Icma.az
close
up
RU
BDU dan başlayan liderlik hekayəsi

BDU dan başlayan liderlik hekayəsi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Bakı Dövlət Universitetinin tarix yazan məzunu – BDU-dan başlayan liderlik hekayəsi” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolundan, dövlətçilik ideyalarına sadiqliyindən və ölkəmizin müasir tarixindəki misilsiz rolundan bəhs edib. Bildirib ki, Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifahı yaxşılaşıb. Bu gün qazandığımız bütün nailiyyətlərin, uğurların əsası dünyaşöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Dekan qeyd edib ki, Azərbaycanın minlərlə görkəmli dövlət və siyasi-ictimai xadimi Tarix fakültəsinin yetirmələridir. Görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. Ümummilli Lider Heydər Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev isə çıxışında Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığından və bu siyasi irsin gənc nəsillər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb. O, Ümummilli Liderin milli dövlət quruculuğuna verdiyi töhfələri konkret faktlarla diqqətə çatdırıb.

Sonra Ulu Öndərin zəngin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Tarix fakültəsinin tələbələrinin məruzələri dinlənilib. Məruzələrdə Ümummilli Liderin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Gənc tədqiqatçılar Ulu Öndərin müxtəlif dövrlərdə ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu elmi yanaşma ilə təhlil ediblər.

Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri