Icma.az
close
up
RU
Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil AZƏRTAC

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 23 yanvar, AZƏRTAC

Ermənistanın artan müdafiə xərcləri, Hindistan da daxil olmaqla müxtəlif ölkələrdən aktiv silah alması və nəhayət, ABŞ-la müdafiə və təhlükəsizliyə xüsusi diqqət yetirməklə “Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması regional təhlükəsizlik üçün artan narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Selenay Erva Yalçın ifadə edib.

Onun sözlərinə görə, hazırda İrəvan fəal şəkildə təhlükəsizlik sahəsində Moskvaya “alternativ” axtarır və bu məqsədlə həm din kartından, həm də siyasi və hərbi kanallardan istifadə edir.

Ekspert yanvarın 14-də Vaşinqtonda imzalanmış ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin mətninə diqqət çəkib. “Sənədin İrəvan üçün zəif cəhəti ABŞ-ın hərbi dəstəyi, o cümlədən Amerika silahlarının satışı ilə bağlı bəndin olmaması idi”, - deyən türkiyəli ekspert qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələm-tələsik ABŞ-ın regionda sülhün təmin edilməsində rolunun “İrəvan üçün vacib olduğunu” bəyan edib. Halbuki, elə həmin İrəvanda Moskvanın vasitəçilik təkliflərinə cavab olaraq daim “danışıqlar prosesində üçüncü tərəflərin iştirakını istəmədiklərini” bildirirlər.

Ekspert, həmçinin Vaşinqtonun Ermənistan Konstitusiyasının hazırkı variantının dəyişdirilməsi tələblərinə, Əsas Qanunun mətnindən qonşu ölkələrə qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın çıxarıımasına qərəzli münasibətini diqqətə çatdırıb. “Təsadüfi deyil ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində ABŞ nümayəndələri yalnız ədalət və demokratiyanın vacibliyindən danışırlar”, - deyə AVİM analitiki qeyd edib.

Onun fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşmasının digər göstəricisi İrəvanın nüvə enerjisi sahəsində Moskva ilə deyil, Qərblə əməkdaşlığı inkişaf etdirmək istəyidir.

AVİM ekspertinin sözlərinə görə, Qərblə yaxınlaşma tendensiyası Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi kontekstində də özünü göstərib.

“Eyni zamanda, aydın şəkildə dərk etmək lazımdır ki, Qərbin Cənubi Qafqazla bağlı planları uzunmüddətli sülh və sabitliyə töhfə verməkdən uzaqdır. O cümlədən, Ermənistan-Azərbaycan münasibətləri məsələsində Qərb dövlətlərinin ermənipərəst mövqeyi tamamilə aydındır. “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsi ilə bağlı ABŞ-ın Gürcüstana təzyiqi də Qərbin regional proseslərə yanaşmasının konstruktivliyi ilə bağlı nikbinlik yaratmır”, -deyə ekspert bildirib.

Analitik vurğulayıb ki, Qərb dövlətləri nümayəndələrinin Cənubi Qafqazla bağlı birtərəfli və qərəzli bəyanatları onların regionda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədlərinin səmimiliyini şübhə altına alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri