Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Toylarla yanaşı ayrılma mərasimləri də təmtəraqlı keçirilməlidir EKSPERT FİKRİ

Toylarla yanaşı ayrılma mərasimləri də təmtəraqlı keçirilməlidir EKSPERT FİKRİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bütün dünyada gedən proseslər bu və ya digər dərəcədə Azərbaycanda da öz təsirini göstərir. Bu, həm də bizim məişət səviyyəsinə, evlilik və toy mərasimlərimizə də artıq təsirini göstərib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, əvvəllər mağarda, çadırda toy edib 40 gecə çalıb, oynayıb şənlənirdiksə, indi bunu etmək mümkün deyil: "Əvvəllər qadın və kişi toyları ayrı, xınayaxdı, nişan, elçilik, üç gün, ciyər axşamı, paltarkəsdi ayrı mərasimlər formasında edilirdisə, indi buna iqtisadi, sosial vəziyyət, həm də yaşam tərzimiz imkan vermir. Çünki azərbaycanlılar yalnız Respublikamızda yaşamır, digərləri dünyanın müxtəlif yerlərində yaşayırlar. Üstəlik də qarışıq nikahlar getdikcə çoxalır. Xaricdə böyüyən şəxslər Azərbaycana gəlirlər, buradakılar xaricdə yaşayanlarla evlənirlər. Bu zaman biz klassik evliliyi kimlərdənsə tələb edə bilmərik. Toylar artıq şadlıq sarayında bir gün ərzində həll edilir, o cümlədən evlilikdə də dəyişiklik getməlidir. Onsuz da, alt qatda buna gedirlər. Gənclərimiz artıq elçilik də etmirlər, toy da etmirlər. Bəzən ictimai nikahla, dini nikahla ailələrini qururlar. Sonra boşanma olmursa, münasibətlər ciddiləşirsə, nikaha daxil olurlar. Qanunvericiliyin tələblərinə riayət etməliyik. Əgər kimsə kimləsə evlənmək istəyirsə, nikaha girməlidir.

Köhnə evlilik bizdə daha çox rayonlarda qalırdı, amma rayonlar da dəyişilir. Köhnə evlilikdə bir evdə, bir nəsildə 9-10 uşaq olurdu, əmi, xala, bibi, dayı, baba, nənələr bir yerdə yaşayırdı. İndi bunların heç biri yoxdur. 30 il ərzində evdə ya bir uşaq, ya iki uşaq olur. Xala, əmi, dayı, bacı-qardaşların olmadığı ailələr var. Təkuşaqlı ailələr var ki, valideynlər tərəfindən tək böyüdülür, yaxud boşanmış, sonradan ailəsi dağılmış şəxslər var ki, evlənmirlər, onlar tək uşaq böyüdürlər. Bunların evliliyi necə olmalıdır? Bu evlilik zamanı yenə də ənənəvi evliliyi nəzərdə tutub, adət-ənənələrə sona qədər riayət etməliyik, yoxsa gənclərin yeni yaşam tərzini qəbul etməliyik? İndi müxtəlif evlilik formaları var. Bəyənsək də, bəyənməsək də Avropa olan evlilik formaları artıq Azərbaycana gəlib. Hətta Azərbaycanda bir neçə eynicinsli evliliklə bağlı faktlarla rastlaşmışıq. Bunun yaxşı, yoxsa pis olmasını zaman göstərəcək. Bunu tənqid də edə bilmərik. Çünki tənqid üçün real, obyektiv olmalısan. Obyektiv olmaq üçün həmin format kütləviləşməlidir. Hələ ki, bu, Azərbaycan cəmiyyətində kütləviləşməyib deyə bunu kənara qoyuruq.

Evliliklə, Azərbaycan ailə modeli ilə bağlı çox maraqlı tədqiqatlar gedir. İstəsək də, istəməsək də dünya ailəsində baş verən hadisələr Azərbaycana daha tez təsir edir. İnsanlar "niyə dünyada olar, bizdə olmaz?" sualı verirlər. Pandemiyadan bu yana evliliklə bağlı format dəyişikliyi getdi. Eyni zamanda onlayn həyatımız var. Bu virtual həyat zamanı məcburuq, yeni evlilik düşüncə tərzini də ortaya qoyaq. Bu qədər məsələlər var. Buna görə də, bu sualı qoymağın özü yaxşı haldır. Bunun cavabını tapmaq üçün ailə institutları, beyin mərkəzləri işləməlidir".

"Evliliyin müasir variantı var. Ailə qurmaq üçün modern üslublar var. Amma hamısı Azərbaycan üçün keçərlidirmi? Bu məsələ önəmlidir. Bəzən hər şeyi Avropadan götürürük. Amma fəsadları haqqında düşünmürük. Evlənəndə kritik anları düşünmürük. Bir dəfə təklif etmişdim ki, toylarla yanaşı ayrılma mərasimləri də təmtəraqlı keçirilməlidir. Tərəflər bildirməlidir ki, bizimki alınmadı. Toyda iştirak edən insanlar bilsin ki, bu səbəblərə görə ayrılmışıq. Nədənsə, bu, çox səs-küyə səbəb oldu. Amma burada məntiq var. Dünyanın çox yerində buna gedirlər. Azərbaycanda da buna tərəf yavaş-yavaş addımlar atılır.

Eyni zamanda boşananların sayının artmasını nəzərə alıb boşanma mədəniyyətini də inkişaf etdirməliyik. Buna uyğun olaraq evliliyin problemlərini tez-tez müzakirə etməliyik ki, niyə gənclərimiz evlənir və boşanır? 25 il ailə olmuş şəxslər niyə boşanır? Hər kəs xoşbəxtliyini niyə evləndiyi insanla deyil, kənarda axtarır. Bu problemlər nə üçün yaranır, həlli ilə bağlı hansı addımlar ata bilərik? Bu məsələlər müasir və köhnə formada evlənən hamıya aiddir. Modern ailə dəyərlərinin formalaşmadığı dövrdə müasir evliliyin də çatışmayan cəhətləri var. Köhnə evliliyin də çatışmayan cəhətləri var. Biz övladlarımız üçün namuslu, bakirə xanım, idmançı, varlı oğlan axtarırıq. Amma unuduruq ki, övladlarımız həm də zamanın övladlarıdır. Zəmanədə baş verən hadisələr onların həyatına da təsir edir. Bütün bunlar müzakirə olunmalı, mütəxəssis rəyi olmalı, ailə krizis mərkəzləri olmalıdır. Evlənən zaman yalnız xoşbəxt ailə həyatını yox, həm də gələcəkdə baş verə biləcək boşanmalar, hansısa konfliktlərlə bağlı düşünməliyik. Nikah müqaviləsi bağlanırsa, boşanma müqaviləsi də əvvəlcədən hazırlanmalıdır. Bağlanmalıdır ki, sabah ortaya hansısa problemlər çıxmasın" deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri