyyətlə üzləşdiyi azmış kimi, AFFA İntizam Komitəsi tərəfindən 300 manat cərimələnmişdi. İndi klubun maddi durumuyla bağlı narahatlıq artıb. Bu barədə FİF-in icraçı direktoru Tural Piriyev sosial şəbəkə hesabında paylaşım edib:

“FİF olaraq, bölgələrdəki futbol klublarında dayanıqlılığın təmin edilməsi üçün maliyyə kanalları formalaşdırmağa çalışırıq. Təbii ki, bu nə qədər çox olarsa, bir o qədər sabitlik olar... “Lerik” kimi öz stadionu olmayan klublarda bunu etmək çox çətindi. Çünki ilkin maliyyə formalaşdırılması oyun günü gəlirləri və auditoriyanın toplanması nəticəsində əldə olunan gəlirlər hesabına mümkündü. Bu səbəbdən maliyyə dəstəyi cəlb etmək üçün hələ ki yalnız yerli sahibkarlarla görüşlər keçirmişik. Bu vaxta qədər yalnız bir sahibkarın - Bəxtiyar Əliyevin müsbət cavab verməsinə baxmayaraq, İcra Hakimiyyəti başçısının da dəstəyi ilə növbəti görüşləri planlayırıq. Paralel şəkildə yaxın zamanda geniş ictimaiyyəti əhatə edən bir layihəyə start verəcəyik. Əsas çətinlik isə bu prosesə dəstək olacaq insanların azlığı, “networking”imizin zəif olmasıdı. Famil (“Lerik”in prezidenti Famil Məmmədov nəzərdə tutulur – red.), demək olar ki, tək qalıb. Bunun üçün əslən Lerikdən olan tanıdığınız məşhurlar, ətrafı və ya sosial media əhatəsi geniş şəxslər, media nümayəndələri, ümumiyyətlə, bu prosesə könüllü dəstək ola biləcək sosial məsuliyyətli şəxsləri bizimlə əlaqələndirməyinizi xahiş edirəm. “Lerik”i birlikdə xilas edək. Vəziyyət həqiqətən kritikdi. Bu, demək olar ki, son cəhddi”.


Məsələnin ciddiliyini nəzərə alıb, Famil bəylə danışmağa ehtiyac duyduq. O, "Football-plus.az"a açıqlamasında çətinlikdən xilas olmaq üçün əllərindən gələni etdiklərini dedi:

“Əvvəla diqqətiniz üçün çox təşəkkür edirəm. Mövzu ilə bağlı FİF-lə müntəzəm əlaqədəyik. Çalışırıq ki, yollar tapaq. Kampaniyalar keçirilir, müəyyən layihələr çərçivəsində sahibkarlarla görüşlər baş tutur. Bu işləri icra edirik ki, klubumuz maliyyələşsin. Təəssüf ki, hələ sponsor tapmamışıq, hansısa maddi dəstək yoxdu. Klubun fəaliyyətini dayandırıb-dayandırmayacağı haqda konkret nəsə demək mümkün deyil. Vəziyyətdən xilas olmağa çalışırıq. Hər şey ola bilər. Ruhdan düşmək istəmirik. Futbolçularımız bizimlədi. Bəziləri pulsuz oynayır, bəziləri də minimal əməkhaqqıyla... İndi fasilədi. Belə anlarda maddi problem o qədər də hiss olunmur. Mövsüm ərzində, demək olar ki, bütün oyunlara məşq etmədən çıxdıq. Ona görə ki, başqa rayonlarda qalan oyunçuların məşqlərə gəlib-getməsi üçün müəyyən maddi vəsait tələb olunur. Oyun günlərində daha çox pul lazımdı. Oyunçularımızın əksəriyyəti başqa işlərdə də çalışır. Bilindiyi kimi, hamısı yerlidi və bizi başa düşürlər. Mövsümün birinci yarısında uğursuz çıxış etdik. Turnir cədvəlindəki yerimiz yaxşı deyil. İnşallah, qalan oyunlarda daha yaxşısını etməyə çalışacağıq. Yanvarın sonunda məşqlərə başlamaq istəyirik. Məlumdu ki, oyunçulara çox maaş vermək alınmır. Sevindirici haldı ki, futbolçularımız komandadan ayrılmaq istəmir. Bəlkə bir neçə transfer də etdik. Tezliklə bəzi oyunçularla danışıqlara başlamaq istəyirik. Sahibkarlarla, dövlət qurumlarıyla görüşlərimiz hələ ki fayda verməyib. Amma bu problemdən qurtulacağımıza inanıram. İndiki halda xüsusi yenilik olmasa da... İnşallah, vəziyyət düzəlməsə belə, “Lerik”in fəaliyyətini dayandırmaması üçün əlimizdən gələni edəcəyik. AFFA-nın ayırdığı məbləğ və öz hesabıma komandanı ayaqda saxlamağa çalışacam”.


Xatırladaq ki, “Lerik” 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Cənublular sonuncu sıradakı “Füzuli”dən 3 xal irəlidədi.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri