Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Sevinc Hüseynova: “4 günlük Aprel Zəfəri Böyük Qələbənin başlanğıcı idi” Yeni Gündəm

Sevinc Hüseynova: “4 günlük Aprel Zəfəri Böyük Qələbənin başlanğıcı idi” Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ərazilərini uzun 10 illiklər işğalda saxlayan təcavüzkar Ermənistan bununla yanaşı təxribatlardan da əl çəkmirdi. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı çıxarmış qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan özünün təcavüzkar mahiyyətindən imtina etmirdi. Ermənistanın işğal faktı ilə heç vaxt barışmayacağını bütün beynəlxalq plaformalarda qəti şəkildə bəyan edən bununla bağlı sərt mövqe ortaya qoyan Azərbaycan dövləti münaqişənin dinc yolla başa çatmasını, ərazilərimizin boşaldılmasını tələb edirdi. Hər zaman sülhün, sabitliyin tərəfdarı olan Azərbaycan Ermənistanın işğal faktına baxmayaraq sona qədər özünün sülh müstəvisində konseptual mövqeyindən imtina etmirdi. Sözsüz ki, Azərbaycan dövləti özünün pozulmuş, beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü nəyin bahasına olur-olsun bərpa edəcəyini bəyan etmişdi. Məhz Ermənistana törətdiyi təxribatlara cavab olaraq keçmiş cəbhə xəttində verilən dərslər də buna hesablanmışdı ki, sülh yolu ilə münaqişə həll edilməsə, ölkəmiz özünün hərbi gücünə arxalanaraq ərazilərini işğaldan azad edəcək.

Bunu açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, 2016-ci ilin aprelində erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi 4 günlük döyüş əməliyyatları da düşmənə verilən növbəti mesaj idi: “4 günlük Aprel döyüşləri 1994-cü ilin Horadiz əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. 2016-cı ilin aprelində baş vermiş 4 günlük döyüş əməliyyatı da məhz Ermənistanın təxribatlarına cavab olaraq başladı. Aprel döyüşlərində qədər öz ordusu haqqında “miflər” formalaşdıran, “keçilməz sədlər” yaradan Ermənistanın bu tabuları darmadağın edildi. Güclü Azərbaycan Ordusu Ermənistanın bu sədrlərini yerlə bir etdi. Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilmədi və qaçmağa məcbur oldu. Bu mənada Aprel döyüşlərində əldə edilən qələbə Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı “məğlubedilməz erməni ordusu” mifini məhv etdi. Əslində 4 günlük aprel zəfəri böyük qələbənin başlanğıcı idi”.

Deputat bildirib ki, Azərbaycan Ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi: “Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Ordumuzun tam nəzarətinə keçdi. Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu düşmənin mövqelərini alt-üst elədi. Yaranan şok edici zərbə nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatlar əmələ gəldi. Məhz bu kontekstdə 2016-cı ilin Aprel qələbəsi, Azərbaycan Ordusunun, əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirir. Azərbaycan xalqı mübarizə əzmini bir daha nümayiş etdirdi. Milli birliyin nəticəsində düşmənə qarşı vahid mövqe sərgiləndi. Həmçinin Aprel döyüşləri nəticəsində Ermənistanın işğal siyasəti bir daha bütün dünyaya nümayiş olundu”.

Sevinc Hüseynova hesab edir ki, Aprel döyüşləri Azərbaycanın işğal faktı ilə barışmadığının açıq təzahürü idi: “Beləliklə, təcavüzə istənilən yolla son qoymaq iqtidarı qətiləşdi. Lələtəpədən ucalan şanlı Bayrağımız sonrakı dövrdə Zəfər yürüşümüz üçün dayaq nöqtəsi oldu. II Qarabağ müharibəsində Azərbaycan Ordusu 44 gündə Ermənistana tarixdə heç vaxt unutmayacağı dərs verdi. “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış xaosdan istifadə edərək ərazilərimizi işğal edən Ermənistan 2020-ci ilin 27-i sentyabrından başlayan Zəfər Yürüşü ilə döyüş meydanında Azərbaycan xalqına qarşı törətmiş olduğu bütün hərbi cinayətlərə görə cavab verməli oldu. İşğalçı hərb meydanında darmadağın oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz şanlı bayrağımızı tarixi Şuşa qalasında qələbə münasibəti ilə dalğalandırdı. Təcavüzkar 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmaqla Azərbaycanın qələbəsini qəbul etdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü dərpa edildi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində isə ərazilərimizdə uzun on illiklər kök salmış separatizm yuvası darmadağın edildi. Bütün ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar edildi. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərimizdə bu gün gün şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Beləliklə, Lələtəpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə şanlı qələbəmizlə başa çatdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri