“Tələb edirəm, İlhamə Quliyeva haqqında TVlərdə danışılmasın!” Video Yeni Sabah
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Tarixin bir günü” verilişində qonaq olub.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, telekanallara rəsmi şəkildə müraciət ünvanlamağı düşünür.
G. Quliyeva bildirib ki, bundan sonra efirlərə onun bacısını müzakirəyə çıxarmağa qadağa qoyur:
“Bacım İlhamə Quliyeva çox böyük sənətkar olub. Onun özündən sonra qoyub getdiyi çox böyük sənəti var. İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri edirlər. Lap yaxşı. Amma sonradan efirlərdə bacım haqqında səviyyəsiz söhbətlər gedir.
Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar! Tələb edirəm heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Mən qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır”.
Baxış sayı:73
Bu xəbər 07 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















