Icma.az
close
up
RU
“Shein” və “Temu” artıq rüsum ödəyir: Birləşmiş Ştatlarda satış kəskin azalıb

“Shein” və “Temu” artıq rüsum ödəyir: Birləşmiş Ştatlarda satış kəskin azalıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 may, AZƏRTAC

Çinin “Shein” və “Temu” elektron ticarət nəhəngləri Şimali Amerika bazarındakı satışlarını azaldır, eyni zamanda, ABŞ-da bu sahənin iri pərakəndə satıcıları üçün qiymət artımı riski də artır.

AZƏRTAC xəbər verir ki, “Shein” və “Temu” artıq ABŞ və Çin arasındakı tarif müharibəsindən ziyan çəkir. Çinin bu nəhəngləri ABŞ-ın tətbiq etdiyi yüksək gömrük rüsumlarını kompensasiya etmək məqsədilə pərakəndə qiymətləri artırdıqdan sonra bir həftə ərzində satışlarının ikirəqəmli faizlə azaldığını bildirirlər. Bu, Donald Trampın ticarət müharibəsinin bu platformaların populyarlığına zərbə vurmasının erkən əlamətlərindəndir.

“Bloomberg”in məlumatına görə, “Shein” ABŞ-da satışlarının 23 faiz azaldığını qeyd edib. Eyni dövrdə “Temu”nun satışları 17 faiz geriləyib.

Satışların ilkin azalması, Trampın “de minimis” adlanan vergi güzəştini ləğv etməsi ilə qiymətlərin artmasına amerikalı istehlakçıların ilk reaksiyalarından biridir. Bu güzəşt dəyəri 800 ABŞ dollarınadək olan idxal mallarını gömrük rüsumundan azad edirdi. “Shein” və “Temu” bu qərardan uzun müddət ABŞ-da kiçik bağlamaları rüsumsuz çatdırmaq üçün istifadə edirdi.

Aprelin 15-dən sonra “Shein” platformasında gözəllik və sağlamlıq kateqoriyasına daxil olan 100 ən populyar məhsulun orta qiyməti iki dəfədən çox artıb. Oyun və oyuncaq kateqoriyasında qiymətlər 60 faizdən çox, ev və mətbəx məhsullarında təxminən 40 faiz, qadın geyimlərində isə 10 faiz bahalaşıb.

Belə olan halda, “Temu” Çindən ucuz idxala yönəlmiş uğurlu modelindən imtina edərək “yerli sifariş icrası” modelinə keçməyi planlaşdırır. Bu plan çərçivəsində şirkət yaxın gələcəkdə ABŞ bazarında yalnız yerli satıcıların məhsullarını təqdim etməyə çalışacaq ki, idxal rüsumlarından yayınsın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:460
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri