“Səngərdən başlayan yol” BDU da hərbi vətənpərvərlik görüşü
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Səngərdən başlayan yol” adlı ilk hərbi-vətənpərvərlik görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, klubun İdarə Heyətinin üzvü Sevinc Mirzəyevanın moderatorluğu ilə keçən görüşdə Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə canlı faktlarla çatdırılmasının vacibliyi vurğulanıb.
Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, Birinci Qarabağ və Vətən müharibələri iştirakçıları - polkovnik-leytenant Mayis Mirzəyev, telejurnalist, İTV-nin əməkdaşı İlham Tumas çıxış edərək döyüş xatirələrini, cəbhə reallıqlarını və şəhidlərimizin göstərdiyi misilsiz şücaətləri tələbələrlə bölüşüblər. Qonaqlar vətənpərvərlik ruhunun sadəcə sözdə deyil, əməldə, məsuliyyətdə və milli dəyərlərə sədaqətdə təcəssüm etdiyini diqqətə çatdırıblar.
Tədbirdə 9-cu “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, 2025-ci il üzrə “İlin Gənci” mükafatçısı Yusif Cəfərbəyli, xanəndə Kənan Bəşirli, Azərbaycan Milli Konservatoriyasının tələbələri Rəsul Hacızadə və Mahir Quliyev vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim ediblər.
İnteraktiv formatda davam edən görüşdə 44 günlük Vətən müharibəsi, hərbi və informasiya cəbhəsindəki mübarizə, həmçinin gənclərin milli-mənəvi inkişafı ətrafında diskussiya aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonda “YENİ Klub”un sədri Asif Əliyev çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsinin dövlətin gələcəyi üçün mühüm sütun olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















