Icma.az
close
up
RU
TRAMP VƏ PUTİN UKRAYNAYA HANSI TALEYİ “BİÇİR”? Müharibənin sonuyla bağlı 5 ssenari

TRAMP VƏ PUTİN UKRAYNAYA HANSI TALEYİ “BİÇİR”? Müharibənin sonuyla bağlı 5 ssenari

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Son hadisələr, xüsusilə də danışıqlar prosesinin intensivləşməsi Ukraynadakı müharibənin sona yaxınlaşdığı barədə təəssürat yaratsa da, bu təsəvvürün aldadıcı ola biləcəyini də qəti istisna etmək olmaz. Əksinə, danışıqlar prosesinin uzadılması və Rusiyanın bundan Ukraynada işğalı genişləndirmək və onu tam tükəndirmək üçün istifadə etməsi perspektivi kifayət qədər real görünür.

Bu mövzunu təhlil edən CNN kanalı Donald Tramp və Vladimir Putin arasında mümkün görüşdən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün mövcud olan real ssenariləri nəzərdən keçirib. CNN beş ssenari təqdim edib.

Birinci variant: atəşin və hərbi əməliyyatların dayandırılması. Telekanal bu ehtimalı olduqca kiçik hesab edir. Analitiklərin fikrincə, Rusiya hücum tempini saxladıqca hərbi əməliyyatlar dayanmayacaq. CNN-in məlumatına görə, Rusiya ordusu oktyabr ayına qədər Pokrovsk, Konstantinovka və Kupyanski ələ keçirə bilər.

İkinci ssenari: Danışıqların uzadılması. Belə olan halda Moskvaya yuxarıda adı çəkilən əraziləri ələ keçirmək, 2026-cı ildə yeni hücuma hazırlaşmaq üçün vaxt udmaq və ya əldə olunan nəticələri diplomatik yolla rəsmiləşdirmək imkanı verilir. Bu zaman Kiyevdə rusiyayönlü namizədin hakimiyyətə gətirilməsi cəhdi də mümkündür.

Üçüncü variant: Ukrayna “dözür”. Eyni zamanda, Avropa İttifaqı Kiyevi dəstəkləməkdə davam edir və Rusiya ordusu ciddi uğur qazanmır ki, bu da son nəticədə Kremli danışıqlara sövq edə bilər.

Dördüncü ssenari: Bu ssenari Ukrayna və NATO üçün fəlakətlidir. Bu, ABŞ-dən gələn yardımın dayanması və Aİ-nin resurslarının itkiləri kompensasiya etmək üçün yetərli olmamasıdır. Belə olan halda Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərində əməliyyat azadlığı əldə edir və Ukrayna Silahlı Qüvvələrini məğlub edir. Prezident Zelenskinin səfərbərliyi artırmaq cəhdi daxili siyasi böhrana gətirib çıxarır.

Nəhayət, beşinci variant: Bu ssenari Putin üçün fəlakətdir. Bu ssenariyə Rusiyanın resurslarının tükənməsi, sanksiyaların təzyiqinin artması, Çinlə münasibətlərin soyuması, elitada artan narazılıq və ardınca sovet qoşunlarının Əfqanıstandan çıxarılmasına bənzər Rusiyanın Ukrayna ərazisindən çıxarılması daxildir.

CNN son variant istisna olmaqla, “variantların heç birinin Ukrayna üçün yaxşı olmadığını” vurğulayır. Həmçinin telekanalın fikrincə, ssenarilərin heç biri yalnız Putin və Trampın iradəsi ilə - Ukraynanın sövdələşmədə birbaşa iştirakı olmadan reallaşa bilməz.

Əlbəttə ki, nüfuzlu telekanalın sadaladığı varinatların hər birindən fərqli olan tamamilə başqa bir ssenari də mümkündür. Lakin danışıqların və verilən təkliflərin real mahiyyəti hələ tam aydın olmadığından, sonda hansı ssenarinin reallaşacağını proqnozlaşdırmaq çətindir. Lakin ən önəmlisi ilk növbədə atəşkəsə nail olmaq, Ukraynanın suverenliyini məhdudlaşdırmamaq və Rusiyanın ərazi işğalını hüquqi baxımdan tanımamaqdır. Çünki Ukraynanın ərazi bütövlüyünün hər hansı formada sual altına alınması, bununla da beynəlxalq hüququn tam sıfırlanması yaxın gələcəkdə Rusiya kimi işğalçı dövlətlərin əl-qolunu aça, dünyada yeni münaqişələrin təməlini qoya bilər.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri