Icma.az
close
up
RU
Səddam Hüseyndən Maduroya: Oğurlanan və sürgün edilən Prezidentlər

Səddam Hüseyndən Maduroya: Oğurlanan və sürgün edilən Prezidentlər

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq ABŞ Ədliyyə Departamenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini açıqlayıb. Onlar narkoterrorçuluq və narkotik qaçaqmalçılığında ittiham olunublar. Departament ittiham aktında bildirir ki, Maduro və müttəfiqləri Venesuela qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər. Qeyd olunub ki, bu korrupsiya Venesuela rəsmilərinin və onların ailələrinin ciblərini doldurmaqla yanaşı, Venesuela torpağında cəzasız fəaliyyət göstərən və tonlarla kokain istehsalına, qorunmasına və ABŞ-a daşınmasına kömək edən zorakı narkoterrorçulara da fayda verib.
Nikolas Maduro ABŞ ordusu tərəfindən əsir götürülən ilk dövlət başçısı deyil. 2004-cü ilin fevralında Haiti prezidenti Jan-Bertran Aristid ölkədən çıxarılıb. O, 1991, 1994 və 1996-cı illərdə Haitiyə rəhbərlik edib və 2001-ci ildə yenidən prezident seçilib. 2004-cü ilin əvvəlində müxalifət onu korrupsiyada ittiham edib və bütün ölkədə hökumət əleyhinə etirazlar başlayıb.
Prezidentin əleyhdarları ölkənin bütün iri şəhərlərini işğal edən “Haiti Azadlıq Cəbhəsi”ni yaradıblar. Fevralın 29-da Aristid ABŞ hərbçiləri tərəfindən saxlanılıb və hərbi təyyarə ilə Mərkəzi Afrika Respublikasına aparılıb. Onun bu ölkəyə transferində Kanada və Fransa hakimiyyət orqanlarının əli olduğu məlum olub. Aristid özünü “dövlət çevrilişinin və ya müasir adam oğurluğunun qurbanı” kimi təsvir edib. O, əvvəlcə Mərkəzi Afrika Respublikasında, sonra isə Cənubi Afrikada sürgün həyatı yaşayıb. 2011-ci ilin martında Vaşinqtonun etirazlarına baxmayaraq, o vətənə qayıtdı, lakin siyasi həyatdan uzaq qalıb.
1990-cı ilin yanvarında ABŞ-nin Panamaya hücumu nəticəsində 1983-cü ildən bu ölkənin de-fakto lideri olan Manuel Noryeqa iqtidarı itirib. 20 dekabr 1989-cu ildə başlayan döyüşlərdə 27 mindən çox ABŞ əsgəri, təxminən 300 helikopter və təyyarə, 100-dən çox tank və zirehli personal daşıyıcısı iştirak edib.
Yanvarın 3-də Manuel Noryeqa ABŞ qüvvələrinə təslim olmaq məcburiyyətində qalıb və təyyarə ilə ABŞ-a aparılıb və orada narkotik alveri ittihamı ilə mühakimə olunub. 1992-ci ilin aprelində o, narkotik ticarəti əlaqələrində təqsirli bilinərək 40 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası azaldıldı və 2007-ci ildə azadlığa buraxılıb.
Bundan başqa, indiki və keçmiş dövlət başçılarının müxtəlif radikal təşkilatlar və müxalifət qüvvələri tərəfindən oğurlanması ilə bağlı məlum hallar da var. Məsələn, 1970-ci ildə Argentinaya 1955-1958-ci illərdə rəhbərlik etmiş Pedro Euhenio Aramburu qaçırılıb. 1970-ci ildə o, hərbi rejimin həmin vaxtkı başçısı general Onqaniyaya qarşı sui-qəsd hazırlayıb. 31 may 1970-ci ildə o, bir qrup radikal peronist (sonralar “Montoneros” adlandırılıb) tərəfindən əsir götürülüb və iyunun 1-də öldürülüb.
İraqın keçmiş prezidenti Səddam Hüseyn 13 dekabr 2003-cü ildə ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən “Operation Red Dawn” adlı əməliyyatla Tikrit yaxınlığında gizləndiyi yerdə tutulub və müqavimət göstərməyib. Onun tutulması İraq müharibəsində böyük siyasi məqam hesab edilib və ABŞ-nin hakimiyyətdən saldığı liderlər siyahısında mühüm dönüş nöqtəsi olub. Daha sonra o, İraq məhkəməsində cinayətlərə görə mühakimə edilərək 2006-cı ildə edam edilib.
2002-ci ilin aprelində Venesuela müxalifəti prezident Huqo Çaves i (1999-2013-cü illərdə vəzifədə olub) devirməyə cəhd edib. Aprelin 12-də Çaves istefa ərizəsini imzalamaqdan imtina etdikdən sonra silahlı sui-qəsdçilər onu prezident sarayından çıxararaq Karib dənizindəki La Orçila adasındakı hava qüvvələri bazasına aparıblar. Lakin prezidentin tərəfdarlarının təzyiqi ilə onlar onu aprelin 14-də azad etməyə məcbur olublar. Çaves onun oğurlanmasında iştirak edənləri mühakimə etməkdən imtina edib.
2009-cu ilin iyununda Honduras prezidenti Manuel Zelaya yenidən seçkiyə qoyulan qadağanı aradan qaldırmaq üçün referendum keçirmək cəhdindən sonra çevriliş nəticəsində devrilib. İyunun 28-nə keçən gecə, referendumdan bir gün əvvəl parlament dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasına səs verib. Çevriliş prezident sarayını mühasirəyə alan, Manuel Zelayanı həbs edən və onu zorla Kosta-Rikaya aparan hərbçilərin köməyi ilə həyata keçirilib.
Roberto Miçeletti müvəqqəti prezident olub. Beynəlxalq ictimaiyyət bu hadisələri dövlət çevrilişi kimi qiymətləndirib. Bununla belə, Zelayin əleyhdarları parlamentin və Ali Məhkəmənin göstərişlərinə əməl etdikləri üçün hərbçilərin hərəkətlərinin qanuni olduğunu müdafiə ediblər. 2011-ci ildə Selaya vətəninə qayıdıb, lakin o, bir daha prezident postunu tutmayıb.
İlkin Nəcəfzadə
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri