Icma.az
close
up
RU
Şimali Koreyada sinəsini böyüdən qadınlara qarşı amansız REPRESSİYA

Şimali Koreyada sinəsini böyüdən qadınlara qarşı amansız REPRESSİYA

Icma.az bildirir, Lent az portalına istinadən.

Koreya Xalq Demokratik Respublikasında “kapitalist” döş implantları etdirən qadınlara qarşı amansız repressiyalar başlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kim Çen In  rejiminin kosmetik prosedurlar həyata keçirənləri və onların müştərilərini saxlamaq üçün gizli agentlərdən və yerli patrullardan istifadə etdiyi, onları məcburi əmək düşərgələri ilə hədələdiyi bildirilir.

Qeyd olunur ki, bir hadisədə sinə böyütmə əməliyyatı keçirən həkim də əməliyyat keçirmiş iki qadınla birlikdə məhkəmə qarşısına çıxarılıb.

Bildirilib ki, tibb fakültəsində təhsilini yarımçıq qoyan şəxs evində etdiyi prosedurlar üçün Çindən qaçaqmalçılıq yolu ilə gətirilən silikondan istifadə edib. Daha sonra tutulub.

Cənubi Koreya mediası öyrənib ki, qeyri-qanuni döş əməliyyatı edən həkim və əməliyyat etdirən qadınların açıq məhkəməsi şimali koreyalılar arasında hiddət yaradıb. Tibbi alətlər, xaricdən gətirilən silikon və nağd pullar sübut kimi təqdim edilib.

Bildirilir ki, həkim bu vaxt başını aşağı salıb səhnədə dayanıb və 20 yaşlarında olan iki qadın da üzlərini qaldıra bilməyib. Məlumata görə, qadınlar məhkəmədə ifadə veriblər ki, prosedur vasitəsilə “fiqurlarını yaxşılaşdırmaq” istəyirlər.

"Sosialist sistemində yaşayan qadınlar burjua adət-ənənələri ilə korlanmış və çürük kapitalist hərəkətləri ediblər", - Şimali Koreya prokuroru deyib.

Məlumata görə, hakim üçlüyün “antisosialist hərəkətdə” iştirak etdiyini bəyan etdikdən sonra “ağır cəza” vəd edib.

Məhkəmə zamanı qadınların artıq estetik prosedurlara məruz qalıb-qalmadıqlarını müəyyən etmək üçün intensiv müayinədən keçiriləcəyi açıqlanıb.

"Yaxalanan qadınlar və ya həkimlər anti-sosialist davranış ittihamı ilə əmək düşərgələrində cəzalar da daxil olmaqla, cinayət cəzası ilə üzləşəcəklər", - Kim Çen In rejimi xəbərdarlıq edib.

Amnesty Internationalın məlumatına görə, Şimali Koreya rejimi insanların gündəlik həyatına tam nəzarət edir və onların söz azadlığını ciddi şəkildə məhdudlaşdırır.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri