Səfir: Azərbaycan neft hasilatı sahəsində Rusiya şirkətləri ilə əməkdaşlığa hazırdır
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Azərbaycan neft hasilatı, sənaye və elm sahələrində Rusiya şirkətləri ilə əməkdaşlığa hazırdır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Yekaterinburqda jurnalistlərə bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan neft hasilatı sahəsində əlaqələri və münasibətləri aktivləşdirmək üçün çox yaxşı zəmin və şərtlərə malikdir.
"Əlbəttə ki, biz təkcə neft hasilatı və neft-qaz sahəsində deyil, bütün spektr üzrə əməkdaşlıqda maraqlıyıq. Ural federal dairəsi və Sverdlovsk vilayəti sənaye və elmi potensial baxımından Rusiyanın mərkəzi regionlarıdır. Rusiya Federasiyasında lider olduğunuz bütün istiqamətlərdə qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün perspektivlər görürük", - o qeyd edib.
Qeyd edək ki, Sverdlovsk vilayətində dörd neft yatağı kəşf edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















