Turan Tovuz rəsmisi: Otto Con bizdən xahiş etdi ki, onu başqa kluba buraxaq
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Otto Con bizdən xahiş etdi ki, onu başqa kluba buraxaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.
O, gözlənilmədən qərb təmsilçisindən ayrılan hücumçu Otto Conun gedişinin səbəblərindən danışıb:
"Otto Conu bəzi Azərbaycan klubları da transfer etmək istəyirdilər. Eyni zamanda onu heyətlərində görmək istəyən bir neçə xarici komandalar da var idi. “Al Madina” ilə yanaşı, başqa bir kollektiv də Otto Cona görə bizə müraciət göndərmişdi. Daha əvvəldən futbolçunun özü ilə danışıqlar aparırdılar. Əslində biz onun komandada qalmasını çox istəyirdik. Lakin qarşı tərəf ona yaxşı maaş təklif etmişdi və Otto Con bizdən xahiş etdi ki, keçidə mane olmayaq. Gördük ki, getməyi çox arzulayır və biz də gedəni saxlamadıq. Onun "Turan Tovuz"la müqaviləsi olduğu üçün qarşı tərəf müəyyən məbləğ ödəməli oldu".
Qeyd edək ki, Otto Con "Turan Tovuz"dan ayrılaraq Liviyanın “Al Madina” klubu ilə müqavilə bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















